Rəssamlar İttifaqında məktəblilərin rəsmləri sərgilənəcək
Noyabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda "23-ün rəssamları” adlı sərgi açılacaq.
Aztəhsil.com azərtac.az-a istinadən xəbər verir ki, Sərgi Rəssamlar İttifaqı və 23 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Bu barədə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov məlumat verib.
Onun sözlərinə görə, sərgidə məktəbin 20-dək şagirdinin 80-dən çox rəsm əsəri nümayiş olunacaq. Həmçinin sərgidə batika, peyzaj, portret və digər janrlarda əsərlər yer alacaq.
Bir həftə davam edəcək sərgi məktəblə ittifaq arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunacaq.