AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Kitabxanaçı / Yazarlar / İnnovasiyalar / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
10 avqust 2025
870

İlk beynəlxalq dövri elmi jurnal nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun ingilisdilli “Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology” – “Zaman körpüsü: Azərbaycan Arxeologiya və Antropologiya Jurnalı” adlı beynəlxalq elmi resenziyalı dövri dərgisinin ilk sayı işıq üzü görüb.

AzTehsil.com xəbər verir ki, bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Bildirilib ki, Azərbaycanda ictimai və sosial elmlər çevrəsində yeganə ingilisdilli dövri elmi dərginin elmi tədqiqat sahələrinə həm arxeologiyanın bütün mövcud istiqamətləri (aeroarxeologiya - havadan çəkiliş, georadar və lidar ölçmələr, Arxeocoğrafiya, Arxeometriya, Bioarxeologiya, Arxeobotanika, Arxeozoologiya, Döyüş sahəsi arxeologiyası, Rəqəmsal və Hesablama Arxeologiyası, Eksperimental Arxeologiya, Ətraf Mühit Arxeologiyası, Epiqrafiya, Landşaft arxeologiyası, Numizmatika, Dəniz arxeologiyası, Muzeyşünaslıq, Rekseologiya-təmassız tədqiqat və d.), Paleopatologiya da daxil olmaqla, həm də Bioloji və Mədəni Antropologiya sahələri, xüsusi olaraq, Arxeologiya və Antropologiya fəlsəfəsi də daxildir.

Elmi jurnal müasir dünya standartlarına uyğun jurnal metadataları (Journal metadata), dərc detalları (Publication details), identifikatorlar (Journal identifiers: ISSN, DOI və d.) və müasir jurnal xüsusiyyətləri (Journal specifications) ilə təmin edilib. Məqalələr sosial və davranış elmləri üçün qəbul olunmuş APA stili, yəni, Amerika Psixoloqlar Assosiasiyasının tövsiyə və qaydaları üzrə tərtib edilib.

İngilisdilli jurnalın onlayn platforması olan ajaa.az rəsmi veb-saytı beynəlxalq oxucular üçün əlçatandır. Xüsusi, ISSN identifikatoruna malik jurnalın elektron resursu müasir dünya elmi jurnallarının veb-sayt parametrlərinə uyğun tərtib olunub. Beynəlxalq tədqiqat təşəbbüsü olan PKP (Public Knowledge Project – İctimai Bilik Layihəsi) tərəfindən yaradılan elmi jurnalların idarə edilməsi, redaktəsi, nəşri və onlayn təqdimatı üçün nəzərdə tutulmuş OJS (Open Journal Systems – Açıq Jurnal Sistemləri) açıq mənbə (open-source) platformasında olan ajaa.az rəsmi veb-saytında məqalələr əlçatandır (open access). PDF formatında məqalələr OJS platformasının verdiyi imkanlar çərçivəsində CrossRef, Google Scholar, ORCID və s. axtarış, data sistemi və indeksləşmə bazalarına inteqrasiya olunub.

Jurnalın redaksiya heyətində Azərbaycan, Türkiyə, Özbəkistan, Yaponiya, İtaliya, Amerika Birləşmiş Ştatları və Almaniyanın tanınmış arxeoloqları və antropoloqları təmsil olunublar. Jurnalın baş redaktoru AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevdir.ISSN və DOI üzrə beynəlxalq identifikasiya bazalarında təmsil olunan elmi jurnal başlanğıc mərhələsində ildə iki dəfə dərc ediləcək. Jurnalın elmi redaksiyasının strateji məqsədi dərginin tanınmış indeksasiya bazalarında mövqe tutmasıdır.

Jurnalın ilk nömrəsində dərc edilmiş məqalələr Azərbaycan ərazisində, əsasən, işğaldan azad edilmiş torpaqlarda son dövrdə aparılmış arxeoloji tədqiqatları əhatə edir. Məqalə həmmüəllifləri sırasında Azərbaycan alimləri ilə yanaşı, Yaponiya, İtaliya və Almaniya arxeoloqları da yer alıblar.

Həmçinin oxuyun:
Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

AMEA – da yeni İnstitut yaradılır

AMEA – da yeni İnstitut yaradılır

Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq layihənin icrasında

Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq layihənin icrasında

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Dəniz suyu kimlər üçün təhlükə mənbəyi ola bilər? - Həkim RƏYİ

Dəniz suyu kimlər üçün təhlükə mənbəyi ola bilər? - Həkim RƏYİ

Coğrafiya İnstitutunda landşaft planlaşdırılmasına dair tədqiqatlar

Coğrafiya İnstitutunda landşaft planlaşdırılmasına dair tədqiqatlar

AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

Qarabağ Universitetində  iclası keçirilib- FOTO

Qarabağ Universitetində iclası keçirilib- FOTO

“Türkologiya” jurnalı alimlərin intellektual məkanına çevrilib”

“Türkologiya” jurnalı alimlərin intellektual məkanına çevrilib”

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Dənizin gözəlliyi və dəniz suyunun faydaları

Dənizin gözəlliyi və dəniz suyunun faydaları

Dəniz havasının ŞƏFAVERİCİ GÜCÜ

Dəniz havasının ŞƏFAVERİCİ GÜCÜ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

MEK 2017-ci ilin noyabr ayı ərzində beynəlxalq kitab mübadiləsi həyata keçirib

MEK 2017-ci ilin noyabr ayı ərzində beynəlxalq kitab mübadiləsi həyata keçirib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Alimlər nə qədər maaş alır? - RƏQƏMLƏR

Alimlər nə qədər maaş alır? - RƏQƏMLƏR

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

MEK fondlarında mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimatını keçirib

MEK fondlarında mühafizə olunan çap və rəqəmsal ensiklopediyaların təqdimatını keçirib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)