AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Bölgə / Şagird
10 oktyabr 2025
1 268

Məktəbin inventarlarını satıb yeyən təsərrüfat müdirləri....



Əksəriyyət məktəbdə baş verən bu kimi zorakılıq hallarını əks etdirən videoları ürək ağrısı ilə seyr edir. Kimi günahlandıraq? Bu zorakılıq müəllim-şagird arasında da olur, müəllim-direktor arasında da, şagirdlə şagird arasında da. Axır illər trendə məktəbin gözətçiləri, texniki işçiləri də qoşulub. Övladına tərbiyə verməyən valideyn, tərbiyələnmək istəməyən uşaq, amalı, məqsədi təhsil yox rüşvət olan direktorlar, məktəbin inventarlarını satıb yeyən təsərrüfat müdirləri, məktəbdə biznes quran texniki işçilər, dərs cədvəli satan müavinlər, tərbiyəsiz uşaq əlində naçar qalan müəllimlər, döyülən yaxud döyən şagirdlər, öldürən və ölən uşaqlar, bütün bunlara gözünü yumub, qulağını tıxayan nazirlik – sizcə, hansı daha çox günahkardır?


Məktəblərdə ən böyük boşluq nədir, bilirsinizmi? Müəllim avtoritetinin yoxa çıxması. Müəllim kimi ali bir ünvanı sıxışdıra-sıxışdıra yazıq görkəmə saldılar. Müəllimi elə yazıqlaşdırdılar ki, uşağa söz deməyə risk etmir. Daha müəllim nə təhsil verir, nə təlim verir, nə də tərbiyə. İşi-gücü səhərdən-axşamacan lüzumsuz kağız-kuğuz işlərini bitirmək, jurnal yazmaq, summativ yoxlamaqdır. Başını qaldırıb sinifə baxa bilmir ki, nə baş verdiyini görsün. Onun bu halı ailəsindən tərbiyə, nəzarət görməyən şagirdlər üçün göydəndüşmə fürsətdir.


AzTehsil.com - Biz Elgünün faciəsini hələ unutmamışıq, indi də Vaqifə məzar oldu Gəncə. Öldürən məktəbli, ölən məktəbli, ilahi, dəhşətə bir bax! Məktəblərdə özbaşınalıq baş alıb gedir. Şagirdlər məktəbə təsbehlə, bıçaqla gəlir. Kəpənək deyilən bıçaq növü ilə qısnama, hədələmə hərəkətləri etməyə meyilli olan nəsil yetişib. Onlar bıçaqla lovğalıq edirlər, qısnama zamanı hədə-qorxu gəlmək üçün istifadə edirlər. Məktəblilərin üzərindən dəfələrlə beşbarmaq deyilən təhlükəli alət aşkarlanıb. Şagirdlər müəllimin üzünə üfürür siqaretin tüstüsünü. Bütün səlahiyyətləri əlindən alınmış müəllim nə edəcək bu vəziyyətdə?


Uşaqlar saytlardan zorakılıq təbliğ edən oyunların simvolu olan silahları sifariş edirlər. Daha sonra sifariş edilən silahları məktəbə gətirib sinif yoldaşlarına paylayırlar. Məktəblər və məktəb rəhbərliyi zorakılıq nümayiş etdirən uşaqları asanlıqla müəyyən edə bilir. Bunun üçün sinif rəhbəri, məktəb psixoloqu, məktəblinin dostu var. Xüsusilə də məktəbdə çalışan psixoloqlara çox mühüm vəzifə düşür.


Məktəblərdə təhsildən başqa hər şey var - bullinq, zorakılıq, qısnama, bıçaqlama, öldürmə. Məktəblərdə yalnız dərs yoxdur, elm yoxdur, təhsil yoxdur. Təhsil can çəkişir, nazirlik susub. Məktəblər, məktəblilər kriminal film qəhrəmanına çevrilib, nazirlik susur. Biz də susaq?!


Lalə Mehralı



Həmçinin oxuyun:
Baxdığınız Videoları Ekranda Yox, Havada Görmək Üçün Hologram Metodu

Baxdığınız Videoları Ekranda Yox, Havada Görmək Üçün Hologram Metodu

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Çalışmanın  yaş  həddinə çatmış  dəyərli  müəllimlərə -HEKAYƏ

Çalışmanın yaş həddinə çatmış dəyərli müəllimlərə -HEKAYƏ

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Tərbiyənin metodları

Tərbiyənin metodları

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təsərrüfat işləri üzrə direktor müavini nəyi bilməlidir

Təsərrüfat işləri üzrə direktor müavini nəyi bilməlidir

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R