Paytaxt məktəbliləri XI Bakı Beynəlxalq Kitab Sərgisində
Paytaxt məktəbliləri XI Bakı Beynəlxalq Kitab Sərgisində .....
AzTehsil.com xəbər verir ki, Paytaxt məktəbliləri və ümumi təhsil müəssisələrinin pedaqoji kollektivləri XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
Sərgidə məktəblilər ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatlarını izləyib, stendlərə baxış keçirib, Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarları ilə, eləcə də Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları və elm adamları ilə görüşüblər.