AzTehsil.com

Cəmiyyət / Karyera / Bakalavr / Biznes
17 mart 2025
70

Karyera mərkəzləri tələbələrə nə vəd edir?



Gənclərin əmək bazarına erkən cəlb olunması onların gələcək karyeralarında daha yaxşı irəliləmələrinə şərait yaradır. Bu baxımdan universitetlərin nəzdində karyera mərkəzlərinin fəaliyyət göstərməsi, məzun və tələbələr üçün məşğulluq xidmətinin təşkili olduqca əhəmiyyətlidir. Karyera mərkəzlərində gənclərə əmək bazarına hazırlıqla bağlı məsələlərdə köməklik göstərilir. 

“Mərkəz universitet – iş dünyası arasında əməkdaşlığı təmin edir” 

Azərbaycan Texniki Universitetinin Karyera və Məşğulluq Mərkəzinin (KMM) müdiri Ülviyyə Rəsulova AzTehsil.com-a bildirib ki, mərkəz tələbələrin gələcəkdə əmək bazarına cəlb olunmasında mühüm rol oynayır: “Onlara  təcrübə imkanları, işə qəbul hazırlığı və şirkət nümayəndələri ilə şəbəkə qurma kimi dəstəklər verərək əmək bazarına hazırlayır. Tələbələrə yumşaq bacarıqlarla bağlı təlimlər keçirilir, real sektordan olan insan resurslarının əməkdaşları tərəfindən müsahibə simulyasiyaları təşkil olunur, tələbələr də öz növbəsində təcrübə, təqaüd proqramları və iş vakansiyalarından faydalanırlar. Mütəmadi olaraq tələbələr və məzunlar arasında məşğulluqla bağlı sorğular keçirilir. 2024-2025-ci tədris ilində 2500-ə yaxın məzun arasında sorğu aparılıb. Hər tədris ilinin sonunda məzunlar haqqında məlumat Dövlət Məşğulluq Agentliyinə təqdim olunur. Karyera və məşğulluq mərkəzi məzunların ilkin və cari əmək müqaviləsinə əsasən məşğulluq haqqında statistik məlumatı agentlikdən əldə edir. Dövlət Məşğulluq Agentliyinin “Məzunların Məşğulluq reytinqi” platformasına agentlik tərəfindən universitet məzunlarının məşğulluğu ilə bağlı məlumatları yerləşdirilir”. 

Ülviyyə Rəsulova qeyd edib ki, karyera və məşğulluq mərkəzinin fəaliyyət istiqamətlərinə tələbə və məzunlara məşğulluq, fərdi karyera inkişafı və peşəkar təcrübə sahələrində məlumat, bilik və səriştələrin əldə edilməsini təşkil etmək daxildir: “Texniki Universitet ilə məzunlar arasında effektiv qarşılıqlı əlaqə sistemini təşkil etmək və məzunlar assosiasiyasını koordinasiya etmək mərkəzin hədəfləri sırasındadır. Ali təhsilin bakalavriat səviyyəsində istehsalat təcrübəsinin, magistratura səviyyəsində elmi-tədqiqat, elmi-pedaqoji təcrübələrinin təşkilini və tənzimlənməsini həyata keçirmək mərkəzin fəaliyyət istiqamətləridir. Strategiyaları və tövsiyələri effektiv şəkildə uyğunlaşdırmaq üçün əmək bazarındakı mövcud  tendensiyaları və tələbləri  dərindən təhlil etmək mərkəzin fəaliyyət istiqamətlərindəndir. Ümumilikdə, karyera mərkəzinin məqsədi tələbələrin karyera planlamasına dəstək vermək, onların şəxsi keyfiyyətlərini və bacarıqlarını inkişaf etdirməkdir. Bu məqsədlə, tələbələrə özünükəşf, maraqlarını müəyyən etmə, peşəkar iş həyatına hazırlıq və əmək bazarına uyğun bacarıqların formalaşdırılması istiqamətində müxtəlif xidmətlər təqdim edilir. Həmçinin mərkəz, universitetlə iş dünyası arasında əməkdaşlıq qurulmasını təmin edir və karyera sərgilərini təşkil edərək məzunlarla universitetin əlaqələrini gücləndirir”.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq çərçivəsində Texniki Universitetdə ESTİEM (European Students of Industrial Engineering and Management) təşkilatının gəncləri bir araya gətirən “Local Group Baku” qurumu yaradılmışdır: “Bu təşkilatla əməkdaşlıq çərçivəsində 2 tələbəmiz Porto şəhərinə ezam olunub, Azərbaycan haqqında təqdimat edib, universitet haqqında ətraflı məlumatı xarici nümayəndələrə, tələbələrə veriblər. Adıçəkilən təşkilatın nümayəndələri – prezident və vitse-prezidentləri AzTU-ya gələrək, tələbələr üçün təlimlər keçiblər. Hazırda təşkilatın 40-dan çox üzvü var. 

Tələbələr real iş mühitində təcrübə qazanaraq nəzəri biliklərini praktik bacarıqlarla birləşdirirlər. Bu proqramlara SOCAR  şirkəti tərəfindən elan edilmiş “Gənc istedadlar” proqramı, “Neqsol Holding” və Təhsilin İnkişafı Fondu tərəfindən “Parla” təqaüd proqramı, “Azerişıq” ASC tərəfindən Beyin mərkəzi -2025 layihəsi, “Synergia Academia” və FMG şirkəti tərəfindən “Təhsildən Karyeraya” layihəsi, Mərkəzi Bank tərəfindən “Rəqəmsal ödənişlər və elektron bankçılıq” müsabiqəsi, “Azergold” QSC tərəfindən elan olunmuş təqaüd proqramı və s. digər  proqramlara karyera inkişafı üçün tələbələrin cəlb olunması təmin olunub. “Azercell” MMC şirkəti ilə infosessiya təşkil edilib, 47 tələbə IT və marketinq ixtisasları üzrə təqaüd proqramına müraciət edib, şirkət tərəfindən ayrılmış 10 yerdən 2-ni AzTU tələbələri tutub. Bununla yanaşı, Gənclərin İnkişaf Karyera Mərkəzi tərəfindən “Skills Hub” silsilə proqramları həyata keçirilib, 28 tələbə aktiv olaraq proqramda iştirak edib. 


KMM-nin əsas hədəflərindən biri də əlillik dərəcəsi olan tələbələrin karyera inkişafına dəstək olmaq və onların əmək bazarına inteqrasiyasını təmin etməkdir. Bu çərçivədə, British Petroleum (BP) ilə “Sağlamlıq imkanları məhdud şəxslər üçün iş təcrübəsi” layihəsi həyata keçirilib və AzTU-nun bir tələbəsi layihədə qalib elan olunub və hazırda BP-də uzunmüddətli iş təcrübəsi və karyera inkişafını davam etdirib. Həmçinin, DOST Agentliyi, Dövlət Məşğulluq Agentliyi və UNICEF Azərbaycanın birgə tərəfdaşlığı ilə də bənzər layihə üzrə tələbələr göndərilib, 2 tələbə aktiv olaraq layihə üzvləridir”. 

“Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən AzTU-nun 2 tələbəsinə bir il boyunca mentor təyin olunduğunu deyən Ü.Rəsulova vurğulayıb ki, bu çərçivədə tələbələr karyera planlaması, iş müsahibələri, iş dünyasının tələbləri və digər peşəkar mövzularda məsləhətlər ala bilirlər. Mentorların təqdim etdiyi praktiki biliklər və təcrübələr tələbələrin gələcək karyera yollarını daha effektiv planlaşdırmalarına şərait yaradır.

“Karyera mərkəzi mənə təcrübə proqramına qatılmağa şans yaratdı”

Azərbaycan Texniki Universitetinin IV kurs tələbəsi Həsən Səfiyev karyera mərkəzinin xidmətlərindən yararlanan tələbələrdən biridir. “Nəqliyyat və logistika texnologiyalarının mühəndisliyi” ixtisasında təhsil alan Həsən Səfiyev deyib ki, aktiv tələbə olduğuna görə karyera mərkəzi onunla əlaqə saxlayıb: “Karyera mərkəzi mənimlə əlaqə saxlayaraq, DOST Agentliyi ilə bir təcrübə proqramına qatılmağım üçün şans yaratdı. Mən ilk dəfə  təcrübə proqramına qatıldım. Çox məhsuldar təlimlər keçdik, seminarlarda iştirak etdik. Müxtəlif mexanizm üzrə fəaliyyət göstərən şirkətlərlə layihələrə qatıldıq. Bu kimi təcrübələr dünyagörüşün artırılması baxımından da tələbələrə fayda verir. DOST Agentliyinin köməyi ilə SOCAR-ın təcrübə proqramına qatıldım və hazırda da universitetin təşəbbüsü ilə təcrübə keçirəm. Düşünürəm ki, yaxşı ki, universitetin karyera mərkəzi mənə təcrübə proqramına qatılmağa şans yaratdı və öz növbəmdə bundan yaxşı cəhətdən istifadə etdim”.

Həsən Səfiyev onu da vurğulayıb ki, 2-ci qrup əlilliyi olduğundan DOST Agentliyi problemli uşaqlarla təcrübə proqramı apardığından karyera mərkəzi onu da diqqətdə saxlayıb.




Həmçinin oxuyun:
Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili