AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Bölgə / Şagird
29 sentyabr 2025
1 071

Musiqisevər şagird, müəllim və valideynlərin NƏZƏRİNƏ!




2025-ci ilin sentyabrında görkəmli bəstəkar, musiqişünas, publisist, dramaturq, pedaqoq və Şərqdə ilk operanın müəllifi, Xalq artisti, Dövlət mükafatları laureatı, AMEA-nın həqiqi üzvü Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunacaq. Prezident İlham Əliyevin sərəncamı ilə milli musiqi mədəniyyətimizin banisinin yubileyi ölkə üzrə geniş miqyasda keçirilir.


AzTehsil.com  xəbər verir ki, bu münasibətlə hazırlanmış “Üzeyirin ecazkar dünyası” kitabı musiqisevərlərə dahi bəstəkarın həyat və yaradıcılığını interaktiv formada tanıdır. Topluya musiqili rebuslar, krosvordlar, sudoku, filvordlar, anaqramlar və tapmacalar daxil edilib. Kitab şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulub və həm fərdi, həm də kollektiv şəkildə istifadəyə uyğundur.


Kitabın təqdimatı 30 sentyabr 2025-ci il tarixində, saat 12.00-da Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində (Heydər Əliyev pr., 67, +994 50 373 99 41) keçiriləcək. 


Qeymifikasiya və musiqi təhsili


Nəşr Azərbaycanda musiqiyönümlü tədris prosesinə geymifikasiya (oyunlaşdırma) prinsipinin tətbiqinə ilk nümunələrdən biridir. Tapmaca və intellektual oyunların əyləncəli formatda təqdimatı biliklərin daha asan mənimsənilməsini təmin edir, analitik və tənqidi təfəkkürü inkişaf etdirir.


Üzeyirin Virtual Muzeyi


Kitab Azərbaycanda ilk dəfə olaraq virtual muzeylə müşayiət olunur. Virtual muzey pedaqoji cəhətdən dəstəklənmiş rəqəmsal tədris vasitəsi olaraq biliklərin vizual və interaktiv təqdimatına, təhsilalanlarda idrak motivasiyasının yüksəldilməsinə xidmət edir.


Kitabda təqdim edilən QR-kod vasitəsilə oxucular Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş virtual muzeyə keçid əldə edirlər. Burada eksklüziv materiallar, eksponatlar və əlavə məlumatlarla tanış olmaq, mövzu üzrə bilikləri genişləndirmək və kitabda verilən tapmaca və suallara düzgün cavab tapmaq mümkündür.


Əsas məqsəd


“Üzeyirin ecazkar dünyası” nəşrinin müəllif kollektivinin başlıca məqsədi milli musiqi mədəniyyətimizi və xüsusilə də Üzeyir Hacıbəyli dühasının irsini müasir, interaktiv və rəqəmsal formatda yeni nəslə sevdirmək və tanıtmaqdır.


Kitab Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb- studiyası, “Musiqi Dünyası” Elektron Nəşrlər Mərkəzi və “Azərbaycan Nəşriyyatı” MMC tərəfindən çapa hazırlanmışdır. 


Kitabı aşağıda göstərilən ünvanda sifariş edərək əldə etmək mümkündür.


AZ1073, Bakı ş., Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan Nəşriyyatı” MMC.


Telefon: (+99412)538 00 10


Faks: (+99412)538 00 55


Ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

                    https://www.youtube.com/watch?v=BaWMOm56IXs     



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Bu gün Milli Musiqi Günüdür

Bu gün Milli Musiqi Günüdür

Bu gün Milli Musiqi Günüdür

Bu gün Milli Musiqi Günüdür

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ruhumuzu titrədən mahnıların müəllifi -  Cahangir Cahangirov

Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun  anım günüdür

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anım günüdür

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

Qəmbər Hüseynli “Cücələrim”ə görə niyə həbsə düşmüşdü...

Qəmbər Hüseynli “Cücələrim”ə görə niyə həbsə düşmüşdü...

AMEA – da yeni İnstitut yaradılır

AMEA – da yeni İnstitut yaradılır

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?