AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
12 yanvar 2019
2 860


Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur



Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

 

 
 
Yanvarın 12-də Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təşkil edilən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib.

Mediaturda millət vəkilləri, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.

Mediatur iştirakçılarına məlumat verilib ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü və Kimya, biologiya təmayüllü Respublika liseyləri, eləcə də Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Artıq 4-cü ildir fəaliyyət göstərən həmin mərkəzlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib.

Hazırlıq mərkəzlərinin yaradılmasında məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılmasıdır. Mərkəzlərə yerli və xarici ali məktəblərin, Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alimləri və qabaqcıl müəllimlər cəlb olunub. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telecom” şirkətinin nəzdində olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə sıx əməkdaşlıq qurulmaqla həyata keçirilir.

Mediatur zamanı bildirilib ki, vaxtı ilə beynəlxalq olimpiada qalibi olmuş məzun olimpiadaçılardan ali təhsillərini Bakıda davam etdirənlər il boyu, ölkədən kənarda oxuyanlar isə qış və yay tətillərində yeni nəsil olimpiadaçıların yetişdirilməsində yaxından iştirak edirlər. Bu ildən etibarən Amerika Birləşmiş Ştatlarının Stenford Universitetinin məzunu Cəfər Cəfərov şagirdlərimizə həftədə 2 dəfə onlayn dərs keçir.

Qeyd olunub ki, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri olmaqla ümumilikdə 5 fənn üzrə hazırlıq aparılır. Aşağı və yuxarı yaş qruplarında hazırlıq dərsləri əsasən şənbə-bazar günləri və ya həftə ərzində dərsdən sonra təşkil edilir.

Azərbaycan məktəbliləri hər il 15-ə yaxın müxtəlif beynəlxalq olimpiada və müsabiqədə iştirak edirlər. 2017-2018-ci tədris ilində şagirdlərimiz beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş və 20 bürünc medal olmaqla ümumilikdə 29 medal və 7 həvəsləndirici sertifikat qazanıblar. Təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkə üzrə istedadlı şagirdlərlə işin genişləndirilməsi məqsədi ilə pilot layihə kimi 15 rayonun 48 məktəbində 60 xüsusi sinif yaradılıb. Bu siniflərin yaradılmasında əsas məqsəd istedadlı şagirdlərlə məqsədyönlü işlər görməkdən ibarətdir.

Daha sonra beynəlxalq olimpiadaların və "İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin qalibləri ilə "Dəyirmi masa" ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
 
 

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

 





Загрузка...
Həmçinin oxuyun:
İstedadlı şagirdlərin seçimi aparılıb

İstedadlı şagirdlərin seçimi aparılıb

Olimpiadaçıların qış məktəbinə iyirmi şagird qatılıb

Olimpiadaçıların qış məktəbinə iyirmi şagird qatılıb

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Nazirlik müəllimlərə yönələn ittihamlara CAVAB VERDİ

Nazirlik müəllimlərə yönələn ittihamlara CAVAB VERDİ

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Bu il fənn olimpiadalarında 38 medal qazanılıb

Bu il fənn olimpiadalarında 38 medal qazanılıb

Sabah IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

Sabah IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

VII sinif şagirdləri arasında riyaziyyat və məntiq fənlərindən seçim turu keçirilmişdir.

VII sinif şagirdləri arasında riyaziyyat və məntiq fənlərindən seçim turu keçirilmişdir.

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlanıb

“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub

İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən şagirdlərin dəqiq fənlər üzrə intensiv dərslərdən ibarət yay olimpiada düşərgəsi təşkil ediləcək

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən şagirdlərin dəqiq fənlər üzrə intensiv dərslərdən ibarət yay olimpiada düşərgəsi təşkil ediləcək

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Bakı məktəblisi erməni idmançılar üzərində qələbə qazandı

Bakı məktəblisi erməni idmançılar üzərində qələbə qazandı

Təhsil Nazirliyi jurnalistlər üçün mediatur təşkil etdi

Təhsil Nazirliyi jurnalistlər üçün mediatur təşkil etdi

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Məktəblilərimiz Jautıkov olimpiadasında 4 medal qazanıb

Məktəblilərimiz Jautıkov olimpiadasında 4 medal qazanıb

Bakıda şagirdlər arasında fənn müsabiqələrinin I mərhələsi keçirilib

Bakıda şagirdlər arasında fənn müsabiqələrinin I mərhələsi keçirilib