AzTehsil.com
EN


Xəbərlər / Mədəniyyət
23 noyabr 2017
3 464


Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anım günüdür



Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun  anım günüdür

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun ölümündən 69 il ötür.


Aztəhsil.com xəbər verir ki, Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub.


Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır.


Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub.


O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənin, xalq mahnı nümunələrini nota köçürüb. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.


Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyib, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirib.


Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.


Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.


Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.

Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi dövründə böyük təntənə ilə keçirilib.UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən, Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilib.


2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edildi. Bakıda 18-28 sentyabr ərəfəsində "Üzeyir Hacıbəyli - 125" Beynəlxalq Musiqi festivalı keçirilib.


Görkəmli bəstəkar Üzeyir Hacıbəyov 23 noyabr 1948-ci ildə dünyasını dəyişib.




Загрузка...
Həmçinin oxuyun:
Üzeyir bəy Hacıbəyovu  ermənilər öldürüb ?

Üzeyir bəy Hacıbəyovu ermənilər öldürüb ?

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Ruhumuzu titrədən mahnıların müəllifi -  Cahangir Cahangirov

Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

Musiqi Akademiyasında dünya şöhrətli bəstəkarların əsərləri səslənib

Musiqi Akademiyasında dünya şöhrətli bəstəkarların əsərləri səslənib

Bu gün Hüseyn Cavidin doğum günüdür

Bu gün Hüseyn Cavidin doğum günüdür

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

Səməd bəy Mehmandarovun doğum günüdür

Səməd bəy Mehmandarovun doğum günüdür

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Müslüm Maqomayevin vəfatından 9 il ötür

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan tədbir keçirilib

Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan tədbir keçirilib

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam

Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

Azərbaycanın ilk rok-operası yazıldı

Azərbaycanın ilk rok-operası yazıldı

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib