Gələn il sertifikasiyadan keçən müəllimlərin - DİQQƏTİNƏ
2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatlaşdırma proqramında nəzərdə tutulur.
Sertifikasiyada uğur qazanan müəllim heyətin differensial əməkhaqqı işə cəlb edilməsi üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 212,8 milyon manat vəsait tutulur.
AzTehsil.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.
Qeyd etmək lazımdır ki, sertifikatsiyada 30-50 bal toplayan müəllimlərin maaşına 10 faiz, 51-60 toplayanların maaşına 35 faiz əlavə hesablanır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin araşdırmasına görə, 2025-ci ildə təşkil edilmiş sertifikatlaşdırılma prosesində 21 minə yaxın müəllim iştirak edib. Builki test imtahanı əsasında 6600 müəllim 51 bal və daha yuxarı, 11 min 318 müəllim olmaq 30 bal və daha yuxarı nəticə göstərib.![]()













