Bakıda bağça tikməyə yer yoxdur
"Bir bağçanın tikilməsi dövlətə milyonlarla manat vəsaitə başa gəlir. Bir bağçanın ərazisi minimum 3-4 hektar olmalıdır. Sizcə, Bakıda bu qədər uşağa hələ də tikmək üçün ərazi varmı?!"
AzTehsil.com xəbər verir ki, bunu pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova İctimai TV-nin "Sabaha saxlamayaq" verilişində qonaq olarkən deyib.
O deyib ki, məktəbəqədər təhsildən kənarda qalan 390 min uşaq təxminən 220 mini Bakıda yaşayır.
"Bu uşaqları məktəbəqədər təhsilə cəlb etmək üçün alternativ versiyalar axtarır".