UNESCO təhsilin monitorinqi üzrə ümumdünya məruzəsini təqdim edib
Məktəblər və təhsil sistemləri nə dərəcədə inklüzivdir? Əslində çox deyil.
UNESCO-nun 2020-ci il üzrə təqdim etdiyi təhsilin monitorinqi üzrə ümumdünya məruzəsi bu məsələyə işıq salır. Təşkilatın "Təhsil və inklüzivlik” mövzusuna həsr olunmuş məruzəsinə əsasən, dünya ölkələrinin 10 faizindən azı təhsilin tam inklüzivliyinin təmin olunmasına kömək edən qanunlara malikdir.
Məruzədə bütün dünyada təhsil sistemlərində şagirdlərin təcrid olunmasına gətirib çıxaran əsas amillərin, o cümlədən onların mənşəyi, özünəməxsusluğu və qabiliyyətlərinin (yəni cins, yaş, yaşayış yeri, yoxsulluq səviyyəsi, əlillik, etnik mənsubiyyət, dil, din, miqrant və ya məcburi köçkün statusu, gender identikliyinin ifadəsi və s) dərin təhlili verilir. Hesabat COVID-19 pandemiyası zamanı təcridin gücləndirilməsini müəyyən edir, aşağı və orta gəlirli ölkələrin, təxminən 40% - nin məktəblərin müvəqqəti bağlanması zamanı aztəminatlı ailələrdən olan şagirdləri dəstəkləmədiklərinə dair məlumatları təqdim edir.
Təhsilin monitorinqi üzrə ümumdünya məruzəsi ölkələri diqqəti daha davamlı və bərabərhüquqlu cəmiyyətlərin yaradılmasına yardım üçün məktəblərin açılmasından sonra kənarda qalanlara yönəltməyə çağırır.
UNESCO - nun baş direktoru Odre Azule bildirib ki, indiki dövrün vəzifələrini həll etmək üçün daha artıq şəkildə inklüziv təhsilə keçmək lazımdır. "COVID-19 pandemiyasından sonra gələcək təhsilin yenidən nəzərdən keçirilməsi daha çox əhəmiyyət kəsb edir. Məhz pandemiya bərabərsizliyi daha da ağırlaşdırdı və ona diqqət çəkdi. Fəaliyyətsizlik cəmiyyətlərin tərəqqisinə mane olacaq",-deyə O. Azule əlavə edib.
Təhsilin monitorinqi üzrə ümumdünya məruzəsinin direktoru Manoş Antoninis bildirib ki, COVID -19 pandemiyası təhsil sistemlərimizə yenidən baxmaq üçün bizə real imkan yaratdı. "Lakin müxtəlifliyi qiymətləndirən və alqışlayan bir dünyaya keçid bir gecədə baş verməyəcək. Bir dam altında bütün uşaqların təhsili və tələbələrin ən yaxşı öyrəndikləri şəraitin yaradılması arasında aydın bir gərginlik var. Lakin pandemiya bizə birlikdə işləyərkən fərqli şəkildə hərəkət edə biləcəyimizi göstərdi",-deyə M.Antoninis vurğulayıb.
Monitorinq gedişində müəyyən olunub ki, inteqrasiya üçün maneələrdən biri valideynlərin ayrı-seçkilik baxışlarıdır: Almaniyada valideynlərin təxminən 15% - i, Honkoinq və Çində isə 59%-i əlilliyi olan uşaqların digər uşaqların təhsilinə mane olacağından qorxurlar. Həssas uşaqların valideynləri də övladlarını onların rifahını təmin edən və ehtiyaclarına cavab verən məktəblərə göndərmək istəyirlər. Avstraliyada şagirdlərin 37%-i adi məktəbləri dəyişərək ixtisaslaşdırılmış təhsil müəssisələrinə keçiblər.
Məruzə göstərir ki, təhsil sistemləri şagirdlərin xüsusi tələbatlarını tez-tez nəzərə almır. Yalnız 41 ölkə rəsmi jest dilini tanıyır və bütün dünyada məktəblər internetə çıxış əldə etməkdə daha maraqlıdır.
Məruzdə qeyd olunur ki, aşağı və orta gəlirli ölkələrin demək olar ki, yarısı məhdud imkanlı uşaqların təhsili haqqında kifayət qədər məlumat toplamır. Ev təsərrüfatlarının sorğuları fərdi xüsusiyyətlərə görə təhsil məlumatlarının əldə olunması üçün başlıca əhəmiyyət kəsb edir. Lakin dünya əhalisinin 13% - nin yaşadığı ölkələrin 41% - i bu cür sorğu keçirməyiblər və ya əldə etdikləri məlumatları dərc etməyiblər. Təlim məlumatları əsasən, məktəblərdən alınır və məktəbə getməyənləri nəzərə almır.
"Məlumatların çatışmazlığı bizə vəziyyətin tam mənzərəsini əldə etməyə imkan vermir"-, deyə M.Antoninis bildirib: "Təəccüblü deyil ki, COVID-19 pandemiyası zamanı birdən-birə özünü göstərən qeyri-bərabərlik bizi çaş-baş qoydu".
Sənəddə qeyd olunur ki, bir çox ölkələr inklüzivliyə keçid üçün müsbət, innovativ yanaşmalardan istifadə edirlər. Hesabata "hər şey həqiqətən hər şeydir" adlı rəqəmsal kampaniya üçün materiallar daxil edilib ki, burada növbəti on il üçün bir sıra əsas tövsiyələr təklif edilir.