AzTehsil.com

Xəbərlər / Müəllim / Digər Elan / Mədəniyyət / Manşet / Bölgə
24 sentyabr 2025
798

Nazirlik müəllimini ...- ƏTRAFLI



Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini, hazırda qarmon müəllimi işləyən Lalə Zakirovanın dövlət büdcəsinə ödədiyi pul geri qaytarılacaq.


AzTehsil.com xəbər verir ki, bu qərar işdə zərərçəkmiş qismində tanınmış Mədəniyyət Nazirliyinin etirazı əsasında çıxarılıb.


64 yaşlı Lalə Zakirova təhsil mərkəzinə ayrılmış 32 min 215 manat dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib. O, birinci instansiyada özünü təqsirli bilməsə də, barəsində həbsli axtarış qərarı çıxarılandan sonra ziyanı tam ödəyib. Bundan əlavə, cinayət məsuliyyətindən azad edilməsi üçün dəymiş ziyanın 50 faizi miqdarında - 16 min 107 manat dövlət rüsumu verib.


Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə, mənimsəmə və dələduzluq hallarında dəymiş ziyan tam ödənildikdə və dövlət rüsumu keçirildikdə təqsirləndirilən şəxs barədə cinayət işinə xitam verilərək məsuliyyətdən azad edilə bilər. Günümüzdə məhkəmələrdə bu cür hallar kifayət qədərdir.


Lakin Lalə Zakirovanın işində vəziyyət fərqli olub. Mədəniyyət Nazirliyinin nümayəndəsi məhkəməyə göndərdiyi ərizədə təqsirləndirilən şəxslə barışmadıqlarını bildirib.


Təqsirləndirilən tərəf isə nazirliyin bu mövqeyi ilə razılaşmayıb. Vəkil hüquqi şəxsin etirazının başadüşülən olmadığını deyib: "Zərərçəkmiş qurumun hansısa məmurunun şəxsi ambisiyası nəticəsində dövlət büdcəsinə ödənilmiş 16 min manat pul niyə geri qaytarılmalıdır? Bundan əlavə, qanunda hüquqi şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə edilməsi anlayışı yoxdur".


Lalə Zakirovaya daha əvvəl sanksiya həddindən aşağı cəza təyin olunaraq 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Amma hökm elan olunmazdan əvvəl, o, məhkəmə zalından qaçmışdı. Həbsli axtarışda olan xanım müttəhim apellyasiya məhkəməsində iştirak edib. O, ziyanı tam ödədiyini və dövlət rüsumunu keçirdiyi üçün cinayət işinə xitam verilməsini xahiş edib.


Hökmdən eyni zamanda prokuror da protest verib. İttiham tərəfi zərərçəkmiş şəxsin barışmamasını da nəzərə alaraq təqsirləndirilən şəxsin sanksiya həddində, yəni beş ildən on ilə kimi həbslə cəzalandırılmasını tələb edib.


Sumqayıt Apellyasiya Məhkəməsi tərəfləri dinlədikdən sonra yekun qərarını elan edib. Hakimlər təqsirləndirilən şəxsin yaşını və dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq onu həbsə göndərməyi ədalətli hesab etməyiblər.


Qərara əsasən, Lalə Zakirovaya beş il müddətinə şərti cəza verilib. Həmçinin, onun cinayət işinə xitam verilməsi üçün ödədiyi 16 min 107 manat pul zərərçəkmiş nazirliyin "barışıq yoxdur" ərizəsi nəzərə alınaraq dövlət büdcəsindən özünə geri qaytarılacaq.



Həmçinin oxuyun:
Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

Şamaxı Təhsili Mərkəzinin direktoru məhkəmə zalından qaçıb

Şamaxı Təhsili Mərkəzinin direktoru məhkəmə zalından qaçıb

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

Azərbaycanda saxta diplom hazırlayan  şəxslər SAXLANILDI-Bu universitetdə

Azərbaycanda saxta diplom hazırlayan şəxslər SAXLANILDI-Bu universitetdə

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

BDU-nin sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxs: “Kömək etmək niyyətində deyildim”

BDU-nin sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxs: “Kömək etmək niyyətində deyildim”

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Tələbələrin ödədiyi təhsil haqları necə geri qaytarılacaq? – RƏSMİ

Tələbələrin ödədiyi təhsil haqları necə geri qaytarılacaq? – RƏSMİ

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sabiq məktəb direktoruna hökm OXUNUB

Sabiq məktəb direktoruna hökm OXUNUB

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Mənimsəmədə ittiham olunan sabiq lisey direktoru zərəri ödədi, işə xitam verildi

Mənimsəmədə ittiham olunan sabiq lisey direktoru zərəri ödədi, işə xitam verildi

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

“İnnovativ məktəb direktorları” layihəsi direktorların müraciətinə açıq elan edilir!

“İnnovativ məktəb direktorları” layihəsi direktorların müraciətinə açıq elan edilir!

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları