AzTehsil.com


Xəbərlər
01 may 2017
4 285


Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT



Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

 

Xızı rayonunda məktəbli oğlan özünü asıb. 
 
Aztehsil.com modern.az-a istinadən  xəbər verir ki, Sitalçay kəndində yaşayan 2003-cü il təvəllüdlü Rüfət Bayramov özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib.
 
Bildirilir ki, Sitalçayda hərbi şəhərcikdəki orta məktəbin 7-ci sinfində oxuyan 14 yaşlı Rüfət sakit təbiətli və yaxşı oxuyan şagird olub.
 
Məktəbin direktoru bildirdi ki, o, cümə günü dərslərdə iştirak edib: "Qiymətləri də yaxşı idi, bir dənə də olsun üçü yox idi. Həm də çox tərbiyəli, hissiyyatlı uşaq idi. Həmin gün qonşularında yas mərasimi varmış, ora gedibmiş. Daha sonra həyətdə qəfil tövləyə daxil olaraq özünü asıb. Nənəsi daha sonra onu tapıb. Ağır vəziyyətdə xəstəxanaya aparılsa da, artıq gec olub”.
 
İlkin araşdırmalar nəticəsində məlum olub ki, intihar edən yeniyetmənin ailəsində problemlər olub və keçən il onun valideynləri boşanıb. Buna görə də anası ilə birgə Şurabaddan Sitalçaya nənəsinin evinə gələn R.Bayramov 2016-cı ildə buradakı məktəbdə təhsilini davam etdirib. Hadisə vaxtı onun anası işdə olub.



Загрузка...