AzTehsil.com


Xəbərlər
15 mart 2017
3 125


Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”



Kollecin direktoru: “İki tələbəmizin ölümü böyük faciədir”

 

Xırdalanda mənzildə dəm qazından zəhərlənərək ölən Mələk Abbasova və Turanə Xalıyeva II kurs tələbələri olub.
 
Aztehsil.com-un apa-ya istinadən verdiyi məlumata görə, bunu Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Rüsxarə Əliyeva bildirib.
 
"Mənə xəbər verilən kimi hadisə yerinə gəldim. Böyük faciə baş verib. Deyilənə görə, hadisə dəm qazı nəticəsində baş verib", - deyə o vurğulayıb. 
 
Qeyd edək ki, Xırdalan şəhərində kirayədə yaşayan 5 nəfər dəm qazından boğularaq ölüb. Bunlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızıdır.
 
Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.




Загрузка...