Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə yarımfinal mərhələsinin nəticələri açıqlanıb

Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə yarımfinal mərhələsinin nəticələri açıqlanıb
Bölmə adı Xəbərlər
Yayımlandı 13 Mart 2026, 18:19

Aztəhsil.az xəbər verir ki, 7-8 mart 2026-cı il tarixlərində ölkə üzrə 16 mərkəzdə – Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan şəhəri STEM Mərkəzi, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Ali Neft Məktəbinin Bayıl və Ağşəhər korpusları, Azərbaycan Fransız Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin kompüter laboratoriyalarında – informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib.


Texniki komandanın və nizam-intizam komitəsinin şagirdlərin yazdığı kodlara baxış prosesi yekunlaşmış, təşkilat komitəsinin qərarı ilə aşağı yaş qrupu üzrə 210 bal və daha yuxarı nəticə göstərən şagirdlər, yuxarı yaş qrupu üzrə isə 170 bal və daha yuxarı nəticə göstərən şagirdlər final turunda iştirak hüququ qazanıblar. Təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır.

ƏN ÇOX OXUNANLAR
Gün
Həftə
Ay
REDAKTOR SEÇİMİ