AzTehsil.com


Xəbərlər
18 aprel 2017
3 296


Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə fənn olimpiadası keçirilib



Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə fənn olimpiadası keçirilib

 

Aprelin 15-də Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə Ağstafada rayon məktəbliləri üçün fənn olimpiadası keçirilib.
 
Olimpiadada  rayonun ümümtəhsil məktəblərindən 138 nəfər şagird 3 fənn üzrə bilikləri yoxlayıb. Bir saat davam edən bilik yarışında şagirdlər riyaziyyat, fizika və kimya fənləri üzrə 3 sualı cavablandırıblar. Olimpiadadan sonra şagirdlər universitet tərəfindən təşkil olunan sərgi ilə tanış olublar. 
 

Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə fənn olimpiadası keçirilib

 

Əvvəlcə ATU-nun Tədris şöbəsinin müdiri Piri Axundov şagirdlərə universitet haqqında geniş məlumat verib. O, gələcəyin tələbələrinə ATU-dakı ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən mühəndislik ixtisaslarının vacibliyi və perspektivləri barədə danışıb.
 

Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə fənn olimpiadası keçirilib

 

Sonra rayon məktəbliləri sərgidə ATU-nun professor-müəllim heyətinin üzvləri tərəfindən aparılan təcrübələrlə, təbliğat materialları və tələbələrin əl işləri ilə tanış olublar. Universitetin əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verilib.
 

Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə fənn olimpiadası keçirilib

 

Sonda ATU-nun incəsənət dərnəklərinin üzvü olan tələbələr tərəfindən sərgi iştirakçıları üçün konsert proqramı təşkil edilib. 
 
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Загрузка...