AzTehsil.com
RU


Xəbərlər / Ziyalılar
23 avqust 2018
3 507


"Həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır"..Təhsildən kənar qalan qızlar



 

Hazırda bütün dünyada 6 yaşdan 17 yaşa qədər 130 milyondan çox qız tam orta təhsil ala bilmir

Dünya Bankı qızların təhsildən kənarda qalmasının ağır fəsadlarını təqdim edən hesabatını açıqlayıb. "Azərbaycan müəllimi” qəzetinin məlumatına əsasən, hesabatda qeyd olunur ki, bütün dünyada 6 yaşdan 17 yaşa qədər 130 milyondan çox qız tam orta təhsil ala bilmir.

Sənəddə göstərilir ki, təhsilin mümkünlüyü qız uşaqlarının sağlamlığına müsbət təsir göstərir. Hesablamalara əsasən, dünya üzrə orta hesabla qızların 89 faizi ibtidai, 77 faizi orta məktəbi bitirir. Ancaq gəlirlərin aşağı səviyyədə olduğu ölkələrdə bu nisbət müvafiq olaraq 2/3 və 1/3 təşkil edir.
Dünya Bankının "Buraxılmış imkanlar: qızların təhsildən kənarda qalmasının yüksək qiyməti" adlı məruzəsində həmçinin qeyd edilir ki, qızların tam orta təhsil almasına mane olan baryerlər üzündən ölkələrin ümumi itkiləri 15 - 30 trilyon dollar arasında dəyişir. 
Dünya Bankı qeyd edir ki, orta təhsil almış qadınlar təhsil almamış qadınlara nisbətən 2 dəfə artıq maaş alır. Əgər bütün dünya üzrə qızların tam orta təhsil alması problemi həll olunarsa, 18 yaşa qədər bağlanan nikahların sayı, eləcə də hədd-buluğa çatmayanlar arasında uşaq doğumu riskləri əhəmiyyətli dərəcədə azalacaq. Digər tərəfdən, bu səbəbdən də doğum səviyyəsi, eləcə də Yer kürəsinin əhalisi azalacaq.
Qadınlar üçün tam orta təhsilin mümkünlüyü onların öz sağlamlıqları barədə məlumatlı olmalarına, psixoloji durumlarına müsbət təsir edə, uşaqlar arasında ölüm səviyyəsini 5 yaşa qədər azalda bilər.
Nobel mükafatı laureatı Malala Yusufzayın fikrincə isə məhz qızların təhsil almaması səbəbindən dünya trilyon dollarlar itirir: "Nə vaxt ki, 130 milyondan çox qız təhsilin mümkünsüzlüyü üzündən mühəndis, jurnalist və ya kompaniya rəhbəri ola bilmir, dünya trilyon dollarlar itirir, hansı ki, bu pullar qlobal iqtisadiyyatı möhkəmləndirə bilər".
Yeri gəlmişkən, dünyada olduğu kimi, Azərbaycanda da qızların təhsildən yayınma hallarına rast gəlinir. Məsələn, Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/18-ci tədris ili üçün tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır.

Mövzu ilə bağlı fikirlərini bildirən millət vəkili Zahid Oruc hesab edir ki, regionlarda qızların məktəbdən yayınması yerli ənənələrlə bağlıdır: "Əslində savadsız və təhsili yarımçıq qalan uşaqların sonrakı həyatına nəzər saldıqda, bu və ya digər ailə dramlarının içərisinə düşdüklərini və uğursuz talelər yaşadıqlarını görürük. Bu, ailənin möhkəmliyinə də təsirini göstərir və sinxron olaraq bir-birilə əlaqədardır. Digər tərəfdən, bu, gələcəkdə digər hüquqi problemləri də meydana çıxarır. Ona görə savadlılıq şəraiti ailələrin möhkəmliyi, cəmiyyətin rifahı, iqtisadiyyatın və elmin inkişafı, dövlətin möhkəmliyi və onun regional və beynəlxalq məkanda yeri ilə birbaşa bağlı olan son dərəcə fundamental mühüm bir sahədir. Onun içərisində də qız uşaqlarının təhsilli olması və bunun arasıkəsilməz xarakter daşıması son dərəcə prinsipial önəm daşıyır. Hesab edirəm ki, son illər Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər müəyyən qədər məktəblərdə o insanların təhsillərini davam etdirmələrinə şərait yaradır. Təbii ki, bu istiqamətdə cəmiyyəti maarifləndirmək mütləq lazımdır. Təhsil Nazirliyinin son illərdə bu yöndə olan müxtəlif tədbirlərində biz iştirak edirik. Və onlar bəyan edirlər ki, bu yayınmalar çox ciddi mənfi nəticələr doğurur”.
Deputat əlavə edib ki, cəmiyyətdə qızların təhsildən yayınmasıyla bağlı qınaq məsələsi var: "Qızların təhsildən yayındırılması yolverilməzdir. Qadının cəmiyyətdə yerini düzgün müəyyənləşdirmək üçün onu sadəcə mətbəx əşyalarıyla təmin etmək lazım deyil, kitablarla təmin etmək lazımdır. Bu, sübut olunmuş bir düsturdur. Qız uşaqları gələcək analar olduğundan, övladlarının tərbiyəsində önəmli rol oynadıqlarından, qəribə səslənsə də, onların təhsilli olması oğlanlardan ikiqat vacibdir. Çünki işıqlı, ziyalı ana gələcəkdə bir neçə övladın, beləliklə bütövlükdə nəslin tərbiyəsində, elmə, biliyə yiyələnməsində önəmli rol oynayır. Ona görə də orta məktəbdən onları tez çıxarıb gətirib ev işlərini üzərlərinə qoymaq çox tezdir”.
 
 

 


Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, təkcə paytaxtda deyil, respublikanın ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir: "Həmin məktəblərdə yüksək səviyyədə təhsil əldə edilməsi məqsədilə hər cür şərait yaradılıb, müasir avadanlıqla təmin edilib. Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır. Özü də bunlar subyektiv səbəblərdən yaranan problemlər olduğundan onları aradan qadırmaq elə də çətinlik yaratmır. Sadəcə, bunun üçün yaranmış mühiti aradan qaldırmaq kifayətdir ki, məktəblərdə normal tədrisi həyata keçirmək mümkün olsun. Təbii ki, burada söhbət region məktəblərində qızların təhsildən yayınmasından gedir. Müşahidələr göstərir ki, xüsusən, kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir. Kənd yerlərində qızların təhsildən yayınması isə bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Qeyd edim ki, ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən 8-ci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideyinlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir.Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar. Üçüncü səbəb isə məktəbyaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir”.
 
 

"Həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır"..Təhsildən kənar qalan qızlar

 

əsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə müxtəlif inzibati cəzalar nəzərdə tutulur: "Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə hətta cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir. Bizdə Təhsil Nazirliyinin mövqeyi isə belədir ki, bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa "şüur"un üzərində çalışmaq lazımdır. Başqa sözlə, təhsilin dəyəri olmalı və ölkəmizin hər bir övladının, vətəndaşının təhsil hüququnun müqəddəs konstutision hüququnun olması, onun gələcəyi üçün təhsilin çox mühüm amil olmasını nəzərə almalıyıq. Bu işi istənilən bir məmurun, dövlət qurumunun işi kimi deyil, ümümmilli iş kimi qəbul etməyimiz daha düzgün olardı. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Ən başlıcası isə məktəblərdə tədrisin səviyyəsi qaldırılmalı, nizam-intizam möhkəmləndirilməlidir. Əlbəttə, bu sahədə Nazirliyin mövqeyi başa düşüləndir. Bu təkcə sırf təhsil məsələsi olmayıb, bir sıra mədəni və mənəvi aspektlərə sıx bağlı bir məsələdir. İcbari təhsilə cəlb olunmanın Nümunəvi əsasnaməyə görə, yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biri, həmcinin bir neçə dövlət qurumunun funksional işi hesab etməklə, Nazirliyin bununla bağlı hər hansı təsir mexanizminə malik olmamasını, problemin çözülməsində ictimaiyyətin, medianın roluna ümid bəslənməsini də başa düşmək o qədər də çətin deyil. Çünki şagirdlərin məktəbdən yayınması bir çox sosial, regional, mental, səbəblərlə izah olunur ki, bu da ümumilikdə və bütövlükdə öz kompleks həllini tapmalıdır. Hər halda, bu kimi taleyüklü məsələnin çözülməsində kimlərin nə dərəcədə məsuliyyət daşımasından asılı olmayaraq, təhsildə dövlət siyasətinin həyata keçirilməsinə məsul olan ali icraedici dövlət qurumu kimi Təhsil Nazirliyi əsas yükü öz üzərinə götürməli, əlaqədar qurumlarla birlikdə rayonlar üzrə məktəblərdə mütəmadi olaraq monitorinqlər keçirməli, xüsusilə də, daha çox şagirdləri təhsildən yayınan rayonlara diqqət ayrılmalıdır”.



Загрузка...
Həmçinin oxuyun:
“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Valideynlər nə üçün qızları məktəbə qoymurlar?

Valideynlər nə üçün qızları məktəbə qoymurlar?

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

Pedaqoqlar ayağa qalxdı-“Qızlarımızı ər evinə yox təhsilə yönəldək”

Pedaqoqlar ayağa qalxdı-“Qızlarımızı ər evinə yox təhsilə yönəldək”

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

"Bəzi həkim bandaları məktəbli qızların əxlaqsızlığa cəlb edilməsini təmin edirlər"

"Bəzi həkim bandaları məktəbli qızların əxlaqsızlığa cəlb edilməsini təmin edirlər"

"Qızların təhsil alması indiki dövrün ən mühüm məsələlərindən biridir"

"Qızların təhsil alması indiki dövrün ən mühüm məsələlərindən biridir"

Məktəblilərin abort etdirməsinə - Rəsmi münasibət

Məktəblilərin abort etdirməsinə - Rəsmi münasibət

Qızların   sayı  oğlanların sayından  coxluq  təşkil edib.

Qızların sayı oğlanların sayından coxluq təşkil edib.

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

"Əxlaqsız şagirdlə bağlı fikrimi təhrif edənlər…" - Millət vəkili

"Əxlaqsız şagirdlə bağlı fikrimi təhrif edənlər…" - Millət vəkili

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - Dəhşətli faktlar

Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - Dəhşətli faktlar

Daha kimlərin təhsili pulsuz olsun?

Daha kimlərin təhsili pulsuz olsun?

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Məleykə Abbaszadə orta təhsillə bağlı dəhşətli faktlar açıqladı

Məleykə Abbaszadə orta təhsillə bağlı dəhşətli faktlar açıqladı

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Məleykə Abbaszadə: "Ən pis vəziyyət Sabirabad və İmişli rayonlarındadır"

Məleykə Abbaszadə: "Ən pis vəziyyət Sabirabad və İmişli rayonlarındadır"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Komitə yuxarı sinif şagirdləri arasında daha çox qeydə alınan bu haldan narahatdır

Komitə yuxarı sinif şagirdləri arasında daha çox qeydə alınan bu haldan narahatdır

"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"

"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"