AzTehsil.com


Xəbərlər
05 avqust 2019
1 994


31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı



31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

 

 
Avqustun 5-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransda əvvəlcə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olimpiada ilə bağlı təqdimatla çıxış edib.

Daha sonra Təhsil naziri, "IOI 2019”-un sədri Ceyhun Bayramov informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olduğunu vurğulayıb. Ceyhun Bayramov qeyd edib ki, bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını jurnalistlərin diqqətinə çatdırıb. Olimpiada qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarını xatırladan Ceyhun Bayramov onun olimpiada hərəkatını stimullaşdırmaq məqsədi daşıdığını qeyd edib.

Təhsil naziri beynəlxalq olimpiadada iştirak edən yerli komandanın üzvlərinin yüksək səviyyədə hazırlığının təmin edildiyini və onlara böyük ümid bəsləndiyini əlavə edib.

ADA Universitetinin rektoru, "IOI 2019”-un fəxri həmsədri Hafız Paşayev olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib. Hafiz Paşayev bildirib ki, ADA Universiteti gələcəyin vacib sahələri üzrə mütəxəssislər hazırlamağa çalışır.

Konfransda jurnalistlərə bildirilib ki, tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə "Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər "Atletlər şəhərciyi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Daha sonra olimpiadanın rəsmi qlobal sponsoru "Acer” in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski "Acer” və "IOI” əməkdaşlığından danışıb. Bildirilib ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatdıqdan sonra "Acer" şirkəti 450 ədəd "Aspire" notbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcək. 

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

"Bu şəxslərin ali məktəblərə qəbulu ilə bağlı qanunvericilik dəyişdiriləcək" - Ceyhun Bayramov

"Bu şəxslərin ali məktəblərə qəbulu ilə bağlı qanunvericilik dəyişdiriləcək" - Ceyhun Bayramov

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

Avropa Olimpiada tarixində bir ilk

Avropa Olimpiada tarixində bir ilk

Avropa Olimpiada tarixində bir ilk

Avropa Olimpiada tarixində bir ilk

21 Bakı məktəblisi olimpiada qalibidir

21 Bakı məktəblisi olimpiada qalibidir

Fənn olimpiada qaliblərinin ali məktəblərə qəbulunda yenilik olacaq

Fənn olimpiada qaliblərinin ali məktəblərə qəbulunda yenilik olacaq

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Olimpiada qaliblərinin müsabiqədənkənar tələbə olmaq şansı

Olimpiada qaliblərinin müsabiqədənkənar tələbə olmaq şansı

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub

Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub

Dünya ilə yarışan məktəblilərimiz

Dünya ilə yarışan məktəblilərimiz

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal