AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
17 oktyabr 2025
671

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq





Oktyabrın 16-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankara Hacı Bayram Veli Universitetində olub və rektor Mehmet Naci Bostancı ilə görüşüb. 


AzTehsil.com xəbər verir ki, MDU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüş zamanı tərəflər universitetlərarası əməkdaşlığın prioritet istiqamətləri, birgə elmi layihələrin icrası və yeni akademik proqramların tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.


Görüşdə MDU və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında anlaşma memorandumu imzalanıb. MDU-nun rektoru Anar Eminov və AHBVU-nun rektoru Prof. Dr. Mehmet Naci Bostancı tərəfindən imzalanan memorandum iki ali təhsil müəssisəsi arasında strateji tərəfdaşlığın rəsmi əsasını qoyub. Memoranduma əsasən, magistratura səviyyəsində “Turizm və hotelçilik” ixtisası üzrə ikili diplom proqramı təsis ediləcək.


Rektor Mehmet Naci Bostancı MDU nümayəndə heyətini universitetdə görməkdən məmnunluğunu ifadə edərək bildirib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında elmi, mədəni və təhsil əlaqələrinin yeni inkişaf mərhələsini formalaşdırır:“İmzalanan memorandum iki qardaş xalqın elm və təhsil sahəsindəki inteqrasiyasını gücləndirəcək. Bu əməkdaşlıq ortaq elmi layihələr, ikili diplom proqramları, beynəlxalq simpoziumlar və tələbə–müəllim mübadiləsi kimi geniş fəaliyyət istiqamətlərini əhatə edir. Biz Mingəçevir Dövlət Universiteti ilə qurulan bu tərəfdaşlığa böyük önəm verir və uzunmüddətli əməkdaşlığın davamlılığını təmin etməyə hazırıq.”


Universitetin beynəlxalq əlaqələr strategiyası qlobal akademik məkanla inteqrasiyanı, keyfiyyətli təhsil mühitinin yaradılmasını və müasir tələblərə cavab verən kadr hazırlığını hədəflədiyini bildirən MDU-nun rektoru Anar Eminov AHBVU rektoruna göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü ifadə edib.


“Ankara Hacı Bayram Veli Universiteti ilə imzalanan bu Memorandum universitetimizin beynəlxalq inkişaf strategiyasında yeni səhifə açır. Əməkdaşlıq yalnız akademik sahədə deyil, həm də elmi, innovativ və mədəni istiqamətlərdə iki ölkənin ali təhsil sistemlərini daha da yaxınlaşdıracaq. Bu proqram gələcək turizm və xidmət sektorunda müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsinə töhfə verəcək”,- deyə bildirib.


Memorandum çərçivəsində birgə elmi tədqiqatların aparılması, beynəlxalq seminar və simpoziumların təşkili, müəllim və tələbə mübadiləsi, elmi nəşrlərin birgə hazırlanması, tədris proqramlarının uyğunlaşdırılması və ortaq sertifikat proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin innovasiya, startap və sahibkarlıq yönümlü layihələrdə əməkdaşlıq, laboratoriya və texnologiya transfer mərkəzlərinin birgə fəaliyyəti də sənədin əsas istiqamətlərindəndir.





Həmçinin oxuyun:
ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə müzakirəsi

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə müzakirəsi

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

MDU-da tələbələrə əlavə təqaüdlər veriləcək

MDU-da tələbələrə əlavə təqaüdlər veriləcək

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Təhsil üzrə ümumi MƏLUMAT

Təhsil üzrə ümumi MƏLUMAT