AzTehsil.com


Xəbərlər
16 oktyabr 2017
11 310


Məktəbdaxili nəzarətin demokratik əsasları



Elm və texnikanın sürətlə inkişafı məktəb müdiriyyətinin qarşısında yeni tələblər qoyur. Məktəb rəhbərliyi bilməlidir ki, rəhbərlik etdiyi məktəbdə pedaqoji kadrların elmi-nəzəri və metodik səviyyəsini yüksəltmədən təhsilin qarşısınada qoyulan tələblərin müvəffəqiyyətlə yerinə yetirilməsinə nail olmaq mümkün deyildir. Rəhbərliyin tələbkarlıq səviyyəsi zəif olduqda, rəhbərlik öz yerində olmadıqda məktəbin illik fəaliyyət və məktəbdaxili nəzarət planında qarşıya qoyulan məsələlər, pedaqoji şura tərəfindən qəbul olunmuş qərarlar vaxtlı- vaxtında yerinə yetirilmir.

 

İdarəetmə fəaliyyətində elmi-pedaqoji, informasiya təminatı və psixoloji xidmət müasir tələbləri ödəmir, bu da təlim-tərbiyənin keyfiyyətinə mənfi təsir göstərir.


Bu baxımdan, problemlərin yerinə yetirilməsi üçün bir sıra şərtlər vacibdir:


-Yüksək ixtisaslı pedaqoji kadrların ixtisaslarının artırılması;


-fənn kurikulum kurslarında müəllimlərin iştirakının təmin edilməsi;


-dərslərdə İnfopmasiya və Kommunikasiya Texnologiyalarından istifadənin düzgün seçilməsi və müəllimin özünün istifadə bacarığının inkişaf etdirilməsi;


-məktəb şəbəkəsinin səmərələləşdirilməsi;


-məktəbin maddi- texniki bazasının təchizatı və möhkəmləndirilməsi;


-məktəb rəhbərliyi və Valideyn-Müəllim -Assosiasiyası əməkdaşlığı;


-məktəbin ailə, ictimaiyyətlə əlaqəsinin genişləndirilməsi;


-pedaqoji elmi inkişaf, pedaqogika və psixologiya sahəsində fundamental və tətbiqi tədqiqatların aparılmasının təmin edilməsi.


Eyni zamanda, texniki tərəqqinin inkişaf etdiyi müasir dövrdə məktəb rəhbərliyinin həm nəzəri, həm də praktik planda əsaslı idarəetmə hazırlığına malik olması vacibdir.


Məktəbi idarəetmə-məktəbin daxilində baş verən psixoloji, təşkilati və metodik prosesləri tənzimləmək deməkdir. Bu baxımdan da, idarəetmənin əsas strukturlarından biri də məktəbdaxili nəzarətdir.


Məktəbdaxili nəzarətin həyata keçirilməsində məktəb rəhbərliyi fənn MB rəhbərləri, pedaqoji kollektiv, qabaqcıl müəllimlərin, məktəbin HT-nın, UBR-nin, məktəbin psixoloqunun və VMA-nın köməyindən səmərəli istifadə etməli və faydalanmalıdır. Nəzarəti elə təşkil etmək lazımdır ki, fənn metodbirləşmələrində illik iş planlaşdırılarkən müəllimlər şagirdlərin bilik və bacarıqlarının formalaşdırılmasında fəal təlim metodlarının tətbiq edilməsində təlim motivasiyasının yüksəldilməsi yolları göstərilsin.


Başda məktəb direktoru olmaqla məktəb müdiriyyətinin obyektivliyi, demokrativliyi, əhatəliliyi, müasirliyi hər bir müəllimin pedaqoji və yaradıcı işgüzarlığını artırır, təlimin keyfiyyətinə, şagirdlərin bilik səviyyələrinin inkişafına,tərbiyəsinə və nizam-intizamına zəruri təsir göstərir.


Məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini təlim-tərbiyə prosesini planlaşdırır, onun gedişini və nəticələrini nəzarətdə saxlayır, məktəb işinin keyfiyyət və səmərəliliyini təşkil edir, uşaqların mühafizəsinə cavabdehlik daşıyır, məktəbin pedaqoji işçilərinin yaradıcı imkanlarını, təlim-tərbiyənin qabaqcıl forma və metodlarının tətbiqi və onların həyata keçirilməsi üçün şərait yaradır, tədris plan və proqramlarının yerinə yetirilməsinə, şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətinə və müəllimlərlə aparılan metodik işə rəhbərlik edir və s.


Məktəb rəhbərlərinin hər biri üçün konkret funksiyaların müəyyənləşdirilməsi heç də o demək deyil ki, onların hər biri yalnız özlərinə aid olan funksiyaları icra etsinlər. Əlbəttə, bu formada idarəetmə effektivliyə gətirib çıxara bilməz. Ona görə də, bütün idarəetmə funksiyaları, yəni məktəb qarşısında qoyulan ümumi vəzifələrin məktəb müdiriyyəti tərəfindən əlaqəli şəkildə həyata keçirilməsi zəruridir.


Məktəb direktorunun və təlim-tərbiyə işləri, tərbiyə üzrə direktor müavininin fəaliyyət planında ən başlıca məqsəd nədən ibarət olmalıdır :


– müəllimlərin gündəlik fəaliyyətinə nəzarət (proqram, dərs planı, əyani vasitələrin olması, texniki vasitələrdən istifadə, yoxlama yazı, laboratoriya və praktiki iş normalarının yerinə yetirilməsi və. s.)


-dərsdənkənar və fakültativ məşğələlərin, dərnəklərin keçirilməsinə nəzarət.


– metodik işə rəhbərlik və nəzarət (fənn metodbirləşmə rəhbərlərinin istiqamətləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasının təşkili, məktəb şurası və metodşuranın işinin təşkili və.s.)


– sinifdənxaric və məktəbdənkənar işlərin təşkili (sinif rəhbərlərinin fəaliyyət planlarının hazırlanması və yerinə yetirilməsinə nəzarət, valideynlərlə işin təşkili, mədəni-kütləvi tədbirlərin vaxtlı-vaxtında keçirilməsinin təşkili, təhlili və.s.)


Təlim-tərbiyə prosesinin öyrənilməsini məhdudlaşdırmaq düzgün nəticəyə gətirib çıxartmır.Məktəbşünaslıq işinin ən zəruri məqsədlərindən biri olan şagirdlərin bilik səviyyələrini inkişaf etdirmək və fənlərin tədrisi vəziyyətini artırmaq və qiymətləndirmədə obyektivliyi gözləmək məktəbdaxili nəzarətin düzgün və elmi planlaşdırılmasından asılı olan bir məsələdir.


Məktəb üçün ən vacib əhəmiyyət kəsb edən müəllimlərin pedaqoji fəaliyyətini, fənnin tədrisi vəziyyətini və şagirdlərin mənimsədikləri bilik səviyyələrini müəyyənləşdirmək üçün müxtəlif üsül və metodlardan istifadə etmək direktor və təlim-tərbiyə işləri üzrə direktor müavininin təcrübəsindən çox asılıdır.


Şərti olaraq aşağıdakı cədvəl şəklində verilmiş planı nəzərdən keçirək:


Məktəblərimizdə şagirdlərin təlim və tərbiyəsini ölkədə gedən yeni ideyalar və tələblər baxımından demokratik əsaslar üzrə qurmaq məktəb rəhbərliyi qarşısında zəruri bir məsələ kimi durur. Məktəbdaxili idarəetmənin demokratikləşdirilməsi, hər şeydən öncə,məktəb rəhbərliyi ilə müəllim-şagird-valideyn arasında əsas demokratik münasibətlərin inkişaf prosesi kimi başa düşülməlidir.

 

Bu baxımdan da, planlaşdırılmış və qarşıya qoyulmuş vəzifələrə tam nail olmaq üçün məktəb rəhbərliyi pedaqoji kollektivə iş şəraiti, sağlam psixoloji mühit yaratmalıdır. Atəş Abdullayevin təbirincə desək, "Məktəbdaxili nəzarət sahəsində yeniləşdirmənin əsas istiqamətləri aşağıdakılardır: nəzarətin demokratik xarakteri, total inzibati nəzarətdən imtina etmək, səriştəli metodik təhlilə keçmək, nöqsanları aradan qaldırmaqda müəllimlərə kömək etmək”.

 

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, aşağıdakıları məktəbdaxili nəzarətin başlıca vəzifələri kimi qəbul etmək olar:

 


-müəllimlərin dərslərə hazırlığını, dərsin keyfiyyətini, tədris plan və proqramların yerinə yetirilməsini və şagirdlərin bilik, bacarıq və vərdişlərini müəyyənləşdirmək;


-dərslərdə İKT-dən istifadədə işin yaradıcı şəkildə təşkili;


-yeni fənn kurikulumlarına uyğun pedaqoji prosesin təşkili;


-metodiki işin elmi prinsiplər əsasında sistemli şəkildə təşkili;


-icbari təhsilin düzgün aparılması;


-fənlərin tədrisi vəziyyətinin vaxtlı-vaxtında öyrənilməsi və ətraflı təhlili;


-təlim strategiyalarından pedaqoji prosesin təşkilində istifadə;


-qiymətləndirmə növlərində (ilkin səviyyənin qiymətləndirilməsi – diaqnostik qiymətləndirmə, irəliləyişin monitorinqi-formativ qiymətləndirmə, yekun-summativ qiymətləndirmə) obyektivliyin gözlənilməsi;


-sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili;


-VMA (Valideyn-Müəllim-Assosiasiysı) ilə əməkdaşlıq, məktəbin ailə və ictimaiyyətlə apardığı işin təşkilinə nəzarət;


-məktəbin maddi-texniki bazasının təchizatı, bina və avadanlıqların saxlanılması, maliyyə-təsərrüfat üzrə işlərə nəzarət.


Məktəbdə təlim-tərbiyənin keyfiyyəti, şagirdlərin bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsi, pedaqoji kadrların hazırlıq səviyyəsi, məktəbin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, təchizatı, bir sözlə,məktəbin bütün fəaliyyətinə nəzarət məktəbdaxili idarəetmənin demokratik əsaslarla qurulmasını tələb edir.


İlyas Məmmədov,

Nəsimi rayonu 46 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini




Загрузка...
Həmçinin oxuyun:
MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Məktəbdaxili idarəetmənin  pedaqoji təhlilin  əsas növləri

Məktəbdaxili idarəetmənin pedaqoji təhlilin əsas növləri

İDARƏETMƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ- İdarəetmənin təşkili

İDARƏETMƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ- İdarəetmənin təşkili

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ  İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

TƏHSİL MÜƏSSƏLƏRİNDƏ İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri