AzTehsil.com


Xəbərlər / Ekspert
29 dekabr 2022
913


2023-cü ildə təhsildən nə gözləyirik? - SORĞU




Artıq 2022-ci ilin başa çatmasına bir neçə gün qalıb. Azərbaycan təhsili bu il ərzində istər xoş, istər qalmaqallı hadisələri ilə yaddaqalan oldu. Bəs növbəti, yəni, 2023-cü ildə təhsil istiqamətində hansı gözləntilər var?


Tehsil.biz bu barədə ekspertlərin fikirlərini öyrənib.


Milli Məclisin deputatı Ceyhun Məmmədov "Tehsil.biz"ə açıqlamasında deyib ki, 2023-cü ildə təhsildən gözləntilər həddən çoxdur:



"Təəssüf ki, ildən-ilə təhsildə problemlər azalmaq əvəzinə daha da artır. Hələ də ümumtəhsil sahəsində bir çox vacib islahatlar bizi gözləyir. Müəllimlərin işə qəbul edilməsi, direktorların təyin olunması, dərsliklərin yazılması sahəsində problemlər tezliklə həll olunmasa, növbəti illərdə təhsilimiz daha ciddi problemlərlə üzləşəcək. Ali təhsil sahəsində də problem çoxdur. Əksər universitetlərdə hələ də təhsilin keyfiyyəti və məzmunu arzuolunan səviyyədə deyil. Bəzi universitetlərdə neqativ hallar qalır. Uzun illər keçməsinə baxmayaraq hələ də universitetlərimiz dünya reytinqlərinə irəliləyə bilmir. Əksər universitetlərdə maaşlar çox aşağıdır. AMEA-nın bir sıra institutları Elm və Təhsil Nazirliyinə verilsə də, hələ ki, real heç bir nəticə yoxdur. Odur ki, növbəti ildə də bizi çoxlu işlər və vəzifələr gözləyir. Daha çox çalışmalıyıq. Əks halda hansısa uğurdan söhbət gedə bilməz. Ümid edirəm, növbəti ildə Elm və Təhsil Nazirliyi bu istiqamətdə real addımlar atacaq", - Ceyhun Məmmədov bildirib.


Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov mövzu barədə fikir bildirib.



Rüfət Əzizov "Tehsil.biz"ə açıqlamasında təhsilin bütün pillələrində 2022-2026 sosial-iqtisadi strategiyada göstərilmiş fəaliyyətlər və hədəflər üzrə planlaşdırılan işlərin icra olunacağını deyib.


Təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirib ki, təhsillə az-çox maraqlananlar bilməmiş deyillər ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda “Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasında olması” xüsusi olaraq vurğulanmışdı:



"Bütün bunlar nəzərə alınaraq “təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” zəruriliyi önə çəkilmişdi. Təəssüf ki, biz Strategiyadan irəli gələn bu mühüm vəzifəni lazımınca yerinə yetirə bimədik. Keçən 10 il ərzidə təhsili idarəetmə sisteminin yenidən qurulması sahəsində yaranan boşluqlar müəllim peşəsinin nüfuzunun artırılmasına lazımı zəmin yarada bilmədi. Müəllimin nüfuzu nəinki artdı, əksinə bir az da sarsıldı. Təhsildən gözləntilərim çoxdur. Ən əsası isə heç olmasa, növbəti ildə müəllimin nüfuzunun artırılmasını strateji hədəf kimi önə çəkək. Bütün yerdə qalan digər məsələlər bilavasitə bu hədəfə bağlı olan məsələlərdir", - ekspert qeyd edib.


Dosent İlham Əhmədov "Tehsil.biz"ə açıqlamasında bildirib ki, təhsilimizin bu gün xeyli problemləri var:



"Bu problemlər uzun müddət ərzində həll edilməyən məsələlərin üst-üstə yığılmasından əmələ gəlib. Bu problemlər sistem xarakterlidir. Bu səbəbdən də onların həllinə sistemli yanaşma tələb edilir. Bu problemləri görmək, konkretləşdirmək, həllinə dair təkliflər hazırlamaq, o cümlədən, həlli uzun müddət tələb edilən problemlərin həllinin yol xəritələri olmalıdır. Bu məsələlərin kompleks həlli ilk növbədə Elm və Təhsil Nazirliyində təhsil üzrə peşəkar kadrların olmasını tələb edir. Ümumiyyətlə təhsilimizin son 10 ildəki ən ciddi problemi komandanın zəifliyidir. Yəni bu işləri peşəkar səviyyədə dərk edən, sistemləşdirən, təhlil edən, ideyalar irəli sürən, layihələndirən təhsilşünas alimlərə ehtiyac var. Bu gün Elm və Təhsil Nazirliyində belə təhsilşünas kadrlar təəssüf ki, azdır. Nazirliyin əsasnaməsinə görə onun əsas vəzifələrindən biri təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etməkdir. Amma biz o inkişafı bir çox istiqamətlərdə hiss etmirik. Elm və Təhsil Nazirliyinin digər vəzifəsi təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etməkdir. Son 30 ayda müxtəlif saytlarda 200-dən artıq problem xarakterli məqalələr yer alıb və hər məqalədə də 1-2 təklif vermişik. Təəssüf ki, bu məqalələrdə qaldırılan problemlər və verilən təkliflər havada qalir. Hesab edirik ki, təhsili inkişaf etdirmək istəyən komandaya təhsilin müxtəlif istiqamətlərində olan bu 200 təklif kifayət idi ki, təhsili durğunluqdan çıxarsın. Belə təsəvvür yaranır ki, Elm və Təhsil Nazirliyi verilən təşəbbüsləri adekvat qiymətləndirə bilmir", - deyə İ.Əhmədov irad bildirib.


Mövzu ilə bağlı "Tehsil.biz"ə danışan təhsil eksperti Məzahir Məmmədli 2023-cü ildə Elm və Təhsil Nazirliyindən gözləntilərin çox olduğunu bildirib:



"Yeni yaranmış Regional İdarələrlə bağlı heç olmasa, infrastruktur tam formalaşaraq başa çatdırılsın. Təəssüflər olsun ki, uzun müddət keçməsinə baxmayaraq hələ bu sistemdə vahid formaya çatılmayıb. Düşünürəm ki, bu məsələ kadr çatışmazlığı və yaxud digər məsələlər özünü doğrulda bilmədi. Başqa bir məsələ, AMEA-nın tərkibindən çıxıb Elm və Təhsil Nazirliyinə birləşdirilən Elmi Tədqiqat İnstitutlarıdır ki, bunlarla bağlı çox yaxşı olardı ki, funksiyaların nədən ibarət olması, həmin institutların nazirliyə hansı faydaların verəcəyi aydınlaşdırılsın. Orta məktəblərdə də çox sayda problemlər var. Ümid edək ki, gələn il məktəblər sürətli zolaqlı internet üzərində yerləşəcək, çünki ən ciddi problemlərdən biri budur. Məktəblərdə heç olmasa, hər 3-5 şagirdə bir kompüter verilməsini istəyərik. Bir sözlə, gözləntilərimiz çoxdur. Ümid edək ki, 2023-cü il ərzində Elm və Təhsil Nazirliyinin sistemində sağlam mühit yaranar", - ekspert deyib.


Təhsil eksperti Elçin Əfəndiyev "Tehsil.biz"ə bildirib ki, təhsil sahəsində islahatların keçirilməsinə ehtiyac var:



"2023-cü ildə gözləyirik ki, təhsil məktəblərə qaytarılsın, yəni məktəblərə normal təhsil verilsin. O təhsil əsasında şagirdlər bibaşa ali məktəblərə qəbul olmaq imkanı qazansınlar. Bundan başqa, gözləyirik ki, illik təhsilhaqları ödənilə biləcək səviyyədə olsun. Həmçinin universitetlərin tələbə yataqxanaları olsun. Tələbə təqaüdlərini, müəllimlərin əməkhaqqı artımını gözləyirik. Eyni zamanda universitetlərarası rəqabətliliyin olması üçün ali məktəblərin öz imkanlarını daha da genişləndirməsini, yeni ixtisasların ölkəyə gətirilməsini təmin etmək və s. yaxşı istiqamətlərdə işlərin aparılmasını arzu edirik. Eyni zamanda da təhsil sahəsində bilik və bacarıqları olan şəxslərin müvafiq olaraq təhsil istiqamətində qiymətləndirilməsini gözləyirik. Təəssüf ki, həmin şəxslərin bildiklərinin onda birini bilməyən şəxslər müxtəlif vəzifələrdə yer tuturlar. Təhsil sahəsində gözləntilər çoxdur. "Təhsil Haqqında Qanun"da müəyyən dəyişikliklərin olmasını istərdik. Yeni məktəblərin tikintisini, şagird sıxlığının aradan qalxması üçün Bakı şəhərindən kənarda yeni məktəblərin olmasını arzu edirik. Ümid edirik ki, təhsilimiz 2023-cü ildə özünü doğruldar", - təhsil eksperti bildirib.


Təhsilin idarəolunması üzrə mütəxəssis Adil Vəliyev də gələn il təhsil sahəsində müsbət dəyişikliklərin olacağına ümid edir.


"İnşallah hər şey yaxşı olar. Düzəldikcə görərik, düzəlməyənləri də bilərik", - deyə ekspert qeyd edib




Загрузка...
Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.