AzTehsil.com


Xəbərlər
29 may 2017
3 344


LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.



 LDU-da açıq qapı günü və məzun yarmarkası  keçirilib.

 

Lənkəran  Dövlət Universitetində  "Məzun-2017” proqramı çərşivəsində açıq qapı günü və məzun yarmarkası keçirilib.  Lənkəran şəhər icra hakimiyyəti ilə birgə təşkil olunan  tədbirin əsas məqsədi   tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq  olub.
 

 LDU-da açıq qapı günü və məzun yarmarkası  keçirilib.

 

Açıq qapı günündə rayon rəsmiləri, LDU-nun bu ilki məzunları,valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib. İştirakçıları LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov  salamlayıb və onlara bu elm ocağı barədə ətraflı məlumat verib, tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxxəssislərin  hazırlanması  istiqamətində son bir ildə görülən işlərdən danışıb. Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov  belə tədbirlərin  bu il  LDU-nu bitirən  500-ə qədər məzuna iş probleminin həllində dəstək olduğunu deyib,  əmək yarmarkalarının gənclərin məşğulluğunun  təminində  əhəmiyyətli rol oynadığını,işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib.
 
Lənkəran şəhər icra hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev, sosial iqtisadi məsələlər üzrə müavini Xalid Rəhimov, Lənkəran rayon məşğulluq mərkəzinin direktoru Rahib Quliyev, mebel emalı və satışı üzrə ticarət mərkəzinin direktoru Elnur Əliyev, Bakı Biznes  tədris mərkəzinin Lənkəran nümayəndəliyinin rəhbəri Firdovsi Axundov,Gilan Holdinq-in insan resursları şöbəsinin rəhbəri Coşqun İmanquliyev  və başqaları çıxışlarında tədbirin böyük əhəmiyyətindən bəhs edərək təklif və rəylərini bildiriblər.
 

 LDU-da açıq qapı günü və məzun yarmarkası  keçirilib.

 

Əmək yarmarkasına  təkcə Lənkəranda yox, umumiyyətlə ,cənub bölgəsində fəaliyyət göstərən  27 dövlət və özəl müəəssisə  140 boş (vakant ) iş yeri çıxarıb.Təklif olunan boş (vakant )yerlərə  bu ilki məzunlardan 270 nəfər iştirak ərizəsini təqdim edib.  
 

 LDU-da açıq qapı günü və məzun yarmarkası  keçirilib.

 

Tədbir iştirakçıları  belə bir tədbirin təşkilinə, yuxarı kurslarda təhsil alan, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumat yaratdıqlarına görə təşkilatçılara  öz təşəkkürünü bildiriblər.
 
Qeyd edək ki,bu, LDU-da təşkil olunan ilk açıq qapı günü və əmək yarmarkasıdır.
 
Esmira İsmayılova (LDU-nun mətbuat xidmətinin rəhbəri)




Загрузка...
Həmçinin oxuyun:
AzMİU-da "Açıq qapı" günü keçirilib

AzMİU-da "Açıq qapı" günü keçirilib

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

ADA Universitetində Karyera Yarmarkası keçirilib

ADA Universitetində Karyera Yarmarkası keçirilib

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Göygöl məktəbliləri ilə uşaq hüquqları haqqında maarifləndirmə tədbiri keçirilib

Göygöl məktəbliləri ilə uşaq hüquqları haqqında maarifləndirmə tədbiri keçirilib

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

Ağstafa rayon ümumtəhsil müəssisələrində  Bayraq Günü geniş qeyd edilib

Ağstafa rayon ümumtəhsil müəssisələrində Bayraq Günü geniş qeyd edilib

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub