AzTehsil.com


Xəbərlər
06 iyun 2017
10 664


"Cənub bölgəsində 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi"-səbəb?



"Cənub bölgəsində 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi"-səbəb?

 

Bu günlərdə ölkənin gündəmini ağrılı bir məsələ təkrar zəbt etdi. Ötən ilin dekabrinda mətbuat yazmışdı: "Cənub bölgəsində müəllimlərin imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən – öz ixtisasından 0 (sıfır) qiymət alıb”. Sonra isə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov xəbəri təkzib etmişdi:  "Diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi 0 bal olmayıb”.
Yarım ildən sonra məsələnin yenidən gündəmə gəlməsinin səbəbi nədir görəsən? Bəlkə ali məktəblərə qəbulla bağlıdı? Bəlkə kimsə bu işdə maraqlıdı? Ya bəlkə də sadəcə təhsilin ağrılarına dözə bilməyənlər gündəmi "silkələyiblər”. Bütün hallarda gerçəklikdən qaçmaq olmur. Həqiqət ört-basdır edilsə də nə zamansa oratya çıxıb  özünü göstərir.
 
Deyirlər ki, od yanmayan yerdən tüstü çıxmaz. Əgər  kənd müəllimlərinin diaqnostik qiymətləndirmədə  sıfır almaqları hələ də danışılırsa, deməli bu od elə-belə,  istisi az olan balaca ocaq deyil. Bu od acı tüstüsü göylərə ucalan  tonqaldı ki, onun da alovunda yanan millətin gələcəyidi. Gələcək sağalmaz yanıq yarası və tam sönməmiş, içində qor olan kül kimi indidən boy göstərir.
Hələ sovetlər dönəmindən  cənub bölgəsindən ali  təhsil dalınca Bakıya gedənlər çox az olurdu. Bu, Masallı, Lənkəran, Yardımlı, yaxud da Lerikdə  işləyən müəllimlərin günahi deyildi.  O bölgənin insanlarının yaşam tərzində oxumaq, ali təhsil  almaq o qədər  də önəm daşımırdı. Xüsusilə də qızların oxuyaraq cəmiyyətdə görünməsi,  fəaliyyəti ilə başqalarına nümunə olması ailələr üçün başucalığı sayılmırdı. 
Bu, indi də belədi. Zaman dəyişsə də beyinlər, düşüncələr yenilənməyib, əksinə bir az da geriyə sıçrayıb. Ona görə də həmin bölgədə işləyən müəllimlər şagirdə bilik vermək üçün öz üzərində çalışmır, öyrənmir, biliklərini artırmağa  həvəs  göstərmirlər. Müasir elmi-texniki tərəqqinin,  internet və kompüter biliklərinin cəmiyyətdə rolunu görmürlər, ya da görmək istəmirlər. Bu səbəbdən də 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi.  Gözlənilən olduğu  qədər də faciədi.
Əvvəllər ali məktəblərə daxil olan abituriyentlərin  az qala  yarıdan çoxu, bəlkə də 80 faizi rayon məktəblərində,  ucqar kəndlərdə təhsil alan şagirdlər olurdu.  Xüsusilə də Azərbaycanın qərb bölgəsindən gələnlər bilik və bacarıqları ilə  hamını arxada qoyurdular. Kənd məktəblərində oxuyan həmin  şagirdlər  sonradan ali məktəblərdə də yüksək göstəricilərlə fərqlənirdilər. Bu, ona görə belə idi ki, kənd  müəllimləri güclü və savadlı idilər.  Şagirdlərə maksimum bilik verirdilər. Sənətlərini sevir, müəllim peşəsinin şərəfini hər şeydən üstün tuturdular.
 
Amma indi vəziyyət başqadı. Sanki şəhərlə kənd yerini dəyişib. Doğrudu  600-700 bal  toplayan  abituriyentlər  arasında rayon məktəbliləri də var, amma şəhərdəki özəl məktəblərdə oxuyanlarla müqayisədə azdı. Bu o demək deyil ki, özəl məktəblərdə işləyənlər müəllim peşəsini, şagirdlərini  çox sevir,  kənddəkilər isə barmaqarası baxırlar. Bu faktordan öncə maddi maraq məsələsi var ki, o da bütün parametrləri qabaqlayır. Özəl məktəblərdə işləyən müəllimlərin maaşı ilə  dövlət  məktəblərində çalışanların maaşı arasında 4-5  dəfə fərq var. Bu gün 200 manat maaş alan kənd müəllimindən 800-1000 manat əməkhaqqı alan özəl məktəb müəlliminin şagirdə göstərdiyi diqqət və qayğını tələb etmək olmur. Aylıq məvacibi yüksək olan müəllim heç bir kənar işlə məşğul olmur, bütün gücü ilə şagirdə bilik verməyə çalışır. Aldığı maaş bir aylıq kommunal xərcləri ödəməyə çatan digər müəllimin isə fikri-zikri məişət qayğılarında olur. Onu da danmaq olmaz ki, kənd müəllimlərinin çoxu bütün naqisliklərə baxmayaraq peşəsinə vicdanla yanaşır.
Mənim doğulduğum kənd Azərbaycanın qərbində yerləşir. Əvvəldə dediyim kimi bir zamanlar tək bizim kənd məktəbindən ildə 100-120 şagird ali məktəbə qəbul olurdu. Amma indi bu  rəqəm  10-15 dəfə azalıb. XXI əsrdi, hər problemi cibində gəzdirdiyin telefonla bir neçə dəqiqəyə həll etmək mümkündü. Valideynlər istədiyi zaman  Avropanı, Asiyanı gəzir, okeanın o tayina keçib Amerika qitəsinə səyahət edir, amma övladları məktəbdə bilik əldə edə bilmirlər. Səbəb nədi?  Məsələ ondadır ki, bu gün kənd müəllimlərinin vəziyyəti çox ağrılıdı. Maaşı ailəsini dolandırmağa  bəs etmir. Hər gün artan tələbat ailə  büdcəsinin "qanını işir”.
 
Ona görə də müəllim səhər məktəbə gedir, günorta əkin-biçinlə məşğul olur, axşam mal-qara, qoyun-quzu fermalarında gecələyir, bazar günlərində isə bazarda alverlə məşğul olur. Dərsdən sonra taksi xidməti göstərən müəllim də var ki, onu  məktəbdə dərs dediyi məktəbli maraqlandırmır,  arxa oturacaqda oturub qonşu kəndə gedən şagirdinə müştərisi kimi baxır. "Oxuyur oxusun, oxumur da özü bilsin” şüarı öyrətmənlikdən çox fəhləlik edən kənd müəlliminin dilinin əzbəri olub. 
Deputat Hadi Rəcəbli iki il əvvəl  "müəllim dərsdən sonra getsin fəhləlik etsin” təklifini boş-boşuna etməmişdi. O, kənd müəllimlərinin vəziyyətindən çıxış edərək fikir bildirmişdi. Belə olan halda müəllimin diaqnostik  qiymətləndirmədən  sıfır alması təbiidi. Müəllimin qabarlı əlləri  qələm tuta bilmir. Halbuki müəllim əlinin yox, zehninin, beyinin qabarı ilə çörək qazanmalıdı. Müəllimin əlində, çiynində, çantasında kitab olmalıdı. Müəllim bunları bel, yaba, balta ilə əvəzləyəndə hər şey tərsinə çevrilir.
 
Kənd yerində yaşayan müəllim  təbii ki, həyətyanı torpaq sahəsində çalışmalıdı. Bu, onun  hobbisi olmalıdı. Bu ona ağır zehni əməkdən sonra bir qədər  fiziki işlə məşğul olub dincəlmək effekti üçün lazımdı. Biz belə görmüşük. Biz gözümüzü açıb müəllimi MÜƏLLİM kimi görüb, MÜƏLLİM kimi dərk etmişik. Amma bu günün şagirdi bilmir ki, sinifdə ona 45 dəqiqə dərs deyən adam müəllimdi, yoxsa dünən varlı qonşularının beş hektarlıq əkin sahəsini şumlayan əkinçidi? Onu  yazı yazmaq üçün lövhəyə çağıran, gözlərindən yuxu tökülən bu gözəl-göyçək qadın müəllimdi, yoxsa parta yoldaşının 3 aylıq qardaşına gecələr dayəlik edən  qulluqçudu?...Və beləcə şagird dilemma qarşısında qalır: ondan dərs soruşan adam kimdi?
 
Əslində insanın beynini deşən,  ürəyini əzabla yükləyən,  hiss və duyğularına işgəncə verən bu sual kənd müəlliminin taleyində sıfıra bərabərdi. Çünki beş il universitet oxuyub aldığı  diplomu gərəksiz bir əşya kimi vecsizcəsinə ot tayasından,  pamidor yeşiyindən, kartof kisəsindən aşağıda tutan, müəllim adını tozun-torpağın  içində itirib-batıran adam  indi  zəmanənin böyük bir sualına dönüb: sən kimsən, müəllim? Cavab yoxdu.
Və beləcə cavabsız suala dönən müəllim diaqnostik qiymətləndirmədə çox sadə suallara cavab verə bilmir, sıfır alır...
 
Züleyxa Nadir
moderator.az



Загрузка...
Həmçinin oxuyun:
İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Xınalığı seçən gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Ağstafanın  kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Ağstafanın kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı

Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

"Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır"

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

Ağstafa rayonunun Yuxarı Göycəli  kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib

Ağstafa rayonunun Yuxarı Göycəli kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib