Bakıda Uşaq-gənclər yaradıcılıq mərkəzinin açılışı olub
Bakıda yeni uşaq-yaradıclıq mərkəzi "Multicenter"in açılışı olub.
Aztəhsil.com xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin İctimai Əlaqələr departamentinin rəhbəri Cəsarət Valehov məlumat verib.
Açılışda təhsil naziri Mikayıl Cabbbarov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rəssamlar İttfaqının sədri,xalq rəssamı Fərhad Xəlilov, xalq bəstəkarı Faiq Sücəddinov, şair Baba Vəziroğlu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.Azadpress.az xəbər verir ki, mərkəz Təhsil Nazirliyi tərəfindən təşkil olunub.
Mərkəzdə uşaq və gənclərin asudə vaxtının təşkili üçün lazımi şərait yaradılıb.