“Əmək qanunvericiliyi üzrə dəyişikliklər: nəzəri və praktiki məsələlər” mövzusunda təlim təşkil olunub

“Əmək qanunvericiliyi üzrə dəyişikliklər: nəzəri və praktiki məsələlər” mövzusunda təlim təşkil olunub
Bölmə adı Layihələr
Yayımlandı 16 Mart 2026, 14:37

Aztəhsil.az Dim- ə əsasən xəbər verir:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 13 mart 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə “Əmək qanunvericiliyi üzrə dəyişikliklər: nəzəri və praktiki məsələlər” mövzusunda təlim təşkil olunub. Təlimdə mərkəzi icra hakimiyyəti orqanlarında insan resursları və maliyyə sahəsi üzrə rəhbər vəzifədə çalışan şəxslər iştirak ediblər.

Təlim zamanı iştirakçılara əmək qanunvericiliyi üzrə son dəyişikliklər, yeni müddəalar, qanunvericiliyin beynəlxalq sənədlərə uyğunlaşdırılması, məzuniyyət günlərinin və orta əmək haqqının hesablanması ilə bağlı yeniliklər və s. barədə ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı müzakirə aparılıb.

REDAKTOR SEÇİMİ