AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Tədbirlər
07 oktyabr 2025
1 467

Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti KEÇİRİLƏCƏK



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti (GPS) keçiriləcək.


AzTehsil.com xəbər verir ki, tədbir oktyabrın 30-u Naxçıvan şəhərində “Gələcəyə tərəf” devizi altında təşkil olunacaq.


Sammitin məqsədi əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlıqlarını dəstəkləməkdir.


GPS işəgötürənlər, dövlət qurumları, təhsil müəssisələri və peşəkarlar arasında sağlam fikir mübadiləsi üçün vahid platforma yaratmağı nəzərdə tutur. Sammitin hədəfləri gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasının yeni tendensiyalarının paylaşılması, tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, hədəf qrup olan peşəkarların daha çevik, innovativ və rəqabətədavamlı karyera həlləri ilə təmin olunmasına şərait yaradılmasıdır.Tədbir çərçivəsində “Əmək bazarının transformasiyası” və “Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi təşkil olunacaq. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar və gələcək addımlar, müasir məşğulluq strategiyaları, gələcəyin peşə və bacarıqlarında gözlənilən yeniliklər və bu yeniliklərə adaptasiya yolları, gələcək əmək bazarına hazırlıq və bu çərçivədə Naxçıvan Muxtar Respublikasının qarşısında duran çağırışlar müzakirə ediləcək.


Sammitdə yerli və xarici karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, sahibkarlar, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorları iştirak edəcəklər.


Tədbirə iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyata başlanacaq və qeydiyyat proseduru barədə Dövlət Məşğulluq Agentliyinin rəsmi saytı və sosial media səhifələrində məlumat paylaşılacaq. Sammit barədə daha ətraflı məlumatı “www.geleceyinpesheleri.az” saytından əldə edə bilərsiniz.


Gələn ay Gələcəyin Peşələri Sammitinin Bakı şəhərində də keçirilməsi nəzərdə tutulub.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib

Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

"İşıqlı gələcəyə inamla aparan yol"

"İşıqlı gələcəyə inamla aparan yol"

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Karyera mərkəzləri tələbələrə nə vəd edir?

Karyera mərkəzləri tələbələrə nə vəd edir?

Ali təhsil yox, peşə təhsili...-  Ətraflı

Ali təhsil yox, peşə təhsili...- Ətraflı

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI