AzTehsil.com


Xəbərlər
11 iyun 2017
3 824


Züleyxa Nadirin məqaləsinə cavab



Züleyxa Nadirin məqaləsinə cavab

 Bu günlərdə ölkənin gündəmini Züleyxa Nadir adlı jurnalistin, cənub bölgəsində olan insanların təhsilə münasibəti haqqında  yazı  zəbt etmişdi. Həmin yazının  bir hissəsini yenidən xatırlatmaq istəyirik."Hələ sovetlər dönəmindən  cənub bölgəsindən ali  təhsil dalınca Bakıya gedənlər çox az olurdu. Bu, Masallı, Lənkəran, Yardımlı, yaxud da Lerikdə  işləyən müəllimlərin günahi deyildi.  O bölgənin insanlarının yaşam tərzində oxumaq, ali təhsil  almaq o qədər  də önəm daşımırdı. Xüsusilə də qızların oxuyaraq cəmiyyətdə görünməsi,  fəaliyyəti ilə başqalarına nümunə olması ailələr üçün başucalığı sayılmırdı.”

Biz Aztehsil.com saytı olaraq cənub bölgəsindən olan bir qrup ziyalıların fikirlərini öyrənib sizə çatdırmaq istədik. Ziyalıların fikirlərini olduğunu kimi təqdim edirik.


 

Züleyxa Nadirin məqaləsinə cavab

Əjdər Ağayev — Təhsil Şurasının sədri,təhsil eksperti


Qızım, əvvələn dediyiniz məlumat Nazirliyin faktlarına söykənməyibsə və ya hər hansı rəsmi sənəddə yazılmayıbsa, o kiminsə uydurmasıdır. Ona görə Nazirlik onu təkzib edib. Nazirlik təkcə təkziblə dayanmamalıydı həmin adamı məsuliyyətə cəlb etməliydi. Onu kim yazıbsa guya cənub bölgəsində təhsil zəifdir, insanlar savadsızdır o adam özü savadsızdır. Özünün dünyada xəbəri yoxdur. Çünki, cənub bölgəsini tanıyan adam kimi, cənub bölgəsində olan insanlarla birlikdə təhsil alan adam kimi mən bilirəm ki, o bölgədən olan insanlar təhsilə böyük maraq göstərən olur, Sovetdən bəri yüksək intellekt sahibi olub, təbiətin qoynunda böyüdüklərinə görə təbiət sevər, vətən sevər, insan sevər insanlar olur. Və bu adamların içərisində nəinki Azərbaycanda o vaxtkı SSRİ-də,  indiki MDB ölkələri məkanında filosoflar , zavod direktorları , şirkət sahibləri və böyük iş görən adamlar var. Buna görədə kiminsə uydurduğu o cür əsası olmayan  sözə gərək inanmayasan. Saytlarda yazılan bu cür əsassız yazıları gərək insanlar dərk edib başa düşsünlər ki, bunu yazan savadsız və məlumatsızdır. Cənub bölgəsinin ziyalıları haqqında  kitablar yazmaq olar. Mən təəssüflə bildirmək istəyirəm ki, kimlərsə bölgələri bir-birinə qaldırıb, insanlar arasında rəxnə salmaq istəyir. Bu bir təxribatdır. Belə adamlar yalan dediklərinə, regionları bir-birinə qaldırdıqlarına görə məsuliyyət daşısınlar.  Zəhmət çəkib ensiklopediyaya baxıb görsün Lənkərandan, Astaradan, Masallıdan, Lerikdən, Yardımlıdan nə qədər böyük insanlar var. O adam hansı ağılla belə bir fikir deyib milyonların qabağına çıxır. 


 

Züleyxa Nadirin məqaləsinə cavab

Hacıbaba Əzimov -   Lənkəran Dövlət Universitetinin qurucusu,ilk rektoru


Bu çox ciddi məsələdir. Ancaq burda bir qərəzli fikir var. Qərəz ondan ibarətdir ki, savadsızlığı, təhsili pis vəziyyətə salmağını cənub bölgəsiylə bağlayırlar. Cənub bölgəsinin əhalisinin elmə, təhsilə münasibətini gözdən salmaq, pisləmək mövqeyi açıq hiss olunur. Əlbəttə deyilən fikirlərə qəti etiraz edirəm. Bu fikirlər həmin adamın  siyasətdən, ictimai fikirdən uzaq olduğunu göstərir. Doğru fikir deyil ki, bu hal təkcə cənub bölgəsində var. Cənub bölgəsi təkcə yaxın illərdə yox, əsrlər öncə təkcə Azərbaycana deyil dünyaya böyük şəxsiyyətlər verib. Onları sadalamaqla vaxtınızı almaq istəmirəm. Söhbət təkcə cənubdan yox ümumiyyətlə Azərbaycanda təhsilin bərbad günə qalmasından

getməlidir. Mən 15 il bundan qabaq rəhmətlik Heydər Əliyeva dəfələrlə məktublar yazıb bildirmişəm ki, Azərbaycanda təhsil və elmi məqsədli şəkildə dağıdırlar. Faktlar göstərmişəm. Xüsusilə müəllimlərə verilən maaşının dünyada analoqu olmayan şəkildə aşağı olmağının qəsdən edildiyini bildirmişəm. Bu məqsədli şəkildə edilir ki, təhsil və elm sistemi dağılsın. Bunu eliyən xainlər,satqınlar və təxribatçılardır. 


 

Züleyxa Nadirin məqaləsinə cavab

Qızbəs Məmmədova – Astara rayonun Təhsil Şöbəsinin müdiri


Mən Astara rayon təhsil şöbəsinin müdiri kimi ancaq Astara rayon haqqında fikir söyləyə bilərəm. Məlumat üçün bildirim ki, bu il Astara rayonunda 1756 müəllim diaqnostik qiymətləndirmədə iştirak eliyib və hamısı bal toplayıb. Sıfır bal toplayanımız yoxdur. Müəllimlərimizin böyük əksəriyyəti 50-dən yuxarı bal toplayıb. Bizdə belə bir hal yoxdur. Müəllimlər hamı bir nəfər kimi imtahanda iştirak ediblər. Deyilən faktlar hamısı yalan və böhtandır. 


 

Züleyxa Nadirin məqaləsinə cavab

Həşim Kəlbiyev – Lənkəran Dövlət Universitetinin tarix müəllimi


Cənub bölgəsinin ziyalıları çoxdur.Bu bir növ qısqanclıqdan irəli gəlir. Lənkəran Dövlət Universitetinin hazırladığı ziyalılar bölgəmizin bütün elmi mərkəzlərində fəaliyyət göstərirlər. Əgər istəyirlərsə gəlsinlər öz müəllimlərimizi çıxardıb onları qoyaq işləsinlər. 


 

Züleyxa Nadirin məqaləsinə cavab

Bəxtiyar İzzətov – Fizika üzrə fəlsəfə doktoru


Məqalənin ümumi konteksti   həqiqətdir, yəni kənd müəllimi (hər reqionda) aldığı maaşla təmin olunmur və ayrı işlə məşğuı olur və bu səbəbdən də dərsinin keyfiyyəti aşağıdır. Xüsusi konteksdə cənub bölgəsindən yazarkən yalnız buna etiraz etmək olar: "O bölgənin insanlarının yaşam tərzində oxumaq, ali təhsil almaq o qədər də önəm daşımırdı. Xüsusilə də qızların oxuyaraq cəmiyyətdə görünməsi, fəaliyyəti ilə başqalarına nümunə olması ailələr üçün başucalığı sayılmırdı. "Sitatın birinci hissəsi həqiqət olmasa da,qızlar barəsində yazılanlar əsasən doğrudur. Filan sayda müəllim "0" bal almışdı fikrini də təhsil eksperti təkzib edir. Məncə bu yazıda bizə qarşı hansısa qərəzli və aşağılayıcı məqsəd yoxdur .Təkcə sitat gətirdiyim hissənin birinci cümləsi haqsız yazılıb və bunu lap bilərəkdən də yazıbsa, cəhənnəmə yazsın!!! "Yel qayadan nə aparar" - boş buraxın, başınızı ağrıtmayın.





Загрузка...
Həmçinin oxuyun:
Cənub bölgəsinin təhsili ilə bağlı Züleyxa Nadirin fikirlərinə bölgədən ETİRAZ !

Cənub bölgəsinin təhsili ilə bağlı Züleyxa Nadirin fikirlərinə bölgədən ETİRAZ !

"Cənub bölgəsində 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi"-səbəb?

"Cənub bölgəsində 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi"-səbəb?

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

Astarada 24 yaşlı gənci bıçaqlayan məktəbli saxlanılıb - YENİLƏNİB-1

Astarada 24 yaşlı gənci bıçaqlayan məktəbli saxlanılıb - YENİLƏNİB-1

Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

Vətənə sədaqətli insan  Mirhaşım Talışlı - 90

Vətənə sədaqətli insan Mirhaşım Talışlı - 90

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

LDU-da açıq qapı günü və məzun yarmarkası  keçirilib.

LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

ARAŞDIRMA ! Yalnız baxmaqla insan xarakterini müəyyən etmək olar

ARAŞDIRMA ! Yalnız baxmaqla insan xarakterini müəyyən etmək olar

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər