AzTehsil.com


Xəbərlər
02 noyabr 2017
3 479


İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?



Məlahət Mürşüdlü: " Məktəb direktorunun təyinatı yalnız Təhsil Nazirliyinin ixtiyarında olan məsələ deyil. Yerli icra hakimiyyətləri mütləq bu prosesə əl qoyur"


"Nazirliyin müsabiqələrindən yüksək nəticə əldə etmiş 2-3 nəfər rayon icra hakimiyyətinin razılığı olmadan direktor təyin edilir. Bir neçə aydan sonra direktoru elə hala salırlar ki, həmin şəxslər işdən ayrılmağa məcbur.


Aztəhsil.com şərq.az-a istinadən xəbər verir ki,  "Orta məktəblərdə baş verən xoşagəlməz hallar bunların gələcəkdə təkrarlanmasına zəmin yaradır”. Bunu Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanan xoşagəlməz hadisə ilə bağlı danışarkən Azad Müəllimlər Birliyin sədri, təhsil ekjsperti Məlahət Mürşüdlü deyib. 


O bildirib ki, mənəviyyatı kasad, əxlaqi keyfiyyəti aşağı olan insanların məktəblərə rəhbərlik etməsinə şərait yaradılmamalıdır:

"Fakt özünü doğruldursa, elə direktorlar məktəbdən uzaqlaşdırılmalıdır. Onların tək rəhbər vəzifəsi deyil, müəllimlik hüququ da əlindən alınmalıdır. Xüsusilə, kənd məktəbində, hər kəsin bir-birini tanıdığı mühitdə belə hadisənin baş verməsi direktorun əxlaqi-mənəvi cəhətdən sağlam olmamasından, daşıdığı vəzifənin məsuliyyətini bilməməsindən xəbər verir”.


Son günlər məktəb direktorları ilə bağlı xoşagəlməz halların, şikayətlərin artdığını vurğulayan M.Mürşüdlü diqqətə çatdırıb ki, məktəb direktorlarını təyin edərkən xüsusi tələblər qoyulmalıdır:


"Son 3 ildir ki, müəllimlərin işə qəbulu elektron qaydada həyata keçirilir. Məktəb direktorları üçün də təlimlər təşkil edilib. Bununla məktəb rəhbəri olmaq istəyənlər təlimlərdən, elmi nəzəri biliklərin qiymətləndirilməsi və müsahibədən keçdikdən sonra direktor ola bilərlər.


Məktəb direktorunun təyinatı yalnız Təhsil Nazirliyinin ixtiyarında olan məsələ deyil. Yerli icra hakimiyyətləri mütləq bu prosesə əl qoyur. Azad Müəllimlər Birliyində məlumat daxil olub ki, nazirliyin müsabiqələrindən yüksək nəticə əldə etmiş 2-3 nəfər rayon icra hakimiyyətinin razılığı olmadan direktor təyin edilir.

 

Nəticədə bir neçə aydan sonra direktoru elə hala salırlar ki, təyinat alan o şəxs işdən ayrılmağa məcbur olur. Təəssüf ki, "Təhsil haqqında qanun”da bu məsələ ayırd edilməyib. Buna görə, yerli icra hakimiyyətləri işə müdaxilə edir. Əslində isə icralar sadəcə məktəblərin kommunal təsərrüfatlarına yardım etməlidir. Kadr təyinatları isə Təhsil Nazirliyinin tabeliyində olmalıdır”.


Qeyd edək ki, iddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinləri bildirib ki, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb.

 

Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. Xaçmaz İcra başçısının Hacıəlibəy İƏD üzrə nümayəndəliyindən belə bir hadisənin olduğu və məsələnin araşdırıldığı deyilib.




Загрузка...
Həmçinin oxuyun:
Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

"Ən layiqlilər məktəblərdə işləmək hüququ qazanırlar”-Azərbaycan təhsilinin problemi nədir?

"Ən layiqlilər məktəblərdə işləmək hüququ qazanırlar”-Azərbaycan təhsilinin problemi nədir?

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

İcra başçısı məktəb direktorlarını döydü - ŞOK - VİDEO

İcra başçısı məktəb direktorlarını döydü - ŞOK - VİDEO

ANALOQU OLMAYAN AZƏRBAYCAN TƏHSİLİ

ANALOQU OLMAYAN AZƏRBAYCAN TƏHSİLİ

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Direktor olmaq istəyənlər üçün yeni müsabiqə elan edildi

Direktor olmaq istəyənlər üçün yeni müsabiqə elan edildi

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

Məktəb rəhbəri dərs ilinin ilk günündə iş otağından xəstəxanaya aparıldı...

Məktəb rəhbəri dərs ilinin ilk günündə iş otağından xəstəxanaya aparıldı...

Direktor olmaq istəyənlərin nəzərinə - Bu xəbəri mütləq oxuyun

Direktor olmaq istəyənlərin nəzərinə - Bu xəbəri mütləq oxuyun

Nazirlik direktorları əvəz etmək üçün kadr yetişdirir

Nazirlik direktorları əvəz etmək üçün kadr yetişdirir

Əmək intizamını pozmağa görə məsuliyyət

Əmək intizamını pozmağa görə məsuliyyət

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı