AzTehsil.com


Psixoloq / Valideyn
14 iyul 2016
3 733


YADDAŞ - 2



 

YADDAŞ - 2

 

Elmin inkişafında əldə olunan görkəmli nailiyyətlər xeyli dərəcədə yaddaşın bizim həyatımızda oynadığı rola və bizim əqli fəaliyyətimizin bütün cəhətlərinə göstərdiyi təsirə borcludur. Xarici aləmin insanın ruhuna qoyduğu izdən, qavrama vasitəsilə çıxardığı nəticədən və ətraf mühitin ona təsirindən asılı olmayaraq, hamısı keçmiş təcrübənin mühafizəsinin gücü qarşısında geri çəkilir. İnsan öz qabiliyyətlərini inkişaf etdirməyəndə, onun əqli fəallığı və intelekti səmərəsiz olur və o, heç nə qavraya və dərk edə bilmir.
Bir an təsəvvür edək ki, yaddaşımızı itirmişik. Qarşımıza çıxmış insanın sifətini yadda saxlaya bilmirik və həmin adama ikinci dəfə rast gələndə onu tanımırıq. Başqa sözlə ifadə etsək, əgər bizim yaddaşımız olmasaydı, keçmişdə gördüyümüz və müşahidə etdiyimizin indi bizim üçün heç bir əhəmiyyəti olmazdı və biz yalnız indikini qavramış olardıq, sinir sistemimizin artıq tanış duyğulara və təəssüratlara reaksiyası isə məhdud olardı. Yaddaşından məhrum olmuş insan musiqi təranələrini yadda saxlaya bilmir, musiqi kəsilən kimi onu tez də unudur.
Yadda saxlamaq qabiliyyəti olmasaydı heç bir xarici təsir insan beynində öz izini qoymaz və stimul yaradan maddi əşyalar tezliklə itər, bununla da insan gördüyü və eşitdiklərini yenidən yarada və ya bərpa edə bilməzdi. Belə halda real predmetlər arasında qarşılıqlı əlaqə açılmamış qalar, insan heç nə öyrənə bilməz və öz köməksizliyini və təbiətin sirlərini aşmaq qabiliyyətində olmadığını aşkar edərdi.
Məhz bu səbəbdən psixoloqlar yaddaşın öyrənilməsinə böyük diqqət ayırır və onun inkişaf etdirilməsindən ötrü tövsiyələr verirlər.
İlqar  Məmmədov  " Analar, atalar və uşaqlar "
  
 



Загрузка...