AzTehsil.com


Xəbərlər / Direktor
10 noyabr 2017
3 980


Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ



Bu gün təhsil sistemində rüşvət faktoru mövcuddur. Bunu kimsə inkar etmir. Cəmiyyətin təmsilçilərindən biri olaraq, hər zaman üzləşdiyimiz hallardan biridir. Qohumlar, qonşular, dostlar vasitəsilə tez-tez bu mövzuda şikayətlər eşidirik. Uşaq bağçasından tutmuş ali məktəblərə qədər hər yerdə neqativ halların olduğu deyilir. İş o yerə çatıb ki, ali təhsil ocaqlarının bir çoxunda tələbələr semestr imtahanlarının "qiymətlər”ini sosial şəbəkələrdə paylaşırlar. Həmin iddialara görə, ən aşağı fənn qiyməti 50 manatdan başlayır. Təhsilimizi çökdürən təkcə bu deyil. Həm də bəzi ali məktəb müəllimlərinin hesabına yaranan "kitab biznesi” bu silsilədəndir. Adətən, imtahanlara yaxın tələbələr müəllimlərin sırıdığı kitabları almaq zorunda qalırlar. 


Orta məktəblərdə vəziyyət daha dözülməzdir. Bayram və digər əlamətdar günlərdə valideynlərdən müəllimlərə hədiyyə pulu yığmayan məktəblər barmaqla sayılası qədərdir. Bu gün orta məktəblərə müəllim kadrları əsasən imtahan yolu ilə müəyyənləşir. Lakin texniki personalın təyinatı direktorların səlahiyyətindədir. O vəzifələrə isə təyinatın da öz "qaydaları” var. 

Rüşvəti yaradan səbəblər...


Aztəhsil.com xəbər verir ki, "Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil eksperti Elşən Qafarov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, istənilən bir sahədə rüşvət və ya korrupsiya hər hansı bir sistemi daxildən çökdürən ən neqativ hallardan biridir. Ona görə də həmin sistemdə ilk növbədə rüşvəti yaradan səbəbləri aradan qaldırmaq lazımdır:

 

"Təhsil sistemi özündə çox böyük bir məfhumdur. Bildiyiniz kimi, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinə tabe deyil. 2010-cu ildən yerli icra hakimiyyətlərinə tabedir və bu da təhsilin fasiləsizliyini pozan hallardan biridir. Hazırda Təhsil Nazirliyi tabeliyində olanlar ümumtəhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələridir. Hər bir pillənin özünəməxsus problemləri var, o cümlədən, hər pillədə rüşvəti yaradan səbəblər də bir-birindən fərqlidir. İlk olaraq ümumtəhsil məktəblərindən başlayaq.


Ümumtəhsil məktəblərində hal-hazırda 150 minə yaxın müəllim işləyir və 1 milyon yarıma qədər şagird təhsil alır. Ölkədə 4447 ümumtəhsil məktəbi, lisey, gimnaziya, sağlamlıq imkanları məhdud olanlar üçün fəaliyyət göstərən təhsil müəssisələri var. Bu gün "məktəblərdə rüşvətxorluq var” deyərkən bunu bütün ümumtəhsil məktəblərinə aid etmək olmaz. Ümumtəhsil məktəbləri yerləşdiyi coğrafi baxımdan bir-birindən fərqlənir. Şəhər, kənd, o cümlədən, ucqar məktəblər... Fikrimcə, kənd və ucqar məktəblərdə rüşvət məsələsi şəhər məktəblərində olduğu qədər deyil. Hətta yox dərəcəsindədir. Amma mərkəz məktəbləri, xüsusən də respublikanın böyük şəhərlərində, o cümlədən də paytaxtda yerləşən ümumtəhsil məktəblərinin əksəriyyətində bu hallara rast gəlinir”. 


Rüşvəti yaradan səbəblərə toxunan ekspert deyib ki, burada əsas səbəbkar vəzifəli şəxslər: məktəb direktorları və direktor müavinləridir:

 

"Rüşvətə səbəb ilk növbədə əməkhaqqının aşağı olmasıdır. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, hələ əməkhaqqı qalxmamış yüzlərlə müəllim var. Elə məktəblər də var ki, məktəb direktorları 210 manat vəzifə maaşı alırlar. Eləcə də DQ-dən keçmiş, əməkhaqqı qalxmış müəllimlər ölkə prezidentinin 994 nömrəli sərəncamı ilə 18-ci dərəcəli əməkhaqqı alırlar ki, bu da təqribən 425 manat edir. Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı həddindən artıq aşağıdır.


Düşünürəm ki, rüşvət almamaq üçün ilk növbədə məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı 2 dəfə qaldırılmalı, onların əməkhaqqının tənzimlənməsi üçün uşaq və sinif sayı nəzərə alınmaqla cədvəl hazırlanmalıdır. Direktorların əməkhaqqı 1000 manatdan aşağı, direktor müavinlərininki isə 700-800-dən aşağı olmamalıdır. Eyni zamanda, əməkhaqqının artırılması ilə yanaşı, peşəkarlığın artırılması üzərində işləmək, o cümlədən, direktor və direktor müavini imtahanlarının şəffaf keçirilməsinə çalışmaq əsas şərtlərdən biridir. Rüşvəti yaradan səbəblərdən biri də yaranmış sistemsizlikdir. Ümumtəhsil məktəblərində konkret olaraq hansısa bir məsələ ilə bağlı nazirlik tərəfindən işlənmiş sistem yoxdur. Tərəflər var- təhsilalan, təhsilverən, təhsilalanların valideynləri və s. Ancaq konkret olaraq bu proses sistem halında deyil. Ona görə də neqativ halların olması üçün şərait yaranır. Həmin şəraitdən də rüşvətə meyilli olan müəssisə rəhbərləri istifadə edirlər”. 


"Xalqın gözü tərəzidir...”


Elşən Qafarov hesab edir ki, məktəblərdə rüşvəti yaradan səbəblərdən biri də rayon təhsil şöbələrinin statuslarının düzgün müəyyən olunmamasıdır:

 

"Bildiyiniz kimi, rayon təhsil şöbələri təhsilin yerli idarəetmə orqanlarıdır. Rayon təhsil şöbələrinin müdirləri yerli İcra hakimiyyəti başçılarının razılığı ilə təyin olunur. Hazırda Təhsil Nazirliyinin apardığı islahat nəticəsində Naxçıvan Muxtar Respublikasını çıxmaq şərti ilə, 15 Ərazi Hesablama Mərkəz yaradılıb. Ərazi Hesablama Mərkəzləri yaradılarkən əsasən, həmin bölgələrdə təhsil üzrə maliyyə təsərrüfat işini həyata keçirmək və ona nəzarət etmək üçün yaradılsa da, hazırda konkret olaraq təhsili idarəetmə ilə məşğuldur. Belə olduğu halda regionlarda təhsilin idarəedilməsində Təhsil Nazirliyinin qurumları arasında ikitirəlilik yaranıb.


Digər bir tərəfdən isə rayon təhsil şöbələrinin birbaşa İcra hakimiyyəti başçılarının nəzarəti altında olması da neqativ hallara yol açır, bu da öz növbəsində təhsildə rüşvətə yol açan səbəblərdən daha biridir. Təkcə regional kimi fəaliyyət göstərən Bakı Şəhəri üzrə Təhsil İdarəsi yerli icra hakimiyyəti başçılarına tabe deyil. Vəziyyət göstərir ki, rayon təhsil şöbələrinin yerli icra hakimiyyətlərinə tabe olmaması heç də rüşvət halının tamamən aradan qalxmasına əsas vermir. Məsələ burasındadır ki, bizdə əvvəlki, eləcə də hazırkı nazirin dövründə, yəni, 54 ay ərzində rüşvət almağa görə məktəb direktoru və ya direktor müavini həbs olunmayıb, bununla bağlı hər hansı məsələ qaldırılmayıb. Qanunsuz bir hal aşkar olunduqda isə ərizənin yazılması ilə işdən azadolunma halı baş verir.


Belə olduğu halda artıq cəzasızlığın hökm sürdüyünü görən məktəb direktorları, eləcə də direktor müavinləri işlərinə davam edirlər. Ümumtəhsil məktəblərində konkret olaraq rüşvətin qarşısını almaq üçün ilk növbədə rüşvət alan şəxslərin, yəni direktor və ya direktor müavinlərinin əməkhaqqının artırılması əsas şərtdir. İkincisi, onların peşəkarlığının artırılması, üçüncüsü isə bu sahədə hökm sürən cəzasızlıq sistemini aradan qaldırmaqdır. Yəni, konkret rüşvətə görə cinayət məsuliyyətinə cəlb olunmaq. Düşünürəm ki, prokurorluq orqanlarına müəyyən müraciətlərin edilməsi effektiv nəticə verər”. 


Ekspertin dediyinə görə, hal-hazırda təhsil sistemindəki "paket” əməliyyatı sona çatmalıdır:

 

"Bu, təhsildə şəffaflıq mühitini yaratmağa imkan verməyəcək. Digər tərəfdən də "xalqın gözü tərəzidir” misalına istinad etsək, görərik ki, hazırda səmərəsiz xərclərlə cavabdeh şəxslərin kütləvi şəkildə dövlət əmlakını hər il, hər ay havaya sovurması bütün xalqın, xüsusən də təhsil işçilərinin gözü qarşısında baş verir. Nazir Mikayıl Cabbarov və onun yaxın ətrafının təhsildə rüşvəti yığışdırmaqla bağlı addımlarının səmərə verəcəyinə inanmıram. Bu sahədə neqativ halların getdikcə artması, o cümlədən, səriştəsiz insanların rəhbərlik etməsi təhsilimizi idarəolunmaz duruma gətirib çıxaracaq. Bir neçə fakta nəzər salaq.


Məsələn, iyun ayında dərs bölgüsünün aparılması ilə bağlı sosial şəbəkə üzərindən Tomas Crown adlı şəxs bəyanat verdi, daha sonra isə onun bəyanat və cədvəlləri məktəb və rayon təhsil şöbələrinə göndərildi. Orada göstərildi ki, 10 baldan aşağı bal toplayan müəllimlərə dərs verilməyəcək. 8 sentyabrda isə təhsil nazirinin birinci müavini Ceyhun Bayramov rayon təhsil şöbələri və Ərazi Hesablama Mərkəzlərinə sirkulyar məktub adlandırılan bir məktub göndərdi. Həmin məktubda göstərilir ki, 10 baldan aşağı bal toplayanlara minumum 6 saat dərs verilə bilər. Burada minumum sözünün olması artıq neqativ hallara şərait yarada bilər. Baxmayaraq ki, iyun ayında həmin müəllimlərin dərs saatları vakansiyaya çıxarılmışdı. Bizdə olan məlumatlara görə, hətta müəllimlər kredit götürərək digər ənənəvi üsullarla çalışırdılar ki, onlara dərs saatı verilsin. Pedaqoji baxımdan absurd olan digər bir hal isə ibtidai siniflərdə baş verdi.


Belə ki, ibtidai siniflərdə olan dərslərin bir neçə müəllim arasında bölünməsi də bu kimi halların geniş vüsət almasına səbəb oldu. Hansı müəllim dərs saatlarının alınmasını istəmirdisə, problemini həll etmək üçün özünə adam axtarırdı və bunun qarşılığında nəsə qeyri-qanuni ödəniş edirdi. Göründüyü kimi, bu gün təhsil sahəsinin aparıcı şəxsləri, başda nazir olmaqla, neqativ hallara qarşı mübarizə aparmaq adı altında populist bəyanatlar versələr də, son 2 ildə təhsil sistemində, xüsusən də ümumi təhsildə rüşvət faktoru azalmayıb. Bu da təhsilimizin ciddi problemlərindən xəbər verir. Bir sözlə, təhsilimizin bu günü və gələcəyi üçün çox qorxulu bir vəziyyət yaranıb”. 


Rüşvəti necə aradan qaldıraq?


Təhsil eksperti təhsildə rüşvət hallarının aradan qaldırılması üçün atılan müsbət addımlardan da danışıb:

 

"Bakı şəhərində, xüsusən də birinci sinif şagirdlərinin məktəbə qəbulu zamanı geniş rüşvət hallarının qarşısını almaq üçün artıq bir neçə ildir elektron qaydada qəbul həyata keçirilir. Bu hal birinci sinfə qəbul zamanı kütləvi rüşvətxorluğun qarşısını alsa da, amma tam olaraq həyata keçirilə bilmədi. Sağlamlıq imkanları məhdud olan şəxslərin birinci sinifə qəbulu ilə bağlı kütləvilik yarandı, hansı ki, həmin uşaqların səhhəti bu gün də onların məktəblərdə təhsil almasına imkan vermir. Amma qəbul elektron şəkildə olduğu və onların sağlamlıq durumları nəzərə alınmadığı üçün məktəblərdə bir sıra problemlər yaranır. Digər bir tərəfdən, rüşvət halları artıq yalnız məktəbə qəbul zamanı deyil, siniflərə bölünən zaman da oldu. Bu və digər hallar, o cümlədən, rüşvətxorluq zamanı cəzasızlıq məktəb direktorları və direktor müavinlərini daha da şirnikləndirdi. Rüşvətlə bağlı görülən tədbirlərdən biri də direktor müavinləri, uşaq birliyi rəhbərləri, məktəb psixoloqları, kitabxanaçılar, gənclərin çağırışaqədər hərbi rəhbərləri, təsərrüfat işləri üzrə direktor müavinləri və laborantların müəyyən müsabiqə və imtahanlarla işə götürülməsilə bağlı cəhdlər idi. 


Həmin müsabiqələr dövri olaraq keçirilmədiyi üçün bir çox hallarda məktəblərdə tam olaraq bir il, bəzən daha artıq olaraq məktəblər direktor və müavinsiz, eləcə də lazım olan işçilərsiz qaldılar. Bu da öz növbəsində məktəblərdə pedaqoji prosesin təşkilində çox böyük maneələr yaradır, ümumilikdə isə təhsil prosesinin idarə olunmasını çətinləşdirir. Bir çox məktəblərdə isə idarəolunmaz vəziyyətə gəlib çıxıb. Başqa bir hal isə, məktəb direktorlarının vəzifəyə təyin olunmasında konkret müddətin olmamasıdır. Öz növbəsində bu gün məktəb direktorunun 10, 15, yaxud 20 il bir məktəbdə işləməsi zaman-zaman neqativ hallar üçün şərait yaradır, bu da arzuolunan hal deyil. Ona görə də ilk növbədə məktəb direktorlarının əməkhaqqının qaldırılması ilə yanaşı, onlar dövlət qulluğuna aid edilməlidir. Dövlət qulluğuna aid edildikdə isə, həmin şəxslərin bir məktəbdə 5 ildən artıq işləməsinə imkan verilməz. Çünki 5 ildən artıq işlədikdə orada neqativ halların baş verməsi qaçılmazdır”.




Загрузка...
Həmçinin oxuyun:
Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Astara Təhsil Şöbəsinin rəhbəri təqaüfə çıxmış müəllimlərdən rüşvət alaraq yenidən işə qaytarıb

Astara Təhsil Şöbəsinin rəhbəri təqaüfə çıxmış müəllimlərdən rüşvət alaraq yenidən işə qaytarıb

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları