AzTehsil.com


Xəbərlər
23 oktyabr 2017
3 233


Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?



Cəlilabadın Alar kəndində yerləşən və Lətif Seyfullayev adlı şəxsin qeyri-qanuni şəkildə rəhbərlik etdiyi 2 nömrəli məktəblə bağlı yeni faktlar üzə çıxıb.

 

Məlumata görə, məktəbə qeyri-qanuni rəhbərliyi 1 deyil, 2 nəfər edir. Kənd camaatının sözlərinə görə, onun müavini olan keçmiş direktor Həsənağa Əliyevin də bu işlə bağlı rəsmi təyinatı yoxdur. 

 

Belə ki, Həsənağa Əliyev 2015-ci ildə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə direktor vəzifəsindən və 2 nömrəli məktəbdən uzaqlaşdırılıb. Onun yerinə müavini Lətif Seyfullayev təyin edilib. H. Əliyev də məktəbdən uzaqlaşdırılmasına baxmayaraq, müavin kimi fəaliyyət göstərməyə davam edib:

 

"Bəzən isə hətta qeyri-qanuni direktorluq edir. Halbuki Həsənağa Əliyevin adı "direktor müavini” kimi rəsmiləşməyib. Qəribədir ki, Cəlilabad rayon İcra Hakimiyyəti və Təhsil şöbəsi Lətif Seyfullayevi direktor, Həsənağa Əliyevi isə direktor müavini kimi tanıyır, onları iclaslara çağırır, tapşırıqlar verir. Onların əməlləri ilə bağlı yuxarı instansiyalara müraciət olunsa da heç bir tədbir görülmür”.

 

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, L. Seyfullayev bu il ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, birinci mərhələdə kəsilib.

 

Digər tərəfdən, L.Seyfullayevlə məktəb direktoru kimi bağlanmış müqavilə bu ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.

 

Mövcud vəziyyətlə bağlı "Şərq”ə danışan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu baş verənlərin olduqca acınacaqlı olduğunu bildirib.

 

O deyib ki, məktəbdə iki şəxsin qeyri-qanuni olaraq fəaliyyət göstərməsi təhsil sistemindəki boşluğun göstəricisidir:

 

"Bugünkü fakt göstərir ki, icra başçıları ilə Təhsil Nazirliyi arasında ciddi rəqabət var. Keçən il direktoruluğa qəbul imtahanları keçirildi və həmin imtahanda 54 bal toplamış namizəd kənarda qaldı, amma 8 bal toplayan şəxs direktor seçildi. Bunun səbəbi də o idi ki, icra başçısı həmin şəxsi dəstəkləyirdi. Hətta sonda M.Cabbarov icra başçılarına uduzduğunu qəbul edib Nazirlər Kabinetinin iclasında etiraf elədi və dedi ki, "biz bəzi sayda direktoru icra başçılarının razılığını almaqla məktəb direktoru təyin etmişik”.


Bu o deməkdir ki, nazirin icra başçılarına gücü çatmır. İcra başçıları söz sahibləridir. İcra başçısının öz namizədi var idi, çünki o namizəd icra başçısının bütün dediklərini sözsüz olaraq yerinə yetirən adamdır. 

 

Həmçinin icra başçılarının təyin etdiyi direktorlarla bağlı neqativ hallar baş verib. İşdən çıxarılmalar da məhz buna görə olub. Həmin neqativ hallarda Təhsil Nazirliyi onları işdən azad edir, lakin icra başçısı direktoru müdafiə edir. Cəlilabaddakı məktəbdə ikihakimiyyətlilik yaranıb, bu, təhsildə çox biabırçı bir vəziyyətdir”.




Загрузка...
Həmçinin oxuyun:
Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Ağdam təhsilini "kor qoyan" Məhəmməd Aslanov kimdir?

Ağdam təhsilini "kor qoyan" Məhəmməd Aslanov kimdir?

Şamaxıda 2-ci sinif şagirdinin zorlanması və xəstəxanada ölməsi xəbərinə DİREKTORDAN REAKSİYA

Şamaxıda 2-ci sinif şagirdinin zorlanması və xəstəxanada ölməsi xəbərinə DİREKTORDAN REAKSİYA

Mikayıl Cabbarov nazirliyə “cip”lə girən başçıya qapını göstərdi

Mikayıl Cabbarov nazirliyə “cip”lə girən başçıya qapını göstərdi

İcra başçısı məktəb direktorlarını döydü - ŞOK - VİDEO

İcra başçısı məktəb direktorlarını döydü - ŞOK - VİDEO

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Bakı Təhsil İdarəsi: Müəllimlərin işə qəbulu zamanı qeyri-qanuni hallara rast gəlinməyib

Bakı Təhsil İdarəsi: Müəllimlərin işə qəbulu zamanı qeyri-qanuni hallara rast gəlinməyib

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Təhsil naziri Mikayıl Cabbarova müraciət

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Sumqayıtda məktəb stadionlarını satırlar..VİDEO

Sumqayıtda məktəb stadionlarını satırlar..VİDEO

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

Daşkəsəndə direktor məktəbdin həyətində arıçılığa şərait yaradıb-VİDEO

Daşkəsəndə direktor məktəbdin həyətində arıçılığa şərait yaradıb-VİDEO

Thomas Crown və Azərbaycan təhsili???...

Thomas Crown və Azərbaycan təhsili???...