Cəlilabadda nəzarətsiz qalan məktəbin həyətində....- Ətraflı
Cəlilabadda nəzarətsiz qalan məktəb həyətində inəklər otlayır.
AzTehsil.com xəbər verir ki, Cəlilabad rayonunun Xanəgah kənd orta məktəbində Teleqraf-ın Cənub bürosunun əldə etdiyi fotolar çəkilib.
Fotolardan da görünür, məktəb həyətinə nəzarət edən şəxs yoxdur və iribuynuzlu heyvanlar sərbəst şəkildə məktəbdə otlayırlar. Məktəbin yaxınlığında xüsusi mühafizə səddi və ya hasar olmadığından, yaxınlıqdakı örüş sahəsindəki heyvanlar müəssisəsi həyətinə daxil ola bilər.
Yerli sakinlər vəziyyətdən narahat olduğunu bildirdilər. Onlara görə, bu heyvanlara təhlükə yarada bilər. Buna görə də sakinlər məktəb ətrafının tam şəkildə hasarlanmasını vacib sayırlar.