AzTehsil.com


Xəbərlər
14 aprel 2017
3 296


Bakıda məktəbdə zəhərlənmə - 9 şagird xəstəxanaya yerləşdirildi



Bakıda məktəbdə zəhərlənmə - 9 şagird xəstəxanaya yerləşdirildi

 

Bakıda orta məktəbdə 9 şagird zəhərlənib.
 
Aztehsil.com-un trend-ə istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.
 
Məlumata görə, zəhərlənən məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan verilən məlumata görə, uşaqlardan 8-i hazırda reanimasiya şöbəsinə yerləşdirilib. 1 nəfər şagird isə xəstəxananın ümumi palatasında müalicə alır.



Загрузка...