AzTehsil.com


Xəbərlər / Ziyalılar
24 oktyabr 2017
7 776


Bu gün Hüseyn Cavidin doğum günüdür



Bu gün şair, yazıçı, dramaturq Hüseyn Cavidin doğum günüdür. 


Hüseyn Cavid 1882-ci il oktyabrın 24-ü Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbdə alıb. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.


Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub.


Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub.


Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı” kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb.


Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır” ideyasına gəlib çıxıb.


Yaradıcılığında mühüm yer tutan "İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – "İnsan insana qurddur” fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılıb.


Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir.


Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir.


1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdıb.


20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. "Peyğəmbər” (1922) və "Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı "Səyavuş” (1933), "Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olub.


Nəzərinizə çatdıraq ki, Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına,  Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub.


Qeyd edək ki, Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunub. Naxçıvanda ev-muzeyi yaradılıb (1981).


Yubiley ərəfəsində cənazəsinin qalıqları ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılıb. Bakı şəhərinin Yasamal rayonundakı Hüseyn Cavid prospekti onun adını daşıyır. 




Загрузка...
Həmçinin oxuyun:
Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

225 saylı məktəbin şagirdləri bu mənzərəli yolla gedib-gəlirlər... - FOTOLAR

225 saylı məktəbin şagirdləri bu mənzərəli yolla gedib-gəlirlər... - FOTOLAR

Magistraturaya qəbul olan bakalavrların nəzərinə!

Magistraturaya qəbul olan bakalavrların nəzərinə!

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Göyçayda müəllim özünü asdı

Göyçayda müəllim özünü asdı

Vasif Talıbov 30 kitabın siyahısını tərtib edib SƏRƏNCAM imzaladı

Vasif Talıbov 30 kitabın siyahısını tərtib edib SƏRƏNCAM imzaladı

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Olimpiyada qalibləri tələbə adını qazandılar....

Olimpiyada qalibləri tələbə adını qazandılar....

Hüseyn Xəlilov - İnsanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri -VİDEO

Hüseyn Xəlilov - İnsanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri -VİDEO

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Səməd bəy Mehmandarovun doğum günüdür

Səməd bəy Mehmandarovun doğum günüdür

Ruhumuzu titrədən mahnıların müəllifi -  Cahangir Cahangirov

Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ