AzTehsil.com


Xəbərlər
20 noyabr 2017
11 448


Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil



"Uşaqlar gələcəyimizdir” deyirlər. Azərbaycanda gələcəyimizin qeydinə nə dərəcədə qalırlar?


Uşaqların tərbiyəsi ilk növbədə ailədən, sonrakı mərhələdə isə bağçadan, məktəbdən asılıdır. Azərbaycanda uşaq bağçaları ilə bağlı qəribə bir hal yaşanır. Bağçalar Bakı Şəhər İcra Hakimiyyətinin tərkibindədir. Həmin qurumun əlçatmaz olması isə hamıya məlumdur. Bir problem yarananda Təhsil Nazirliyi BŞİH-in, BŞİH Təhsil Nazirliyinin üstünə atır.


Günü-gündən bağçaya olan tələbatların artması yeni bağçaların tikilməsi əvəzinə mövcud bağçalarda geniş otaqların ikiyə bölünməsi hesabına yeni qrupların yaradılması ilə nəticələnir. Məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır. Normal bağçalarda idman zalı,  musiqi, məşğələ otağı,  həyət olmalıdır.  Bu günləri isə istər özəl, istərsə də dövlət bağçalarının əksəriyyətində otaqlar iç-içə, havasızdır. Yataq otaqlarında isə uşaqlar burun-buruna yatır. Hətta bir yataqda ayaq-baş iki uşağın yatma hallarına belə rast gəlinir.

 

Dünyada uşaq bağçaları necədir?


ABŞ-da valideynlər öz övladlarını evdə, uşaq bağçalarının yardımı olmadan tərbiyə etməyə çalışır. Bağçalar ancaq işləyən ailələr üçün aktualdır. Ailələr üçün müxtəlif zövqə və maddi duruma uyğun bağça tapmaq çətin məsələ deyil.

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Amma hər bağça bir sahə üzrə ixtisaslaşıb:biri uşaqların rəsm qabiliyyətini inkişaf etdirir, digəri intellektual inkişafı üçün səfərbər olur. Elə bağçalar var ki, orada yalnız cizgi filmləri göstərirlər. Uşaq bağçası valideynə 1000 dollara başa gəlir.

 

Nəzərə alaq ki, Amerikada orta aylıq məvacib 3.7 min dollardır. Aylıq bağça pulunun 150-200 dolları bağçadakı bəzi dərnəklərə sərf olunur. Bütün bağçalar üçün vahid bir qayda var: bir pedaqoq uşaqla 2,6 yaşdan 5 yaşa qədər məşğul olur və qrupda 5-dən artıq uşaq olmamalıdır. Kiçik qruplarda isə 2 körpəyə 1 müəllimə ayrılıb.

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Amerika bağçalarında isə uşaqların oynaması üçün qum meydançası bir qayda olaraq yoxdur. Səbəb bağça rəhbərliyinin həmin meydançanın və dolayısı ilə bağçanın təmizliyi üçün əlavə ştat ayırmaq istəməməsidir.


Yaponiyada uşaq bağçasına düşmək çətindir. Orada uşaq bağçaları ilə birbaşa meriya məşğul olur. Bağçada keçirilən hansısa bayram üçün valideynlər müxtəlif məbləğ ödəyir: 20 dollardan 400 dollara qədər. Bu, ailənin maddi gəlirindən asılı olan durumdur. Qruplarda 20 uşaq və bir müəllimə olur. 3 yaşdan böyük uşaqlar üçün bağçada idman və rəqs dərnəkləri olur, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənirlər. Yaponiyanın bağçalarında uşaq oyuncaqları olmur, orda uşaqlar yatmırlar. Uşaqları bağçadan günorta saat 2-də götürürlər. Bağça müddətini uzatmaq istəyənlər bunun üçün ayrıca pul ödəyirlər.

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Naharı isə bağça vermir, valideyn evdən gətirir. O ki qaldı, uşaqların şəxsiyyət kimi formalaşdırılmasına, burada da ilginc nüanslar var.

 

Yaponlar uşaqların bağçada fərqləndirilməsinə imkan vermirlər. Hansısa uşaq lider xüsusiyyətlərini nümayiş etdirmək istəyirsə, ona "sən digərlərindən heç də yaxşı deyilsən” deyilir.

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Yaponiyada iki cür bağça var: 1. xoikuen – bu, bir qayda olaraq dövlət bağçasıdır və 3 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub. 2. Etien – özəl bağçalardır və 3 yaşdan böyükləri nəzərdə tutur.


Əhalisinin sayı çox olan rayonlarda dövlət bağçasına uşaq yazdırmaq Azərbaycanda olduğu kimi, olduqca çətindir. Ona görə də uşaqların yerləşdirilməsi ilə daha çox meriya məşğul olur. Məhz meriyada valideynin bağça üçün ödəyəcəyi aylıq ödəniş müəyyənləşdirilir. Hər valideyn öz aylıq məvacibinə uyğun olaraq ödəmə həyata keçirir. Bağçanın aylıq qiyməyi 2000 yen (20$) də, 40000 yen (400$) və hətta daha çox olar bilər. Orta hesabla yaponlar bağçaya ayda 300 dollar ödəyir.

 

Qonşu Türkiyədə isə uşaqları bağçaya 3 yaşından etibarən götürürlər. Orada əsas diqqət uşaqların açıqca, şəkillər hazırlamasına ayrılır. Bağçalarda təhsilə daha az önəm verilir, əsasən əyləncəli məşğələlər keçirilir.

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Valideynlər yeməyi evdən qoyur. Dövlət bağçalarında aylıq ödəniş 60-200 dollar, özəl bağçalarda isə – 350-800 dollardır. Türkiyə bağçalarında uşaqların gündəliyi də olur ki, müəllimə uşağın durumu, davranışı ilə bağlı ora qiymətləndirmə edir.


Azərbaycanda bəs?


Araşdırmalar göstərir ki, təkcə Bakı şəhərində uşaqların yalnız 17 faizi bağçalara gedirlər. "Elə təkcə bu statistika düşünməyə, çözüm yolları axtarmağa kifayət edir. Digər işləyən valideynlər əsasən dayələrin xidmətindən istifadə etməyə üstünlük verirlər. Bu isə nə maddi cəhətdən, nə də uşağın hərtərəfli böyüməsi baxımından sərfəli deyil. Hələ uşağı məktəbə hazırlamaq məqamı çatanda dayədən əlavə pedaqoq də tutmalı oluruq ki, bu da xeyli xərc deməkdir”.

 

Azərbaycanda bağçaya gedən uşaqların sayı 2012-cü ildə 30 faiz idisə, indi bu rəqəm 17 faizə düşüb.


"Ölkədə uşaq bağçalarında çalışmaq üçün mütəxəssislər əsasən pedaqoji universitetlərdə və bir sıra texnikumlarda hazırlanır. Ancaq kadrların hazırkı hazırlıq səviyyəsi beynəlxalq standartlara cavab vermir”.


Azərbaycanın təhsil sahəsində problemlərin həll edilməsi üçün müxtəlif islahatlar həyata keçirilir. Bəzi şöbələr ləğv edilir, bəzi qurumlar birləşdirilir. Guman edək ki, məktəblərdə həyata keçirilən islahatlar bağçalara da siraət ediləcək. Çünki uşaqlar bağçadan sonra məktəb həyatına qədəm qoyurlar.




Загрузка...
Həmçinin oxuyun:
Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Bakıda uşaq bağçasında rəzalət- FOTO/VİDEO

Bakıda uşaq bağçasında rəzalət- FOTO/VİDEO

Abşeron rayonunda məktəbəqədər müəssisələrində cari təmir işləri yekunlaşır

Abşeron rayonunda məktəbəqədər müəssisələrində cari təmir işləri yekunlaşır

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaq bağçaları ilə bağlı yenilik

Uşaq bağçaları ilə bağlı yenilik

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Yapon uşaqları niyə dahi olur?

Yapon uşaqları niyə dahi olur?

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ölümü uşaqlara necə izah edək?

Ölümü uşaqlara necə izah edək?

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!