AzTehsil.com


Xəbərlər / Valideyn / Direktor / Müəllim
29 yanvar 2018
3 248


Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - Dəhşətli faktlar



"Erkən nikahların sayı artmaqdadır. Hətta iri şəhərlərdə belə orta məktəblərin yuxarı siniflərində nişanlı qızların və məktəbdən yayınan qızların sayı çoxalır”.


Aztəhsil.com xəbər verir ki, "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib.

 

O, Sumqayıtda azyaşlı qızların ərə verilməsindən danışıb və bu halların Sumqayıtda da baş verdiyini bildirib:


"Ata namusdan, qeyrətdən dəm vurub deyir ki, qızı nə qədər tez versəm, namussuzluq damğasından sığortalanmış olaram. Elə həmin namus etalonu sayılan ata, öz körpə balasını yad, yaşlı kişinin ixtiyarına verir ki, onunla necə istəyirsən davran. Rəsmi nikaha yaşı düşməyən qızcığazın başına min oyun gətirilir, gündə min dəfə öldürülüb-dirildilir və sonda körpə balaları ilə küçəyə atılır. Ata yaxın durmur ki, yüküm ağırlaşmasın. Günahı da atır yazıq qızcığazın üstünə ki, arvadlığı bacarmadı. Təhsil yox, ev yox , pənah aparır sığınacaqlara və ya da son həddə – intihara. 13 yaşlı Gülnar bizə pənah gətirib, onu xilas etməyimizi istəyir. Valideynləri ilə Sumqayıt şəhər İcra Hakimiyyətində (İH) söhbət aparılır, ərizə alınır, lakin ata qız mənimdir deyib, məcburi ərə verir. Onu xilas edə bilmədik.


Digər qızımızda bu vəziyyət daha da acınacaqlıdır. Stereotiplərin tüğyan etdiyi Corat qəsəbəsinin məktəb direktoru valideynlərlə daim görüşüb söhbətlər etsə də, hətta, Ailə, Qadın, Uşaq Problemlər üzrə Dövlət Komitəsini də bu işə cəlb etsə də və valideynlərlə görüşlər təşkil etsə də bir irəliləyiş yoxdur.


Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - DƏHŞƏTLİ FAKTLAR


14 yaşlı Elnarəni (ad şərtidir) ana özündən böyük oğlanla nişanlayır. Qız öz sirrini məktəbin müdriyyətinə və psixoloquna danışır.Təşkilatımıza müraciət edildi və biz Komitəyə və İcra Hakimiyyətinə xəbər verdik. İcra hakimiyyəti İH tez bir zamanda valideyinlə görüşüb söhbətlər apardı. Ana söz versə də, oğlan evinə qızı qaçırmağı tapşırdı, intihar həddində olan bu qızcığazın taleyi naməlum olaraq qalır. Ailəyə kənar şəxslərin müdaxiləsi qanunsuz olduğu üçün biz çarəsiz qaldıq.”


Z. Mustafayeva onu da vurğulayıb ki, valideynlərin belə stereotiplərdən azad olunması üçün mütəmadi maarifləndirmə işləri aparılmalıdır:


"Bu sahədə məktəblər, QHT-lər, İcra hakimiyyəti, KİV və valideynlər birgə işləməlidir. Təşkilata məsləhət üçün müraciət edən valideynləri bədbəxt olmuş ailələr haqqında ətraflı məlumat verilir ki, bəlkə dərs alsınlar. Dərsdən yayınmalar haqqında məktəb direktorları ört-basdır etmək əvəzinə belə hallar haqqında icra strukturlarını vaxtında məlumatlandırmalıdırlar. Valideynlərlə söhbətlər aparılmalıdır. Bəlkə də belə valideynlərin cəzalanması üçün yollar axtarılmalıdır. Qızlarımız təhsil almalı, xoşbəxt olmalıdırlar”.




Загрузка...
Həmçinin oxuyun:
16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

12 yaşlı şagirdini 33 yaşlı oğluna alan sinif rəhbəri -“Filankəsin qızı ərə getdi, mənimki niyə evdə qalsın?”

12 yaşlı şagirdini 33 yaşlı oğluna alan sinif rəhbəri -“Filankəsin qızı ərə getdi, mənimki niyə evdə qalsın?”

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Bakının 14 nömrəli məktəbində QALMAQAL

Bakının 14 nömrəli məktəbində QALMAQAL

Sumqayıtda məktəb stadionlarını satırlar..VİDEO

Sumqayıtda məktəb stadionlarını satırlar..VİDEO

Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO

Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

Məktubunda “Son Zəng olmayacaq” dedi və özünü asdı "Son zəng"-in daha bir dəhşətli hadisəsi...

Məktubunda “Son Zəng olmayacaq” dedi və özünü asdı "Son zəng"-in daha bir dəhşətli hadisəsi...

Birinci sinifə getdiyi gün vəfat edən Ucal və qardaşının acı taleyi – VİDEO

Birinci sinifə getdiyi gün vəfat edən Ucal və qardaşının acı taleyi – VİDEO

Uşaq bağçalarında aşpazlar ixtisara salınır?

Uşaq bağçalarında aşpazlar ixtisara salınır?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

"Qızların təhsil alması indiki dövrün ən mühüm məsələlərindən biridir"

"Qızların təhsil alması indiki dövrün ən mühüm məsələlərindən biridir"

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Bakı kəndlərində qız uşaqlarının oxumasına qadağa qoyulub

Bakı kəndlərində qız uşaqlarının oxumasına qadağa qoyulub

Komitə yuxarı sinif şagirdləri arasında daha çox qeydə alınan bu haldan narahatdır

Komitə yuxarı sinif şagirdləri arasında daha çox qeydə alınan bu haldan narahatdır

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Sumqayıtda məktəb direktoru jurnalistə: "Qələt edib mənə zəng vurursan"

Sumqayıtda məktəb direktoru jurnalistə: "Qələt edib mənə zəng vurursan"

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

Xırdalanda itkin düşən 13 yaşlı məktəbli TAPILDI

Xırdalanda itkin düşən 13 yaşlı məktəbli TAPILDI

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Uşaq bağçasında müəllim balacaları təpiklədi

Uşaq bağçasında müəllim balacaları təpiklədi