Xəbərlər
05 avqust 2019
163

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

 

 
Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına (IOI) ev sahibliyi edir. Olimpiadanın iştirakçıları avqustun 4-dən Bakıya gəliblər.

Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılış mərasimi keçiriləcək. Tədbirə olimpiada iştirakçıları ilə yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar.

1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.

Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə "Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər "Atletlər kəndi"ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru qismində "Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru "Azercell Telekom” tədbirin "İstedadların rəqəmsal sponsoru”, "PAŞA Bank” isə "İstedad sponsoru" kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

Dünya ilə yarışan məktəblilərimiz

Dünya ilə yarışan məktəblilərimiz

Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub

Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub

Bakıda III Robot Olimpiadasına start verilib

Bakıda III Robot Olimpiadasına start verilib

21 Bakı məktəblisi olimpiada qalibidir

21 Bakı məktəblisi olimpiada qalibidir

Olimpiadaçılarımız 5 medalla qayıdır

Olimpiadaçılarımız 5 medalla qayıdır

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə

Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Beynəlxalq olimpiadalara hazırlıq komandaları Tehranda

Beynəlxalq olimpiadalara hazırlıq komandaları Tehranda

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Olimpiadaların

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

Olimpiadaçıların qış məktəbinə iyirmi şagird qatılıb

Olimpiadaçıların qış məktəbinə iyirmi şagird qatılıb

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib