AzTehsil.com

Cəmiyyət / Manşet / Xəbərlər / Direktor / Müəllim / Digər Elan
07 aprel 2025
914

Şamaxı Təhsili Mərkəzinin direktoru məhkəmə zalından qaçıb




Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini Lalə Zakirova hökm oxunacağını eşidən kimi məhkəmə zalından qaçıb.

AzTehsil.com- n əldə etdiyi məlumata görə, hadisə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baş verib.


Lalə Zakirovanın 64 yaşı var. O, hazırda əvvəl direktor müavini işlədiyi mərkəzdə qarmon ixtisası üzrə müəllim işləyir. Barəsində hökmə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


İttihama görə, xanım müttəhim Mərkəzin direktor müavini işlədiyi vaxtda direktor Namiq Rzazadə ilə əlbir olaraq 64 min 400 manat dövlət vəsaitlərini mənimsəyib. 


Namiq Rzazadə istintaq başlanan vaxt ağır xəstəliyə tutulduğundan onun işi ayrıca icraata götürülüb.


L.Zakirovanın cinayət işini Aynur Rzayevanın sədrlik etdiyi hakimlər araşdırıb.


Amma yaşlı müttəhim ittihamlarla razılaşmayıb, ifadəsində ona böhtan atıldığını deyib: “Anar Kərimov mədəniyyət naziri olanda Mərkəzdə özbaşınalıq yaranmışdı. Həmin vaxt direktor işdən çıxmağımı tələb etdi, mən etiraz etdim. Sonradan bir yolla işdən çıxarılmağıma nail oldular. Amma mən yenə təslim olmadım. Məhkəməyə müraciət edib yenidən işimə qayıtdım. Vəzifə cinayətləri söhbəti də bundan sonra ortaya çıxdı”.Məhkəmə şahidləri dinlədikdən, dəlil və sübutları tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin dediklərini özünümüdafiə hesab edib.


Prokuror ittiham nitqində təqsirləndirilənin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini, barəsində sanksiya həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini tələb edib. Son sözdən sonra məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib. Amma hakimlər qayıdanda müttəhimi zalda tapmayıblar. İcraçılar məlumat veriblər ki, Lalə Zakirova özünü pis hiss etdiyini deyərək bir neçə dəqiqəlik zaldan çıxıb. Bundan sonra bir daha geri qayıtmayıb.


Hökmə əsasən, L. Zakirovaya 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.



Həmçinin oxuyun:
Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Kollec direktoru hakim qarşısında ifadə verdi

Kollec direktoru hakim qarşısında ifadə verdi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

Rüşvətə görə həbs edilən direktora hökm oxundu

Rüşvətə görə həbs edilən direktora hökm oxundu

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Cəlilabad məhkəməsi sabiq məktəb direktoruna hökm oxuyub – FOTO

Cəlilabad məhkəməsi sabiq məktəb direktoruna hökm oxuyub – FOTO

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

Təhsil şöbəsinin müdiri: “İcra hakimi məndən üç min manat rüşvət aldı”

Təhsil şöbəsinin müdiri: “İcra hakimi məndən üç min manat rüşvət aldı”

İstedadlar yetişdirən məkan

İstedadlar yetişdirən məkan

BDU-nin sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxs: “Kömək etmək niyyətində deyildim”

BDU-nin sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxs: “Kömək etmək niyyətində deyildim”

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Məhkəmə sabiq məktəb direktoruna hökm çıxardı

Məhkəmə sabiq məktəb direktoruna hökm çıxardı

Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi

Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub