Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat
Pedaqoji işçilərə gördüyü işlərin həcmi və xarakteri əsas vəzifə ilə yanaşı əlavə vəzifələrin də yerinə yetirilməsi zərurəti yaradır. Əlavə vəzifələrin yerinə yetirilməsi üçün əlavə ödənişlər tətbiq olunur. Həmin ödənişlərin verilməsi və miqdarı aşağıdakı kimi müəyyənləşdirilir.
І Sinif rəhbərliyi, dəftər və yazı işlərinin yoxlanması üçün əlavə haqların ödənilməsi
1.Ümumtəhsil, texniki-peşə və orta ixtisas məktəblərində sinif (qrup) rəhbərliyinə görə aşağıdakı kimi əlavə haqlar ödənilir.
-І - ІV siniflərdə bir müəllim stavkasının 15 faizi həcmində;
-V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində;
-Texniki peşə, orta ixtisas məktəblərində bir müəllim stavkasının 15 faizi həcmində.
Sinifdə (qrupda) şagirdlərin sayı 10 nəfərdən az olduqda sinif (qrup) rəhbərliyi üçün müvafiq məbləğin 50 faizi ödənilir.
Peşə məktəblərində və peşə liseylərində peşə ilə yanaşı orta təhsil də verən qruplarda, əsas təhsil bazasından peşə məktəbinə (liseyinə) daxil olan və 1-2 il müddətinə təhsil alan qruplarda sinif rəhbərliyi verilir.
Bütün tipdən olan internat məktəblərində, sanatoriya-peşə məktəblərinə sinif rəhbərliyi üçün əlavə haqq ödənilmir.
Azkomplektli ibtidai siniflərdə dərslər iki müəllim tərəfindən aparılmalıdırsa və ikinci müəllim xəstəliyə və digər səbəblərə görə yoxdursa, sinif rəhbərliyi və dəftərlərin yoxlanılmasına görə əlavə haqq şagirdlərin ümumi sayından asılı olaraq bir sinif (sinif komplekt) üçün verilir.
2.Müəllim yalnız bir sinifdə sinif rəhbərliyi apara bilər. Məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər.
Axşam (növbəli) orta ümumtəhsil məktəblərinə iki növbəliklə əlaqədar və ya digər səbəbə görə iki qrupa bölünüb müxtəlif vaxtlarda dərs keçirilirsə, sinif rəhbərliyi üçün haqq bir sinif üçün ödənilir.
3.Bütün tipdən olan ümumtəhsil və internat məktəblərinin І - ІV sinif müəllimlərinə dəftərlərin və yazı işlərinin yoxlanılması üçün bir müəllim stavkasının 10 faizi miqdarında əlavə haqq ödənilir. Əlavə haqq dərs yükünün həcmindən asılı olmayaraq əsas müəllimə verilir.
Sinifdə (sinif komplektində) şagirdlərin sayı 10 nəfərdən az olduqda yazı işlərinin yoxlanması üçün müvafiq məbləğin 50 faizi ödənilir.
Evlərdə, xəstəxanada və ya sanatoriyada І - V sinif şagirdləri ilə fərdi və ya qrup halında dərs aparan müəllimlərə yazı işlərinin yoxlanılması üçün əlavə haqq ödənilmir.
Təlim qeyri-azərbaycan dilində aparılan І - ІV siniflər azərbaycan dilini, təlim azərbaycan dilində aparan І - ІV siniflərdə xarici dili digər müəllim tədris edirsə, həmin müəllim şagirdlərin sayı nəzərə alınmaqla yazı işlərinin yoxlanması üçün ibtidai siniflərdə nəzərdə tutulmuş ödənişə uyğun olaraq dərs dediyi faktiki saatların miqdarına görə əlavə haqq ödənilir.
Ümumtəhsil və internat məktəblərinin V - XІ (XІІ) siniflərin (o cümlədən evdə, xəstəxanada, sanatoriyada fərdi və ya qrup halında dərs aparanlar), texniki peşə, orta ixtisas məktəblərinin ana dili və ədəbiyyat üzrə yazı işlərini yoxlanması üçün bir müəllim stavkanın 15 faizi, riyaziyyat, xarici dil və stenoqrafiya üzrə 10 faizi miqdarında əlavə haqq ödənilir.
Siniflərdə (qruplarda) şagirdlərin sayı 10 nəfərdən az olduğu halda yazı işlərinin yoxlanılması üçün müvafiq məbləğin 50 faizi ödənilir. Bu qayda həmçinin siniflər yarımqruplara bölündükdə də tətbiq edilir. Dərs ili ərzində şagirdlərin sayı ilə əlaqədar sinif rəhbərliyi və yazı işlərinin yoxlanması üçün verilən əlavə haqq dəyişilmir.
Orta ixtisas məktəblərində rəsmxət və texniki mexanika üzrə yazı işlərinin yoxlanması üçün müəllim stavkasının 10 faizi miqdarında əlavə haqq ödənilir.
ІІ Fənn, bölmə və metodiki komissiyalara, şöbə, tədris kabinetlərinə, tədris- təcrübə sahələrinə, tədris emalatxanalarına, bədən tərbiyəsi üzrə sinifdən xaric işlərin aparılmasına rəhbərlik üçün əlavə haqların ödənilməsi.
1.Orta ixtisas məktəblərində müəllimlərə fənn, bölmə və metodiki komissiyalarda rəhbərlik üçün bir müəllim stavkasının 15 faizi miqdarında əlavə haqq ödənilir.
2.Məktəb və internat məktəblərdə, peşə məktəbləri və peşə liseylərində tədris kabinetinin müdirinə (peşəyönümü, informatika və hesablama texnikası daxil olmaqla) stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir. Hesablama texnikasına xidmət üçün bu iş həvalə olunan şəxsə hər bir işləyən kompüterə görə müəllim stavkasının 3 faizi həcmində əlavə haqq ödənilir.
3.Pedaqoji məktəblərdə tədris kabineti və ya laboratoriya müdirliyinə görə bir stavkanın 15 faizi miqdarında əlavə haqq ödənilir. Tədris kabineti və ya laboratoriya müdirliyinə görə əlavə haqq yalnız tədris işlərini aparmaq üçün lazımi avadanlıq olduqda verilir.
4.Tədris-təcrübə sahəsinə rəhbərlik üçün əsas məktəblə bir müəllim stavkasının 10 faizi miqdarında, orta məktəblərdə isə faizi miqdarında, internat məktəblərində və ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təyinatlı məktəblərdə 20 faizi miqdarında əlavə haqq ödənilir.
Əlavə haqq uşaqlar tərəfindən təsərrüfat işlərinin görüldüyü müddət üçün ödənilir. İstixanaları və şitillikləri olan məktəblərdə həmin məbləğ il ərzində ödənilir.
11.12.1996