Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub
Tbilisidə "Molla Pənah Vaqifin şeirləri” adlı kitab gürcü və Azərbaycan dillərində işıq üzü görüb.
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çap olunmuş kitabın tərcüməçisi və tərtib edəni Mirzə Məmmədoğlu, redaktoru isə Rafiq Hümmətdir.
Kitabda M.P.Vaqifin gürcü dilində nəşr olunan kitablardakı, eləcə də jurnal və qəzetlərdə dərc olunan və həm də orijinal şeirləri yer alıb. Kitab Azərbaycan prezidenti İlham Əliyevin "Molla Pənah Vaqifin anadan olmasının 300 ilik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən çap olunub.
Kitabın Tbilisidə və Bakıda təqdimatının keçirilməsi planlaşdırılır.