AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
02 yanvar 2018
8 146


Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?



Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Sovet dövründə şagirdlərin geyimləri ilə yanaşı, onların saç düzümlərinə də ciddi nəzarət edilirdi. Oğlanların və qızların saç düzümləri klassik formada olmalı idi. Həmin dövrdəki ciddi nəzarətin nəticəsi idi ki, saçlarını açıq formada qoyan, mövcud standartlarda məktəbə gəlməyən şagirdlər, alınlarını telləri ilə örtən qızların məktəb binasına daxil olmasına icazə verilmirdi. Lakin son dövlərdə bu sahədə nəzarətin zəifləməsi nəticəsində şagirdlər məktəbliyə yaraşmayan saç düzümlərinə üstünlük verərək istənilən saç forması ilə məktəb binasına daxil ola və dərslərdə iştirak edə bilirlər.


Təhsil üzrə ekspert Şahlar Əsgərov açıqlamasında bildirib ki, liberal təhsildə təhsilalanlara azadlıq verilməlidir. Amma orta məktəblərdə ümumi işin xeyrinə şagirdlərin geyimlərinə, onların sac düzümlərinə diqqət yetirilməli və onlarla bağlı müəyyən məhdudiyyətlər qoyulmalıdır:

 

"Orta məktəblərdə vahid geyim formasından istifadə ediriksə, onda sac düzümünə də hansısa məhdudiyyət, sədd qoyulmalıdır. Əgər məktəblilərin sərbəst geyim forması olsa idi, onda onların saç düzümləri də sərbəst olardı. Geyimə məhdudiyyət qoyulursa, vahid forma geyimi tətbiq olunursa, onda sac düzümü də bu məntiqə uyğun olmalıdır".


Təhsil eksperti Elşən Qafarov bildirib ki, məktəb sistemində məktəbli formasının tətbiqi, eyni zamanda, standart saç formasının olması, ümumilikdə şagirdin orta məktəbə gəlmə qaydası ilə bağlı konkret təlimat olmalıdır. Bu təlimat məktəblərin nizamnamələrində öz əksini tapmalıdır.

 

E.Qafarov deyib ki, özəl məktəblərdə bununla bağlı təlimat olsa da, dövlət məktəblərində belə bir təlimat yoxdur:

 

"Bu isə məktəblərdə çox böyük çətinliklər yaradır. Bu gün əlimizdə elə bir təlimat yoxdur. Şagirdlərə saç forması ilə bağlı iradlar bildirəndə, valideynlər məktəb rəhbərliyinə narazılıq edirlər".


E.Qafarov bildirib ki, sac forması ilə əlaqədar problem daha çox yetkinlik yaşına çatan qızlarla - 9-11-ci sinif şagirdləri ilə bağlı yaranır:

 

"Qızlar saç düzümlərini məktəbliyə uyğun olmayan formada edirlər. Oğlanlar arasında da məktəbli üçün uyğun olmayan müxtəlif sac düzümlərinin edilməsi halları artıb. Bu da məktəbdə təlim-tərbiyə işlərinin qurulmasında əlavə problemlər yaradır. Son zamanlar oğlanlar arasında yeni dəb düşüb. Oğlanlar göy rəngli şalvar geyinsələr də, onları daraldırlar, nəticədə isə çox eybəcər bir forma yaranır".


E.Qafarovun fikrincə, məktəblinin saç düzümü sadə olmalı, oğlanlarda sacın uzunluğu 4-5 sm-dən artıq olmamalı və klassik formada olmalıdır:

 

"Qızların saçları isə hər hansı stildə deyil, sadə formada yığılmalı, xüsusi bəzəklərdən istifadə edilməməlidir. Hazırda bu bəzəklərdən çox istifadə edilir. Təəssüf ki, buna çox hallarda valideynlər özləri rəvac verirlər. Valldeyn qızını məktəbə yola salarkən onun sacına, geyiminə diqqət yetirməlidir".


Ekspert hesab edir ki, hər bir məktəbin özünün nizamnaməsi olmalı və orada bu məsələlərin hamısı qeyd edilməli, çərçivə qaydaları müəyyənləşdirilməlidir.


Təhsil Nazirliyindən isə cavab olaraq bildirilib ki, məktəblilər üçün vahid saç düzümünün tətbiqi mümkün deyil. Amma şagirdlərin məktəbə sadə saç düzümündə gəlmələri məqsədəuyğun hesab edilir.


Nazirlik hesab edir ki, bu məsələ məktəbin nizamnaməsi ilə müəyyən olunan daxili intizam qaydalarında da əks edilə bilər:

 

"Saç düzümü ilə bağlı qoyulan qaydanı pozan şagirdin cəzalandırılmasına gəlincə, hər hansı bir cəza növü heç də həmişə tərbiyə elementinə çevrilmir. Uşaqlara həssaslıqla yanaşma, izah və təbliğ vasitələrindən bacarıqla istifadə etmə onları hər hansı bir yanlışlıqdan çəkindirməkdə ən etibarlı təsir vasitəsidir". 




Загрузка...
Həmçinin oxuyun:
Bakıda vahid məktəbli forması ləğv edilir?

Bakıda vahid məktəbli forması ləğv edilir?

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Ümumtəhsil məktəblərində şagirdlərin daxili intizam qaydaları haqqında təlimat

Ümumtəhsil məktəblərində şagirdlərin daxili intizam qaydaları haqqında təlimat

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

“Heç kim uşağı oxumağa məcbur edə bilməz” - Məhəbbət Vəliyeva

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib -  Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib - Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Nazir " SON ZƏNG "lə bağlı əmr verdi..Reallıqlar və təzadlar.

Nazir " SON ZƏNG "lə bağlı əmr verdi..Reallıqlar və təzadlar.

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

"Fiziki tərbiyə dərsinin ilk saatlara salınması yolverilməzdir" - VİDEO

"Fiziki tərbiyə dərsinin ilk saatlara salınması yolverilməzdir" - VİDEO

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR