AzTehsil.com


Psixoloq
01 iyun 2016
4 187


Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?



Peşə seçimi psixologiyası.İnsan həyatının ən vacib, mürəkkəb və taleyüklü məsələlərindən biri peşə secimidir.Nə üçün biz bu və ya digər peşəni seçirik? İnsana elə gəlir ki, yəqin bu sualın cavabı peşə fəaliyyətinin özünə olan maraqla bağlıdır. Lakin psixoloqlar insanları əmək fəaliyyətinin beş əsas motivini müəyyən ediblər.Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?
1.Maddi vəsait - əmək haqqı.
2.Işin stabilliyi - insan ona görə işləyir ki, bu iş onun gələcəyinə ümid verir, çünki stabil və etibarlıdır.
3.Həmkarlarla ünsiyyət - insan ona görə işləyir ki, onu maraqlı insanlar, mehriban kollektiv əhatə edir və bu ünsiyyət ona sevinc gətirir.
4.Peşənin nüfüzlü olması – hər bir insan seçdiyi peşənin cəmiyyətdə, onu tanıyanlar arasında nüfüzlü olmasını istəyir.
5.Peşəkarlıq - öz ixtisasını mükəmməl bilmək, yüksək peşəkarlıq insana əmək fəaliyyətindən həzz almağa stimul verir.
Çox vaxt belə bir sual müzakirəyə səbəb olur:
Uşaqlarda hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?
İ.Dubrovinanı Moskva məktəblərindən I və II sinif şagirdləri üzərində apardığı tədqiqat göstərdi ki, erkən yaşda uşağın riyazi və yaxud linqvistik qabiliyyətləri haqqında fikir söyləmək olar. Maraqlıdır ki, bu qabiliyyətlər ancaq mürəkkəb tapşırıqların həlli zamanı aşkara çıxır. Orta çətinliyə malik tapşırıqların həlli spesifik meyllərdən deyil ümumi əqli inkişaf səviyyəsindən asılıdır.
Mütəxəssislər məktəb də şagirdlərin maraqlarını aşağıdakı sistemlə öyrənməyi məsləhət görürlər:

I sinfə qəbul olarkən uşaqların məktəbə hazırlığı ilə yanaşı maraqlarıda öyrənilir;
I-IV siniflərdə maraqların inkişaf dinamikası təhlil olunur;
Şagirdlər IV sinifdən V sinfə keçəndə onların maraqları öyrənilir;
Hər il V-XI sinif şagirdləri, onların valideynləri və sinif rəhbərləri ilə anket sorğusu keçirilir, maraqların inkişaf dinamikası açıqlanır;
Xüsusi qabiliyyətlərin inkişafı testləşdirilir;
VIII-XI siniflərdə şagirdlərin maraqları peşəyönümü aspektində araşdırılır.
Müəyyən peşəni öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə seçən şəxsin bu tələbləri bilməsi önəmlidir.
240 minə yaxın peşə növü vardır. Bunların hamsını yadda saxlamaq mümkün deyil. Sadəcə peşələr 5 növə bölünür:
İnsan – təbiət
İnsan – texnika
İnsan – insan
İnsan – işarələr sistemi
İnsan – bədii obraz
Bunlar əsas peşə növləridir.
İndi insan – təbiət peşə növü ilə tanış olaq.Bu sahə üzrə peşənin nümayəndələrinə təbiətə məhəbbət hissi xasdır. Lakin bu bütün insanlara xas olan – təbiətin qoynunda istirahət, ona istehlakçı münasibət, seyirçi məhəbbət yox, əməli xarakterli, onun qanunlarını dərk və tətbiq etməklə əlaqəli məhəbbətdir. Bu mənada "İnsan-təbiət” tibb peşələri seçərkən konkret şəxsin təbiətə münasibətinin – seyirçi, yoxsa əməli olduğunu müəyyən etmək lazımdır. Əgər şəxs təbiətə öz iş yeri, yaradıcılıq emalatxanası kimi münasibət bəsləyirsə, bu tip peşələr ona uyğundur, əgər təbiətə yalnız təmiz hava udmaq, gəzmək, istirahət etmək kimi münasibət bəsləyirsə, bu tip peşələr ona yararsızdır.
İnsan-texnika peşə növünə nəzər salaq.Bu tip peşələrdə istifadə edilən texniki obyektlərin xüsusiyyətləri əsasında peşə tələbləri müəyyən əlamətlərə görə dəqiq müəyyənləşə bilər. Texniki obyektlərin emalı, çevrilməsi, yerdəyişməsi, qiymətləndirilməsi zamanı işçidən hərəkətlərin konkretliyi, dəqiqliyi, müəyyənliyi, tələb olunur. Burada yüksək icra nizam-intizamı, səliqəlilik lazımdır. Bu keyfiyyətlər bir çox sahələrdə əhəmiyyətlidir, lakin texnika ilə işləyən adam üçün bunlat həyat əhəmiyyətlidir. Əmək əşyası kimi texnika navatorluğa, yaradıcılığa, ixtira və səmərələləşdirici təkliflərə, yeniliyə geniş imkan yaradır. Bu sahədə praktik təfəkkürün böyük rolu var. Texniki fantaziya, texniki obyekt və onların hisslərini xəyalən birləşdirmək və ayırmaq qabiliyyəti bu sahədə müvəffəqiyyətin mühüm amillərindəndir.
İnsan-insan peşə növü ilə tanış olaq.Burada əməyin əsas məzmunu insanlar arasında münasibətlərin, qarşılıqlı təsir əlaqələrinin qurulmasından ibarət olur. Əgər belə münasibətlər çətinliklə qurulursa onda işdə çətinliklə irəliləyir. Bu baxımdan insanlar arasında münasibət, ünsiyyət yaradılması, insanları başa düşmək onları tanımaq, insanlarla "dil tapmaq”, onların xüsusiyyətlərini fərqləndirə bilmək qabiliyyəti mühüm rol oynayır. Bu tip peşələrdə müvəffəqiyyətlə işləmək üçün aşağıdakı şəxsi keyfiyyətlər aparıcı rol oynayır: insanlarla iş prosesində daima yaxşı əhval-ruhiyyənin olması; ünsiyyətə ehtiyac, özünü xəyalən başqasının yerində təsəvvür etmək qabiliyyəti, bunun nəticəsində insanların məqsəd, niyyət və əhval-ruhiyyələrini başa düşmək, insanların qarşılıqlı münasibətlərini araşdırmaq bacarığı, çoxlu sayda insanların şəxsi keyfiyyətləri haqqında məlumatları yadda saxlamaq qabiliyyəti, hər tip insanla "dil tapmaq” bacarığı, səbr, hövsələ, təmkin, mülayimlik insanları dinləməyi bacarmaq
Bundan sonra İnsan-işarələr sistemi gəlir.Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?Biz gündəlik həyatımızda işarələr sistemi ilə təsəvvür etdiyimizdən də çox rastlaşırıq. Bu işarələr rəqəm, kod, şərti işarə, çertyoj, təbii və süni dillərdən ibarətdir. Istənilən halda insan işarəni, nişanı real obyekt və ya hadisənin simvolu kimi qəbul edir. Ona görə də işarə sistemi ilə işləyən mütəxəssis bir tərəfdən bu və ya digər simvollarla işarə edilən cisimlərin, maddələrin real fiziki, kimyəvi, mexaniki xassələrini mücərrədləşdirməli, digər tərəfdən bu işarələrin ifadə etdiyi real hadisə və obyektlərin xüsusiyyətlərini təsəvvür etməli, qavramalıdır. Başqa sözlə, bu tip peşələri seçənlər güclü inkişaf etmiş mücərrəd təfəkkürə və yaradıcı təxəyyülə malik olmalıdır.
Sonuncu insan – bədii obraz peşə növünə nəzər salaq:Incəsənət, musiqi, bədii ədəbiyyat, aktyor, səhnə fəaliyyəti ilə bağlı peşələrin tələbləri əsasən aşağıdakılardan ibarətdir: insan incəsənətə, yaradıcılıq təxəyyülünə, obrazlı təfəkkürə sahib olmalı, yüksək əməksevərliyi ilə fərqlənməlidir. Əməyin son nəticəsinin müşahidəsi, çox vaxt iş prosesinin asanlığı barədə səhv təsəvvür formalaşdırır. Bilmək lazımdır ki, ilk baxışda asan və sadə görünən bu nəaliyyətlərin arxasında saatlarla gündəlik gərgin əmək durur. Incəsənət işçisi öz əməyinin nəticəsindən razı qalması üçün ictimai rəyə real qiymət verməli (layiq olduğundan artıq şan-şöhrətə, populyarlığa iddia etməməli) daim məqsədə can atmalıdır.
Hər bir peşə növü insan qarşısında müəyyən tələblər qoyur. Peşə seçimi zamanı sanqviniklər aşağıdakı peşələrə üstünlük verirlər: mühəndis, rəhbər, məşqçi, pedaqoq, həkim, kommersant, tibb bacısı, satıcı, psixoloq, sürücü, jurnalist və s. Sanqviniklər səbr, təmkin tələb edən, yeknəsək işləri xoşlamırlar, məs: proqramçı, saatsaz və s.
Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?
Xolerikləri təmin edən peşələr: menecer, cərrah, tikinti işçisi, çilingər, aşbaz, məşqçi və s. Xoşlamadığı peşələr: mühasib, kitabxanaçı və s. Fleqmatiki təmin edən peşələr: diş texniki, iqtisadçı, mühasib, kompüter mühəndisi, katibə, makinaçı, tikişçi, aşbaz, proqramçı, çilingər və s. Xoşlamadığı peşələr: artist, kommersant, dəllək və s.
Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?
Melanxoliki təmin edən peşələr: kompüter mühəndisi, bioloq, kitabxanaçı, müsiqiçi, katibə, makinaçı, gülçü və s. Xoşlamadığı peşələr: təyyarəçi, sürücü, cərrah, bir sözlə risk və məsuliyyət tələb edən işlər.
Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?
Hansı peşəni seçməyinizdən asılı olmayaraq çalışın öz peşənizin peşəkarı olasınız!!!



Загрузка...