AzTehsil.com


Xəbərlər / Müəllim
09 oktyabr 2019
1 702


XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı



XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

 

 
Oktyabrın 9-da XIII Beynəlxalq Təhsil Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib ki, ötən illə müqayisədə bu il sərgi iştirakçılarının 45 faizi tədbirə ilk dəfə qatılır. Sərginin rəsmi tərəfdaşı olan Təhsil Nazirliyi hər il olduğu kimi bu il də sərgidə həm təhsilin məzmunu, həm də müasir təhsil texnologiyalarını əhatə edən stendlərlə geniş pavilyonda təmsil olunacaq. Elnur Məmmədov əlavə edib ki, sərgidə "Rəqəmsal bacarıqlar” layihəsi, "Univerium” yataqxanası, "Escape room”, "Məktəbdənkənar fəaliyyət”, "Təhsil Texnologiyaları Mərkəzi”, "Gənc Müəllimlər Assosiasiyası”, "Bir tələbə-könüllü proqramı”, "SABAH” qrupları ilə bağlı stendlər, eləcə də təhsil sisteminin bütün səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması məqsədini daşıyan "Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi”, habelə təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan Təhsil Nazirliyinin "Təhsil TV” onlayn telekanalı kimi layihələri nümayiş olunacaq. Sərgidə həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyi iştirak edəcək. 

Elnur Məmmədov diqqətə çatdırıb ki, "Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur. 

"Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə də öz növbəsində vurğulayıb ki, builki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır. Sərgidə "Rusiyada təhsil” layihəsi çərçivəsində təhsil sahəsində "VR” texnologiyaları təqdim ediləcək və "Laboratoriya işinin virtual reallıq formatında nümayişi (VR)” adlı təqdimatda məhsullar əyani şəkildə nümayiş olunacaq. Sərgidə debüt edən "leXsolar GmbH” şirkəti bərpa olunan enerji mənbələri ilə işləyən trenajor sistemlərini nümayiş etdirəcək. Bəhruz Hidayətzadə bildirib ki, bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edəcəklər. Eyni zamanda Avropa İttifaqının birləşmiş stendi debüt edəcək.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur. Lodzi İqtisadi-Humanitar Akademiyası, Moskva Fasiləsiz Təhsil İnstitutu (FTİ), Lüblin Mariya Küri-Sklodovskaya Universiteti, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Novosibirsk diyarının universitetləri, eləcə də Azərbaycanın bir sıra təhsil müəssisə və strukturu sərgidə debüt edir.

Konfransda qeyd edilib ki, sərginin ilk günündə "Universitetlərə səyahət” adlı layihə keçiriləcək və bu layihə əsnasında "Eduexpo” sərgisinin iştirakçıları, hər biri 15 dəqiqə olmaqla, öz təqdimatları çərçivəsində sərginin qonaqlarını təmsil etdikləri təhsil müəssisələrinin imkanları ilə tanış edərək xidmətlər barədə ətraflı məlumat verəcək və valideynləri maraqlandıran sualları cavablandıracaqlar. Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə "B2B” formatlı görüşlər keçiriləcək.

Məlumat verilib ki, oktyabrın 12-də sərgi çərçivəsində ilk dəfə olaraq Rusiya Yazıçılar İttifaqının üzvü, "Smeşariki” layihəsinin həmmüəllifi və "Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş keçiriləcək. Sərginin sonuncu iş günündə məktəblilər üçün "Fibonaççi”, "Babil qüllələri” və "Octopus” kimi bir sıra intellektual oyunlar keçiriləcək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə sərgidə öz stendi ilə iştirak edəcək. Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən ali təhsil və sosial inteqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş "Gələcəyini qur!” Gəncliyə Dəstək layihəsi də sərgidə iştirak edir.

Sərgi əlavə tədbirlər proqramı ilə müşahidə olunacaq. Əlavə tədbirlər "Təqdimat zona”sında keçiriləcək.

Qeyd olunub ki, sərginin baş sponsoru "Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. "Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında "Qafqaz Hotels and Resorts”, "Intourist Hotel” və "Boulevard Hotel” mehmanxanaları, eləcə də "Greenwich Travel Club” turoperatoru yer alır.

"Təhsil” sərgisinə giriş 9-11-ci sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.




Загрузка...
Həmçinin oxuyun:
13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

ADU sertifikatla təltif olundu

ADU sertifikatla təltif olundu

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

Metroda "Köhnə Bakı" sərgisi keçiriləcək

Metroda "Köhnə Bakı" sərgisi keçiriləcək

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

İçərişəhərdə şəkər xəstəliyinə aid sərgi keçiriləcək

İçərişəhərdə şəkər xəstəliyinə aid sərgi keçiriləcək

Təhsil sərgisinin ən orijinal stendi

Təhsil sərgisinin ən orijinal stendi

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Rəssamlar İttifaqında məktəblilərin rəsmləri sərgilənəcək

Rəssamlar İttifaqında məktəblilərin rəsmləri sərgilənəcək

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO

ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

ADU-da “Yaponiya Ərzaq Məhsulları” sərgisinə hazırlıqla bağlı görüş keçirildi

ADU-da “Yaponiya Ərzaq Məhsulları” sərgisinə hazırlıqla bağlı görüş keçirildi

Bakıda Amerika təhsil sərgisi keçirilib- FOTOLAR

Bakıda Amerika təhsil sərgisi keçirilib- FOTOLAR

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

ADU-da kitab sərgisi açılıb

ADU-da kitab sərgisi açılıb