AzTehsil.com


Xəbərlər
07 aprel 2019
2 251


Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib



Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

 

 
Aprelin 6-da ADA Universitetində "FIRST LEGO League” mühəndislik və robot texnologiyası üzrə olimpiada keçirilib.
 
1998-ci ildən etibarən Danimarkanın "Lego Education” və ABŞ-ın "First” şirkətinin ortaq layihəsi kimi təşkil olunan "FLL” turnirinin məqsədi uşaqların elm və texnologiyaya olan maraqlarını artırmaq və real problemlərinin həllinə töhfə verməkdir.

2018-2019-cu il mövsümü üzrə Təhsil Nazirliyi, ADA Universiteti və "Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan turnirin builki mövzusu kosmosa həsr olunub və "Into Orbit” adlanır.

Keçirilmiş yerli turnir çərçivəsində 10-16 yaşlı məktəblilərdən ibarət 30 komanda "Əsas dəyərlər”, "Robot dizaynı”, "Layihə təqdimatı” və "Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın münsiflər heyəti Türkiyə Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlərdən və ADA Universitetinin müəllimlərindən ibarət olub.

Mükafatlandırma mərasimində çıxış edən Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov bildirib ki, son illər "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Şöbə müdiri qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına xüsusi olaraq "Lego Education” təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilib və şagirdlərimiz bu cür beynəlxalq robot texnologiyaları yarışlarına cəlb olunublar.

Tədbirdə qeyd edilib ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.

Tədbirin sonunda turnir iştirakçıları medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunublar. Çempion olan iki komanda 22-25 may tarixlərində Türkiyənin İzmir şəhərində təşkil olunacaq Türkiyə Beynəlxalq Açıq Çempionatında iştirak hüququ qazanıblar.

Qeyd edək ki, Azərbaycan hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunduğu turnirə ilk dəfə 2017-2018-ci il mövsümündə qoşulub. Nəticədə yerli turnirdə qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən Beynəlxalq Açıq Çempionatda təmsil edib. Turnir hər il müxtəlif qlobal elmi və texnoloji problemlərə həsr olunur. Bura "Hidrodinamika – suyun səyahəti”, "Heyvanların qorunması”, "Okeanların qorunması”, "Yaşlılara yardım”, "Qlobal iqlim”, "Dünya təhsili” və digər mövzular daxildir.



Загрузка...
Həmçinin oxuyun:
Mühəndislik və robototexnika yarışı keçiriləcək

Mühəndislik və robototexnika yarışı keçiriləcək

Təhsil robotlarının tətbiq olunduğu məktəbə mediatur

Təhsil robotlarının tətbiq olunduğu məktəbə mediatur

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Uşaqlar üçün robot-pişik hazırlanıb

Uşaqlar üçün robot-pişik hazırlanıb

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Çində yaşlı insanların qayğısına qalan robot hazırlandı

Çində yaşlı insanların qayğısına qalan robot hazırlandı

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

ADU-nun komandası yenə birinci oldu

ADU-nun komandası yenə birinci oldu

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

İdmançılarımız beynəlxalq turnirin qalibi olub

İdmançılarımız beynəlxalq turnirin qalibi olub

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Bu da insanabənzər robot

Bu da insanabənzər robot

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

Kaspi Liseyi beynəlxalq olimpiadaya ev sahibliyi edir - Fotolar

Kaspi Liseyi beynəlxalq olimpiadaya ev sahibliyi edir - Fotolar

Qalib tələbələrə 10 min manat mükafat verildi

Qalib tələbələrə 10 min manat mükafat verildi

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Bakı Turizm Peşə Məktəbində açıq dərs

Bakı Turizm Peşə Məktəbində açıq dərs

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Aprelin 25-də "Şabran bilik kuboku I" yarışmasının birinci turunun ilk oyunu keçirilib.

Aprelin 25-də "Şabran bilik kuboku I" yarışmasının birinci turunun ilk oyunu keçirilib.

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb