AzTehsil.com


Xəbərlər / Kurikulum
17 may 2017
6 915


Kurikulum ləğv edilir ? Müəllimlər sevinir



Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

 


Bu gün ölkə saytlarının əsas xəbərlərindən biri "Mikayıl Cabborov kurikulumu ləğv edir” başlığı ilə verilən xəbər oldu.Bu xəbərə təhsil ekspertləri , müəlimlər , təhsil işçiləri müxtəlif rəylər bildirdilər.Əksər rəylərdə bu xəbəri çoxdan gözləyən müəllimləriin sevincləri öz əksini tapıb.

Təhsil Naziri cənab Mikayıl Cabbarov belə bir ifadə işlədibmi ? İşlədibsə hansı tədbirdə ,hansı müsahibəsində ?

Əvvəla baxaq kurikulum nədir ?- ""Kurikulum" latın sözü olub, mənası "kurs", "yol" deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60-70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır.

Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar "təhsil planı" kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır...

Azərbaycan təhsil sistemində "kurikulum" yeni bir anlayışdır və o, təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin təşkilini və həyata keçirilməsini əks etdirən konseptual sənəd kimi başa düşülür. İslahat çərçivəsində elə bir konseptual sənəd hazırlanır ki, özündə təhsilalanlar üçün zəruri kompetensiyaları, məzmun və qiymətləndirmə standartlarını, hazırkı tədris planı və proqramlarını, şagirdə və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərini, metodik təminatı, dəyərləndirmə modelini, texniki təchizatını və s. təsvir etsin, müəllim və məktəb qarşısında duran vəzifələri və onların konkret həlli yollarını göstərsin.

Kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks etdirir.” (https://az.wikipedia.org/wiki/Kurikulum)
 
Təhsil Qanunda 1.0.45.  bəndundə kurikukumun (təhsil prоqramının)  izahı– təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi dir kimi verilmişdir.

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının məqsəd və hədəflərinə ( 7-ci bölməsi ) nəzər salsaq görəcəyik ki , Strategiyanın istiqamətlərinin həyata keçirilməsi üçün əsas hədəf  təhsilin bütün pillələri və səviyələri üzrə yeni kurikulumların yaradılması nəzərdə tutulmuşdur.

Göründüyü kimi kurikulumun ləğv edilməsi anlayışı özü səhvdir.Kurikulum ləğv edilə bilməz ,edilməyəcək də.Zamanla təkmilləşəcək ,yeni kurikulumlar yaradılacaq və tətbiq ediləcək.

2008-ci ildən tətbiq edilən və ümumtəhsil sektorunda çalışan pedaqoji işçilərin böyük əksəriyyətinin narazı olduğu "kurikulum” adı ilə tanınan təhsil proqramının ,həmin proqramlara uyğun yazılan dərsliklərin yaratdığı narazılığın əsl səbəbi nədir? Bu narazılıqlar haradan qaynaqlanır ? Nə dərəcə də doğrudur ? Bu suallara növbəti məqaləmizdə aydınlıq gətirməyə çalışacağıq.

Sonda onu qeyd etməyi özümə borc bilirəm ki, hər bir müəllim öz peşəkarlığı üzərində işləyərkən ,eyni zamanda təhsil sahəsində olan hüquqi-normativ sənədlərlə də tanış olmalıdır. Belə olarsa biz təhsil islahatlarının mahiyətini ,məqsədini və nəticələrini daha aydın təhlil edə bilərik.
 
Elşən Qafarov . Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru





Загрузка...
Həmçinin oxuyun:
HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT  etməlidirlər !

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT etməlidirlər !

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

Kurikuluma dair 25 maraqlı TEST

Kurikuluma dair 25 maraqlı TEST

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Maddə 1. Əsas anlayışlar    "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əsas anlayışlar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

HƏMKARA DƏSTƏK kitabından testlər  I TEST

HƏMKARA DƏSTƏK kitabından testlər I TEST

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi