Xəbərlər
05 iyun 2019
1 676


Bakıda III Robot Olimpiadasına start verilib

Bakıda III Robot Olimpiadasına start verilib

 

 
İyunun 4-də Bakıda 8-19 yaşlı yeniyetmə və gənclər arasında III Robot Olimpiadasının açılışı olub.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafı üçün əlverişli şərait yaratdığını, onların özlərini cəmiyyətdə təsdiq etmələri baxımından mühüm rol oynadığını bildirib: "Ölkəmizdə kreativ düşüncəli və bacarıqlı gənclərin olması, onların milli kompüter oyunlarına marağının getdikcə artması sevindirici haldır. İnformasiya texnologiyalarının imkanlarından istifadə edərək Azərbaycan tarixinin, həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gənclərimizin potensialından istifadə edərək bu günə qədər bir neçə milli kompüter oyunumuz yaradılıb. Bu oyunlar dünya kompüter həvəskarları arasında da kifayət qədər böyük marağa səbəb olub”.

Olimpiadanın ölkəmizdə ilk dəfə keçirilən "İnnovasiya həftəsi” çərçivəsində təşkil edildiyini bildirən nazir müavini gənclərin informasiya texnologiyalarına marağının artırılması, müvafiq biliklərin verilməsi, regionlarda da bu sahənin inkişafı üçün görülən işlərin davam etdirildiyini bildirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov, Təhsil Nazirliyinin şöbə müdiri Fuad Qarayev çıxışlarında müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinin genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə etdiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycanda İKT-nin tətbiqinə böyük diqqət yetirilir. Son illər bu sahədə böyük işlər görülüb, gənclərimiz bir sıra uğurlar əldə ediblər. Təsadüfi deyil ki, 2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən Robot Olimpiadasında 8 ali və orta təhsil müəssisəsindən 22 komanda iştirak etmişdisə, 2018-ci ildə bu say 22 müəssisə və 54 komandaya qədər yüksəlib. Üçüncü olimpiadada isə 30 müəssisədən 62 komanda iştirak üçün qeydiyyatdan keçib. Bundan əlavə, olimpiadada ilk dəfə Gəncə, Sumqayıt şəhərlərindən və Lənkəran rayonundan olan yeniyetmə və gənclər də iştirak edirlər.

Açılış mərasimindən sonra olimpiadaya start verilib.

Olimpiada "INNOFEST” çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Yarış 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edir və 6 kateqoriya üzrə keçirilir. Yekunda qalib komandalar noyabrın 8-10-da Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak etsə də hazırda bu say 70-i ötüb.

Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.






Загрузка...
Həmçinin oxuyun:
“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Mühəndislik və robototexnika yarışı keçiriləcək

Mühəndislik və robototexnika yarışı keçiriləcək

Çində yaşlı insanların qayğısına qalan robot hazırlandı

Çində yaşlı insanların qayğısına qalan robot hazırlandı

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

Kitab üzərindən açılan dünya...

Kitab üzərindən açılan dünya...

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

Uşaqlar üçün robot-pişik hazırlanıb

Uşaqlar üçün robot-pişik hazırlanıb

Təhsil robotlarının tətbiq olunduğu məktəbə mediatur

Təhsil robotlarının tətbiq olunduğu məktəbə mediatur

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Robot poçtalyon yaradıldı

Robot poçtalyon yaradıldı

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Azərbaycanlı gənc hərbi təyinatlı robot hörümçək hazırlayıb

Azərbaycanlı gənc hərbi təyinatlı robot hörümçək hazırlayıb

Bu da insanabənzər robot

Bu da insanabənzər robot