“Qələbəyə doğru” intellektual yarışmasının rayon mərhələsi keçirilib
İntellektual yarışda 6 komanda- Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən komandaları iştirak edib. Yarış 2 hissədən ibarət olub. Birinci hissədə 13, ikinci hissədə 12 sual səsləndirilib. Ən çox düzgün cavab verən Ağstafa komandası birinci yerə layiq görülüb. Qalib komanda üzvlərinə diplomlar təqdim edilib və aprel ayında keçiriləcək final mərhələsinə dəvət edilib.