AzTehsil.com


Xəbərlər
29 noyabr 2020
2 291


Nakam ömrün şəhidlik zirvəsi



Nakam ömrün şəhidlik zirvəsi

 

Taleyinə şəhidlik zirvəsi yazılan, doğulduğu torpaqdan yüzlərlə kilometr uzaqda "Öncə Vətəndir!” – deyib canından keçən 31 yaşlı baş leytenant Vüsal Kamran oğlu Kazımovun əziz xatirəsinə.

Bu acı xəbəri eşidib Vüsal haqqında yazmaq mənim üçün çox çətin idi. Zirvə təbiətin coğrafi yüksəkliyi, əlçatmazlığı, ucalığı olduğu kimi, şəhidlik də vətənpərvərliyin ən ali məqamıdır. Belə ucalığa yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim yaşayıb, yaşayır və nəsillər dəyişdikcə də yaşayacaqdır. Bu gün çox ağır hisslər, sarsıntı keçirirəm. Son dəfə Vüsalla oktyabrda cəbhədə olanda danışmışam. Ordudakı ruh yüksəkliyindən razılığını bildirirdi. Tez–tez görüşərdik həmişə deyərdi ki, "hərbidəki məxfiçilik qanıma işləyib. Dövlətçiliyə sadiq adamam”. Ən böyük arzusu isə bütün işğal altındakı bütün torpaqların azad edilməsi idi. Vətən müharibəsində zabit kimi ona ehtiyac olduğunu da deyərdi. Tovuz döyüşlərindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə gedərək könüllü xidmətə yazılmışdı. Müharibə başlayan kimi də çağrıldı. Ailəsi ilə tez–tez əlaqə saxlayırdı. Elə danışardı ki, sanki ömrünü hərb sənətinə həsr edib. Müzəffər Ordumuzun qüdrətindən qürurla söhbət açırdı. Bugün də şəhadət xəbərini aldıq.
 

Nakam ömrün şəhidlik zirvəsi

 

Vüsal Lənkəran Dövlət Universitetində ali təhsil aldıqdan sonra bir müddət N saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışmışdır. Sonradan həqiqi hərbi xidmət müddəti başa çatdığı üçün rayona ailəsinin yanına qayıtdı. 2018–ci ildən Lənkəran şəhər gənclər və idman idarəsində işləməyə başladı. Vətənpərvərlik hisslərinin gənc nəsildə aşılanmasında mühüm xidmətləri olmuşdur. Qısa müddət ərzində ona böyük etimad göstərilərək Lənkəran şəhər uşaq, gənclər və idman məktəbinə direktor göndərildi. Vüsal ziyalı ailədə böyüyüb boya başa çatmışdı. Atası Kamran Kazımov Lənkəran Dövlət Universitetinin prorektoru və dosentidir.
 

Nakam ömrün şəhidlik zirvəsi

 

Şəhidimiz Vüsal həyatı sevirdi. Dostcanlı, qohumcanlı idi. Yaşamağı bacarırdı. Həmişə pozitiv və gülərüz idi. Zabit adını daim uca tuturdu. Hələ sağlığında şəhid ailələrinə baş çəkməyi, yardım etməyi sevə sevə edərdi. Dəfələrlə Lənkəranda şəhid ailələrini birgə ziyarət etmişik. Şəhid övladlarıına baxanda mənə deyərdi ki, o uşaqların atasından artıq deyilik. Onlar Azərbaycanın üç rəngli ay ulduzlu bayrağı uğrunda, ərazi bütövlüyümüz uğrunda, torpaqlarımız üçün, bizim üçün şəhid olublar. Allah mənə də o adı qismət eləsin. Belə də oldu…

II Qarabağ müharibəsində (Vətən müharibəsi) Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Şuşa şəhərlərinin erməni işğalçılarından azad edilməsində böyük qəhrəmanlıq və şücaət göstərmiş Azərbaycan Ordusunun (Quru qoşunları) baş leytenantı Kazımov Vüsal Kamran oğlu Daşaltı və Şuşa əməliyyatlarında gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.
 

Nakam ömrün şəhidlik zirvəsi

 

Bu gün qəhrəman şəhidimiz Vüsalla təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Şəhidin doğması, yadı olmaz axı. Kimliyindən asılı olmayaraq, hər bir şəhid Vətən övladlarının qəlbinə düşmüş bir qordur. Elə bir qor ki bu millət yaşadıqca o, işıq saçacaq xalqımızın yoluna, örnək olacaq gələcək nəsillərə. Üçrəngli bayrağımız ucalıqdan enməsin deyə, canından keçən, Vətən oğlu sənin və bütün şəhidlərimizin igidliyi milyonların qəlbində əbədi yaşayacaq.

Ondan geriyə xatirələrdə hər zaman gözəl anlarla yaşadacaq ailəsi, dostları və bir də vətən əmanəti Nuray və Aynur adlı iki qız övladı qaldı. Şəhidimiz noyabrın 29–da Lənkəran rayonu Yuxarı Nüvədi kənd qəbirstanlığında böyük izdihamla dəfn edildi.

Allah səni qəni–qəni rəhmət eləsin nur üzlü şəhidim. Qəbrin nurla dolsun.

Cəmil Quliyev

LDU nəzdində Sosial və Aqrar–Texnoloji
Kollecin müəllimi, t.ü.f.d, AJB –nin üzvü



Загрузка...
Həmçinin oxuyun:
Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhadətinin 14-cü günündə gələn övlad payı

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Polad kimi Mübariz qəhrəmanlarımız.

Polad kimi Mübariz qəhrəmanlarımız.

Şəhid baş leytenant ölümü ilə şagirdlərinə vətənpərvərlik dərsi keçdi – VİDEOREPORTAJ

Şəhid baş leytenant ölümü ilə şagirdlərinə vətənpərvərlik dərsi keçdi – VİDEOREPORTAJ

Payızda toyunu edəcəkdik... - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

Payızda toyunu edəcəkdik... - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı: Ölümünə dözə bilməyən atası vəfat etdi - VİDEOREPORTAJ

Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı: Ölümünə dözə bilməyən atası vəfat etdi - VİDEOREPORTAJ

Əsgərimiz Şuşa yolunda MİNAYA düşərək ŞƏHİD OLDU - FOTO

Əsgərimiz Şuşa yolunda MİNAYA düşərək ŞƏHİD OLDU - FOTO

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz - VİDEO

Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz - VİDEO

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO

Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Şəhid anası: “Mən Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” - VİDEOREPORTAJ

Şəhid anası: “Mən Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” - VİDEOREPORTAJ

Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını

Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını

8 ildən sonra bu gün ata olan ŞƏHİDİMİZ

8 ildən sonra bu gün ata olan ŞƏHİDİMİZ

Şəhid bacısı: Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram... - VİDEOREPORTAJ

Şəhid bacısı: Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram... - VİDEOREPORTAJ