AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Bölgə
07 oktyabr 2025
879

Sertifikasiyadan kəsilənlərin sayı 2 dəfə AZALACAQ



Sertifikasiyadan kəsilənlərin sayı 2 dəfə AZALACAQ

Sertifikasiyadan keçə bilməyən və ya aşağı nəticə göstərən müəllimlər barəsində cəmiyyətdə tez-tez belə fikirlər səslənir ki, onlar köhnə tədris üsullarından istifadə edənlər və vaxtilə diplomu qeyri-qanuni yollarla əldə edənlərdir.

AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri danışıb.


Müsahibimiz qeyd edib ki, növbəti sertifikasiyada kəsilənlərin sayında təxminən iki dəfə azalma gözlənilir:


“Müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı yekun nəticələr hər il Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan konfransda təqdim olunur. Bu tədbirdə Elm və Təhsil Naziri Emin Əmrullayev illik nəticələri ətraflı şəkildə, həm müsbət, həm də mənfi tərəfləri ilə təhsil ictimaiyyətinə və mediaya açıqlayır. Məhz həmin statistik göstəricilərdə sertifikasiyadan kəsilən, həmçinin ikinci dəfə sertifikasiyadan keçə bilməyən müəllimlərin hansı təhsil müəssisələrinin məzunu olduqları da göstərilir.


Builki sertifikatlaşdırma prosesində minimum tələbləri ödəyə bilməyərək imtahandan keçməyən müəllimlərin böyük əksəriyyəti ya kollec, ya da hazırda fəaliyyət göstərməyən orta ixtisas təhsili müəssisələrinin, eləcə də ləğv edilmiş ali təhsil müəssisələrinin məzunlarıdır. Düzdür, onların arasında hazırda fəaliyyət göstərən kolleclər və universitetlərin məzunları da var, lakin onların sayı ümumi rəqəmlərlə müqayisədə o qədər də çox deyil.


Köhnə tədris metodlarını bir kənara qoysaq, etiraf etməliyik ki, bəzi universitetlərimizdə, xüsusilə pedaqoji istiqamətlər üzrə, hələ də köhnə yanaşmalardan istifadə olunur. Bu isə inandırıcı deyil ki, sertifikasiyada təqdim olunan suallar o qədər də çətin olmadığı halda nəticələrə bu dərəcədə təsir etsin”.


Ekspertin sözlərinə görə, kolleclərdəki tədris prosesi universitetlərlə müqayisədə keyfiyyət baxımından zəifdir:


“Digər bir məsələ də odur ki, qeyri-loyal və neqativ hallar, məsələn, saxta və ya keyfiyyətsiz diplomların verilməsi ilə bağlı faktlar mövcuddur. Elm və Təhsil Nazirliyi bu barədə artıq rəsmi açıqlama yayıb. Amma sevindirici hal odur ki, bəzi təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Burada söhbət saxta diplom verən, müəllim olmaq üçün tələb olunan keyfiyyətlərə malik olmayan şəxslərə qeyri-qanuni yollarla diplom təqdim edən kolleclərdən gedir. Demək olar ki, bu cür müəssisələr artıq fəaliyyət göstərmir.


Sevindirici məqamlardan biri də budur ki, kolleclərdə pedaqoji ixtisasların tədrisinə son qoyulub. Hazırda yalnız texnologiya fənni kolleclərdə tədris olunur. Qalan bütün fənlər üzrə müəllim hazırlığı yalnız universitetlərdə aparılır. Bu da onu göstərir ki, artıq bu istiqamətdəki narahatlıqlar aradan qalxmaqdadır.


Çünki gəlin etiraf edək ki, kolleclərdəki tədris prosesi universitetlərlə müqayisədə keyfiyyət baxımından zəif idi. Doğrudur, istisna hallar da olub. Məsələn, sertifikasiyada respublika birincisi olan kollecdən məzun müəllimlər də var. Amma bu, istisnadır. Bir nəfərin uğurunu ümumi tədrisin keyfiyyət göstəricisi kimi təqdim etmək doğru deyil.


Bu kimi detallar artıq aradan qaldırılır. Kolleclərdə pedaqoji ixtisaslar yoxdur, saxta və ya qeyri-loyal şəkildə diplom təqdim edən universitetlər fəaliyyət göstərmir. Bu baxımdan demək olar ki, problemin tam həll olunması mərhələsinə yaxınlaşmışıq. Amma burada bir sual ortaya çıxır: bu vəziyyətdə qarşıdakı illərdə sertifikasiyadan kəsilənlərin sayı azalacaqmı, yoxsa yox?”.


Ekspertin sözlərinə görə, ikinci beşillikdə (2026–2031-ci illər) sertifikasiyadan kəsilənlərin sayı 4–5 min civarında olacaq:


“Mənim proqnozum bu baxımdan müəyyən qədər müsbətdir. Əminliklə demək olar ki, ikinci beşillik (2026-2031-ci illər) üzrə aparılacaq sertifikasiyada kəsilənlərin sayı birinci dövrdən (2021–2026) xeyli az olacaq. Hətta təxminən iki dəfə azalma gözlənilir. Çünki artıq təcrübə var, texniki və təşkilati cəhətdən olan boşluqlar aradan qaldırılıb.


Eyni zamanda, bilik və bacarıqları zəif olan müəllimlər, yəni həm birinci, həm də ikinci cəhddə sertifikasiyadan keçə bilməyənlər artıq sistemdən uzaqlaşdırılıb.


Birinci mərhələdən sonra monitorinqlər aparılıb və ikinci dövrdə artıq bunlara ehtiyac olmayacaq. Məsələn, son illərdə 10 minə yaxın müəllim sertifikasiyadan keçə bilməmişdi. Amma mən güman edirəm ki, ikinci beşillikdə bütün fənlər üzrə bu rəqəm maksimum 4-5 min civarında olacaq.



Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Sertifikasiyadan keçə bilməyən müəllimlər taleyi necə olacaq?

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi