AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Digər Elan / Karyera / İlk peşə təhsili / Bölgə / Qəhramanlarımız
30 sentyabr 2025
876

Şəhid atası peşə təhsili alacaq

Müharibənin ağır günlərində üstündə bayraq dalğalanan evlərdən biri də Tovuzda Natiq Hüseynovun qapısı oldu. O, şəhid Cavid Hüseynovun atasıdır.

AzTehsil.com - Natiq Hüseynov anasız böyüdüb oğlunu. İllər keçib, oğlunu da hərbi xidmətə göndərib: “Beyləqandakı hərbi hissədə xidmət edirdi. Əsgərliyini çəkib qurtarmışdı, hətta əmri belə verilmişdi. Bir neçə günə gələcək deyirdik, hərbi xidmətdən tərxis əmrindən sonra iki aya yaxın uzandı evə qayıdışı… Sonra da belə... Müharibə başladı”.

Şəhid Cavid Hüseynov qısa həyatına qələbədən qələbəyə gedən idmançı ömrü sığışdırıb. Taekvando üzrə respublika çempionu idi: “18 yaşında gənclər arasında Azərbaycan çempionu olmuşdu. İdmandan əlavə kompüter oyunları ilə maraqlanırdı, kompüterdə müharibə oyunlarını çox sevirdi. Yaxşı at minirdi, komandirləri də tərifləyirdilər”. Hüseynovun şəhidlik xəbəri atasının həyatını dəyişdirib: 

“Cavid oktyabrın 31-də Xocavəndin Tuğ kəndində şəhid oldu. Minamyot mərmisi düşüb olduğu yerə. Səhər bacısı ilə danışıb, qızım deyir top səsləri gəlirdi. Oğlumun, bəlkə də, ürəyinə damıbmış, bacısına da ona görə zəng edib. Ondan sonra həyatıma əvvəlki kimi davam edə bilmədim”.

Əli hər şeydən soyuyan ata artıq bir yerdən başlamağa qərar verib və onun üçün çıxış yolu peşə təhsili olub: 

“Dedim təhsil alım, əlimdə sənədim olsun. Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin “Bitkiçilik mütəxəssisi” ixtisasını seçdim. İşsizəm, peşə təhsili alıb işləmək istəyirəm. Peşə təhsili bu yaşda ala biləcəyim ən yaxşı yoldur. Kənd təsərrüfatına da marağım var. Düşünürəm ki, bu təhsillə aldığım biliklə yaxşı iş tapa bilərəm, hətta öz təsərrüfatımı quraraq inkişaf etdirə bilərəm".

Cavidin xatirələrini yaşatmaq Hüseynovlar ailəsinin bu gün ən böyük amalına çevrilib. Şəhidin oğlunun xatirələri evin hər küncündə nəfəs alır. İndi Natiq Hüseynov peşə təhsili aldıqdan sonra oğlunun adını daim ucaldan işlər görmək istəyir. Çünki şəhid atası üçün bu yolda atılan hər addım həm Cavidin xatirəsinə ehtiram, həm də gələcək nəsillər üçün ümid işığıdır.

Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Baxış müəllimin müharibə xatirələri

Baxış müəllimin müharibə xatirələri

Ağstafa rayon ümumtəhsil müəssisələrində  Bayraq Günü geniş qeyd edilib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Peşə məktəbindən universitetə açılan qapı

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Böyük qələbədə payı olan azərbaycanlı

Böyük qələbədə payı olan azərbaycanlı

Kompüter arxasında uzun müddət işləmək insanı əlil edir

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

“Qələbəyə doğru” intellektual yarışmasının rayon mərhələsi keçirilib

Nakam ömrün şəhidlik zirvəsi

Nakam ömrün şəhidlik zirvəsi

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

" Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Sinifdən səngərə – Düşmənə dərs keçən müəllimlərimiz-FOTOLAR

Çalışmanın  yaş  həddinə çatmış  dəyərli  müəllimlərə -HEKAYƏ

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Topçu Vüsal məşhur şəklindən danışdı: “Yaxın dostumu itirmişdim döyüşlərdə” - MÜSAHİBƏ

54 nəfəri düşmən mühasirəsindən çıxaran, “Azərbaycan Bayrağı” ordenli- Hikmət Ağayev